Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar

Mədəniyyət 12:30 29.03.2024

Bu gün yazıçı Süleyman Sani Axundovun anım günüdür. Ednews yazıçı haqda maraqlı faktları təqdim edir.

Süleyman Sani Axundov 3 oktyabr 1875-ci ildə Şuşa şəhərində anadan olub. Uşaq yaşlarından atasını itirib və dayısı görkəmli maarif xadimi Səfərəli bəy Vəlibəyovun himayəsində böyüyüb.

Süleyman Sani Axundov psixoloji, pedaqoji biliyə malik olan, olduqca həssas, şagirdlərin qəlbinə yol tapa bilən ustad bir müəllim idi. Bu keyfiyyət onun geniş psixoloji, pedaqoji biliyə malik olmasından irəli gəlirdi. Bakıdakı yoxsul ailələrdən olan yüzlərlə uşaq onunla dostlaşmışdı.

1920-ci il may ayının 25-də Gəncə qiyamı yatırıldıqdan sonra həmin il iyun ayının əvvəlində belə bir qiyam Qarabağda da baş verir. Qiyamı yatırtmaq üçün ciddi tədbirlər hazırlanır. XI ordu hissələri Qarabağa gəlir. AKP MK və Azərbaycan İnqilab Komitəsi Dadaş Bünyadzadə və Çingiz İldırımı Qarabağa göndərir. Azərbaycan İnqilab Komitəsi tərəfindən göndərilən nümayəndələr arasında Süleyman Sani də olur. Qarabağ İnqilab Komitəsinin qərarı ilə Süleyman Sani bir sıra partiya və dövlət tapşırıqlarını yerinə yetirir. Həmin il avqustun 9-da Qarabağ vilayəti maarif şöbəsinə müdir təyin edilir. O, maarif işində həvəslə işləyib, Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif ocaqlarının açılmasında fəal iştirak edib.

***

O, bir çox vəzifələrdə çalışıb: 1920–1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922–1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində işləyib. 1922-ci ildə Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilib. Ədəbi və pedaqoji fəaliyyətinə görə 1932-ci ildə ona "Əmək Qəhrəmanı" adı verilib. 1921-ci ildən 1930-cu ilədək fasiləsiz Bakı Soveti üzvü, Bakı İcraiyyə Komitəsinin namizədi və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü olub.

1906-cı ildə Bakıda çağırılan müəllimlər qurultayında fəal iştirak edən Süleyman Sani ərəb əlifbasını islah etmək üçün faydalı təşəbbüs göstərib, ana dilində proqram tərtib etmək üçün təşkil edilən komissiyaya seçilib. 1908-ci ildə A.Şaiq, M.Mahmudbəyov və başqa qabaqcıl maarif xadimləri ilə birlikdə Azərbaycanın pedaqoji tarixində mütərəqqi bir hadisə olan məşhur “İkinci il” dərsliyini tərtib edib.

***

Onun ilk əsəri "Tamahkar" komediyasıdır. Yazıçı bu əsərini Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərinin təsiri ilə yazıb. Bu əsəri S.S.Axundov 24 yaşında qələmə alıb. “Tamahkar” komediyasında xəsisliyə və qadın əsarətinə qarşı çıxıb.

S. S. Axundovun “Dibdat bəy”, “Türk birliyi”, “Molla Nəsrəddin Bakıda”, “Çərxi-fələk”, “Qaranlıqdan işığa”, “Şahsənəm və Gülpəri”, “Bir eşqin nəticəsi”, “Səadət zəhmətdədir”, “Eşq və intiqam” kimi pyesləri var.

***

1912-1914-cü ildə yazdığı “Qorxulu nağıllar” silsiləsi onun ən sanballı əsərinə çevrildi. Süleyman Sani Axundov “Qorxulu nağıllar”a, “Qorxulu nağıllar” isə Qaraca qıza görə tanınırdı. Amma çox maraqlıdır ki, uşaqlar üçün nəzərdə tutulmuş bu nağıllar sözün həqiqi mənasında qorxuluydu. Məşhur “Qaraca qız” nağılı Qaraca qızın ölümü ilə başa çatırdı, “Abbas və Zeynəb” nağılı bu uşaqların güllələnməsi ilə bitirdi.

S.S. Axundovun özü isə bu hekayələr haqda belə yazırdı: “Bu hekayələr, həqiqətən də, qorxulu idi. Lakin onlar uşaqları qorxutmur, onlara həyat həqiqətlərini, həyatın işıqlı və qaranlıq tərəflərini açır, xeyirxahlıq və ədavətin təntənəsini əks etdirirdi”.

***

Qori seminariyasının müdavimlərindən biri də Süleyman Sani Axundov olmuşdu. Burada milli, klassik rus və dünya ədəbiyyatı ilə dərindən tanışlıq onun dünyagörüşünə faydalı təsir edib. 1894-cü ildə seminariyanı bitirən Süleyman Bakıdakı III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilib. Həmin ildən o, tərəqqipərvər maarifçilərlə birlikdə xalqı cəhalətdən qurtarmaq, gənc nəsli mütərəqqi ideyalarla tərbiyələndirmək işində var gücü ilə çalışıb.

***

İlk yazılarını yazmağa başlayan Süleyman Mirzə Fətəli ilə eyni familiyanı daşıdığına görə Sani təxəllüsünü soyadının əvvəlinə əlavə etmişdi. Sani ərəbcə “ikinci” demək idi.

***

Seminariyada oxuduğu günlərin birində, Azərbaycan şöbəsinin inspektoru Çernyayevski S. S. Axundova pul verib onu çörək almağa göndərir. İntihar məktubunda da yazdığı kimi, yazıçı Qoridə qərib idi və buna görə də çörəyin qiymətini bilmirdi. Çörəyin qiymətini ona baha demişdilər. Çernyayevski onun oğurluq etməsindən şübhələnirdi. Sabahısı gün onun çörək aldığı dükan yoxlanıldı və Süleymanın düz dediyi aydın oldu.

***

Yoxlamanın nəticəsi haqqında da Süleymana məlumat verildi. Lakin izzəti-nəfsi təhqir edilən Süleyman rahat olmadı, 22 yanvarda o, şagirdlərin gözü qarşısında nümayişkaranə şəkildə Çernyayevskinin qarşısında ayağa durmadı. Sabahı günün gecəsi məsələsi intizam komissiyasında qoyulanda o intihar məktubları yazırdı. O gecə Süleyman artıq intihar edəcəyinə qərar vermişdi. Oturub dörd məktub yazdı, birinci məktub dayısı İsmayıl bəy Səfərəliyevə ünvanlanmışdı: “Mən bu ləkə ilə yaşaya bilmərəm”.

İkinci məktub seminariya yoldaşı Musaya yazmışdı: “Elə mənim üçün kifayətdir ki, dünyada məni başa düşə bilən bir adam tapmışam. Sabah mənim qanlı meyitimi görüb deyəcəksən: Burda bir qərib ölüb; Göy kişnər, bulud ağlar. Əlvida dostum. Məni heç bir vaxt yadından çıxarma. Öpürəm səni”.

Üçüncü məktub Çernyayevskinin adına idi: “Mən namuslu olduğumu yoldaşlarım yaxşı bilirlər. Desələr, Axundov filan işdə dələduzluq etmişdir, əminəm ki, onların heç biri buna inanmaz… Ağ saçlarınızdan utanın, qoca! Eh! Siz mənim başıma nə iş açdınız!”

***

Dördüncü məktubla isə borclu olduğu Saşaya xitab eləyirdi: “Sabah doqquz manatınızı alacaqsınız. Mən sizin pulunuza üzük yox, bizim şüşəçi Xaritovdan tapança almışam. Şərtimiz belədir: əgər onun tapançası mənim xoşuma gəlməsə, özünə qaytarıb pulu geri almalıyam”.

Məktubları yazdı, tapançanı hazırladı və saat 5-də güllə açıldı. Sabahısı gün seminariyanın direktorunun Qafqaz Təhsil İdarəsinin rəisinə təqdim etdiyi raportda seminariya həkimi Saakovun verdiyi arayışa istinad edilmişdi: “Axundovun atdığı güllə onun sol döşünün əzələsini yarım verşok enində dəlib keçmişdir və bu yara Axundovun həyatı və səhhəti üçün qorxulu deyildir”.

***

Pedaqoji Şura onun intihar etməsini müzakirə edərkən Çernyayevski iclasda iştirak etməsə də yolladığı yazılı rəydə Axundova hər hansı bir cəza verilməsini insanlıqdan kənar hesab etdiyini vurğulamışdı.

Xəstəxanada yatarkən Çernyayavski dəfələrlə Süleymanı ziyarət etdi. Lakin bu intihar Çernyayevski üçün yaxşı qurtarmadı, dəfələrlə müxtəlif orqanlara çağırıldı, axırda məcbur olub ərizə yazdı və təqaüdə çıxdı.

***

Süleyman Sani Axundov 1939-cu ildə, mart ayının 29-da Bakıda vəfat edib. Onun məzarı Fəxri xiyabandadır.

Oğuz

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı