Mirzə Ələkbər Sabirin ilk və son MÜSAHİBƏSİ

Mədəniyyət 09:30 30.05.2024

Bu gün dahi Azərbyacan şairi Mirzə Ələkbər Sabirin doğum günüdür. 

Ednews bu münasibətlə onun 1910-cu ildə Salman Mümtaza verdiyi ilk və yeganə müsahibəsini təqdim edir.

***

1910-cu ilin iyun ayında mən Bakıya gəlmişdim və Bakıdan da Tiflisə gedəcəydim. Burada təsadüfi olaraq ikinci dəfə Sabirlə görüşə bildim. Bu da Aşqabaddan 1893-cü ildə ilk dəfə Sabirlə görüşdüyümüz tarixdən 17 il sonra idi...

...Sabiri öz nömrəmə gətirdim və qalmağı təklif etdim. Sabir razı oldu. Əlahiddə krovat qoymaq mümkün olmadığından krovatımı ona verərək özüm kuşetkanın üstündə uzandım. Sabir yarım saatdan çox o böyrü və bu böyrü üstündə çevrildi. Səbəbini soruşduqda krovatdan şikayət edərək “məni atıb-tutur”, -dedi. Yerimizi dəyişdik. Kuşetkanın üstündə uzanan kimi “ox, buna nə demişəm, mən prujinli krovatı harda görmüşəm” - deyərək yatdı... Gecə gec yatmağımıza görə səhər bir az gec durmalı idik. Lakin konkaların zənginin səsi və bazar əhlinin hay-küyü buna mane oldu və o gün Sabirlə aşağıdakı müsahibəmiz oldu”.

Sual: - Sizin ilk təxəllüsünüz olan “Hop-hop” sözünün mənası nədir və nə səbəbə bunu qəbul etmisiniz?

Cavab: - Bu təxəllüsü mənə əziz dostum Məşədi Həbib vermişdir. Hop-hop quş adıdır. Bu quşun bu addan başqa el arasında yenə bir neçə adı vardır ki, Fatmabacı, bu-bbu, op-op və şanapipik o cümlədəndir. Məşədi Həbib mənə “Fatmabacı” deyə xitab etmək üçün bu adı intixab etmişdir (seçmişdir). Mən də bunun əvəzində onun təxəllüsünü “Qızdırmalı” qoymuşam ki, mənasını hələ bu günə kimi anlaya bilməmişdir.

Sual: - Nə səbəbə təxəllüsünüzü tez-tez dəyişdirirsiniz?

Cavab: - Bunu şirvanlılardan və mühitdən soruşmalısınız.

Sual: - Abbas Səhhətin neçə yaşı vardır? Siz böyüksünüz, yoxsa o?

Cavab: - Başda o böyükdür, yaşda mən.

Sual: - Səhhət dərin savadlıdırmı?

Cavab: - Mən onun şagirdiyəm, o mənə ustaddır.

Sual: - Osmanlıların klassik şairlərindən kimləri bəyənirsiniz?

Cavab: - Ziya Paşa ilə Namiq Kamal bəyi.

Sual: - Tofiq Fikrəti bəyənirsiniz, düzdürmü?

Cavab: - Siz, Osmanlı şairlərini soruşdunuz, mən də fikrimi dedim. Fikrət ərəb şairidir (M.Ə.Sabir T.Fikrətin əsərlərində ərəb sözlərinin çox işlədildiyini yəqin ki, nəzərdə tuturdu - red.).

Bu adda türk şairi yoxdur. Yaxşı olardı ki, bunu Məhəmməd Hadi əfəndidən soruşaydınız. Yaxşısını o bilər (M.Hadinin də şeirlərində fars və ərəb sözləri çoxdur, Sabir ona da işarə edirdi” - red.).

Sual: - “Molla Nəsrəddin” məcmuəsinin 18-ci nömrəsindəki “Gözəlim” ünvanlı şeirinizin 3-cü və 5-ci bəndləri ayrı bəhrdədir. Bunun səbəbi və hikməti nədir?

Cavab: - Hikməti və səbəbi mürgüləməkdir. Mən gecələr “Səda” qəzetində (“Səda” 1909-1911 -ci illərdə N.Vəzirovun nəşr etdiyi gündəlik qəzet idi. -Ş.H.) korrektorluq edirəm. İdarə xüsusi teleqramlar almır. O qədər gözləyir ki, “Kaspi”, “Həqiqət” və sair qəzetlər çap olub çıxır. Onlar çıxandan sonra teleqramlar tərcümə olunur, düzülür, basılır, mən də korrekturasına baxıram, mən o şeiri Haşım bəyin mətbəəsində gecə yarısı yazmışam və yazarkən mürgüləyib sonra da yuxulamışam. Yuxudan ayılandan sonra da mabədini yazmışam. Şeir təb olub gələndən sonra səhvini başa düşmüşəm ki, bu da çox gec idi.

Sual: - Mətbu şeirlərinizin hansını çox bəyənirsiniz?

Cavab: - Heç birini. Bəyəniləsi şeirləri sonralar yazacağam.

Sual: - Sonra nə vaxt?

Cavab: - Mürgüləməyəndə.

Sual: - Nə üçün şeirlərinizi heca vəznində deyil, əruz bəhrində yazırsınız və şeirin əski formalarını, şəkillərini şiddətli surətdə mühafizə edirsiniz?

Cavab: - Bu çox mühüm məsələdir. Görüm öz fikrimi deyə biləcəyəmmi? Məncə yeni fikirləri və yeni mövzuları mütləq əski formada və əruz bəhrlərində vermək və yazmaq lazım, həm də vacibdir. Bunları birdən-birə dəyişib oxucunu ədəbiyyatdan yadırğatmaq və soyutmaq olmaz. İri-iri toplar ilə hücuma keçən düşmənin qabağına sədəf dəstəli və qızıl suyu ilə yazılı gümüşü xəncəl ilə çıxmaq ağılsızlıqdır. Əruz bizim deyildir. Bunu hamı bilir. Lakin 13 əsrdir ədəbiyyatımızı mühasirəyə almışdır. Bu mühasirə də böyük-böyük ustadların planı, nəqşəsi və əlləri ilə olmuşdur. Bu mühasirəni yarıb ədəbiyyatımızı xilas etmək, yenə yuxarıdakı ustadlar kimi böyük ustadların əlləri ilə mümkün olacaqdır.

Böyük şairləri də, ustadları da ancaq bilik və xalq yetirə bilər. Şair elin, xalqın hökmranı və gözünün işığı olmalıdır ki, o nə desə xalq ona baxsın və nə yazsa el oxusun. Bu hökmranlıq da yalnız elin ruhunu bilməklə və tələblərini ödəməklə olar. Elin halına yanmayıb güclə hökmranlıq edənlər “dostum” Əbdülhəmid və Məmmədəlinin gününə düşərlər.

Şeir ilə musiqi birdir. Bunların hər ikisi də insanların ruhu ilə əlaqədardır. Lakin şeir yüksəkdir və onun məqamı (vəzifəsi) ucadır. Şeir musiqisiz olar, musiqi şeirsiz olmaz. Elin ürəyindən deyilən şeirlər başdan-başa musiqidir. Çünki hər bir kəs onu öz ahənginə uydurub oxuyacaqdır.

Musiqimizdə segah, çahargah, şur, rast və sair muğamlar vardır. Bunlar bizim deyil, gəlmədir, amma bizimdir, ruhumuza kök salmışdır, ruhumuzun qidasıdır. Bu muğamlar əruz bəhrləri ilə bir tarixdə yurdumuza gəlmişdir və bir tarixdə də gedəcəkdir. Bunların həyatı bir-birinə bağlıdır. Dörd yüz ildən bəridir Füzulinin şeirlərinin şöhrəti bütün Şərqi qapsamışdır. Hamı o şeirləri əzbərdən bilir və istədiyi zaman sevə-sevə oxuyur. Halbuki bu şeirlər başdan-başa əruz bəhrlərində yazılmışdır. Sədinin, Hafizin qəzəllərinin qabağına ancaq qəzəl ilə çıxmaq olardı ki, Füzuli bunu duymuş, çıxmış və onların nüfuzlarını qırmışdır.

Mən Füzuli “Divan”ına Füzuli qəzəllərinə başdan-başa nəzirə yazmaq fikrindəyəm, yəni o formada və o bəhrlərdə olmaq şərti ilə yeni-yeni mövzularda qəzəllər yazacağam. Hələ bir neçə nəzirə də yazmışam.

Ah eylədiyim nəşeyi-qəlyanın üçündür,

Qan ağladığım qəhveyi-fincanın üçündür.

***

Könlüm bulanır küçədə cövlanını görcək,

Nitqim tutulur hərzəvü hədyanını görcək –

mətlələri (qəzəlin ilk beytləri) ilə başlanan qəzəllər də o cümlədən Fizulinin aşağıdakı:

Ah eylədiyim sərvi-xuramanın üçündür,

Qan ağladığım qönçeyi xəndanın üçündür.

***

Könlüm açılır zülfü-pərişanını görcək,

Nitqim tutulur qönçeyi xəndanını görcək.-

mətləli qəzəllərinə nəzirədir.

Şeir odur ki, mövzusu həyatdan götürülüb, özü də açıq və aydın yazılsın, həm də xalqın ruhuna uyğun yazılsın. Beş gün, üç gün ömür eyləyib yaşayan şeirlərə şeir deyilməz. Xalqın oxumadığı, əzbərləmədiyi şeir, şeir deyildir. Çünki onların əsası və bünövrəsi yoxdur, onlar hübab (yağış yağanda su üzünə çıxan qabarcıq, köpük) gəmisi kimi tez çıxıb, tez də batırlar. Elin ruhundan, ürəyindən qopmayan şeirlər xalqın ruhunda heç bir zaman həyəcan əmələ gətirə bilməz.

Bir adamı rahat oturduğu yerdə yerindən durğuzub oynatmaq üçün ona onun könlü istədiyi və sümüyünə düşdüyü hava çalınmalıdır. Belə olmasa o, qollarını açıb süzə bilməyəcəkdir.

Əziz dostum və ustadım olan Səhhət mənim fikrimin bəzi nöqtələri ilə şərik olmursa da eybi yoxdur. Bunu gələcək göstərəcəkdir...

Sabir mənim “Molla Nəsrəddin” məcmuəsində seyrək-seyrək şeir yazmağımın səbəbini soruşdu. Mən də bacarıqsızlığımı və vaxtımın az olduğunu söylədim. “Bunlar bəhanədir” - dedi. Ziya Paşanın məşhur tərkib bəndinin iki parçasına iki saata kimi nəzirə yazmağımı tapşırdı.

Mən də itaət edərək yazdım. Sabir bəyəndi və bir bəndini də təshih etdi.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı