"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU

Mədəniyyət 20:00 28.03.2024

Son zamanlar dünyada baş verən hadisələr, geosiyasi reallıqlar, kütləvi etirazlar, terrorlar, iqtisadi böhranlar bəşəriyyəti naməlum tunelə doğru aparır. Prosseslərin gedişatı III Dünya Müharibəsini gətirib çıxara bilərmi?Dünya Müharibəsi başlasa ədəbiyyat tamamilə tənəzzülə uğraya bilər? Ümumiyyətlə, müharibələrin ədəbəiyyata təsiri necə olur?

Ednews bu barədə tanınmış yazıçılar arasında sorğu keçirib. Cavabları təqdim edirik:

Səfər Alışarlı

"Ədəbiyyatın rəqibi müharibə deyil, süni intellektdir. Müharibə ədəbiyyata yeni faciə mövzuları, yeni qəhrəmanlıq örnəkləri verir. Müharibə insanlar arasında köhnə hesabları silməklə ədəbiyyata təzə qida bazası yaradır. Təəssüf ki, bəzi ciddi səbəblər üzündən bizim ədəbiyyatımızda bu baş vermədi. Bəlkə də bizim müharibəmiz hələ qurtarmadığından onun yazıçısı gecikir.

Məncə, süni intellek yazıçı ilə döyüşdə qalib gələ bilməz. Süni intellekt yazıçının oxucusunu əlindən almaqla, cəmiyyətin ənənəvi zövqünü ciddi təsirlərə məruz qoymaqla, mənəvi dəyərləri dəyişməklə onu lazımsız edə bilər".

Elçin Hüseynbəyli

"Əksinə, müharibələr ədəbiyyatı stimullaşdırır. Çünki ən böyük ədəbiyyat, sənət əsəri faciə üstündə qurulur. Əlbəttə, mən bunu istəməzdim, amma reallıq budur. Troya müharibəsini xatırlsanız kifayətdir".

Alpay Azər

"Səhv etmirəmsə, filosof Hanna Arendt II-ci Dünya Müharibəsi zamanı təxminən belə demişdi: "Bundan sonra şeir yazmağın heç bir mənası qalmadı". Amma həmin müharibədən sonra şeirlər də yarandı, poeziyada yeniliklər də edildi. "III Dünya Müharibəsi başlasa ədəbiyyat tənəzzülə uğraya bilərmi?" sualına gəldikdə isə, sözsüz ki, belə bir şey ən azından, müharibənin getdiyi ölkələrdə ədəbiyyata neqativ mənada təsir edə bilərdi. Yəni yazıçılar stress keçirərdi, yaradıcı böhran keçirərdilər, hətta Stefan Svayq kimi intihar edənlərə də rast gəlinərdi. Amma başqa misal da var. Mariopol faciəsi il bağlı sənədli filmin son Oskar film yarışında mükafat alması, yəni ədəbiyyat heç də həmişə yaradıclığa tənəzzül mənasında təsir etmir. Sonda Allaha dua edək ki, III-cü Dünya Müharibəsi olmasın".

Sevinc Elsevər

"Əksinə, ədəbiyyat və incəsənət çiçəklənər. Yeni-yeni müəlliflər, süjetlər, cərəyanlar çıxar ortaya. Filmlər çəkilər, tamaşalar qoyular, rəsmlər çəkilər. Ancaq Allah eləməsin III-Dünya Müharibəsi olsun. Kaş yer üzü elə cənnət olaydı ki, heç ədəbiyyata və incəsənətə ehtiyac olmayaydı. Olsa da məişətdə. İnsanların ruhu pak olaydı, onları paklandırmağa zada ehtiyac duyulmazdı. Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil".

Oğuz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Kevin De Bruyne "Mançester Siti"nin heyətində yeni uğura imza atdı
10:03 03.05.2025
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıdıb
09:58 03.05.2025
10 min abituriyent buraxılış imtahanlarından şikayət edib
09:43 03.05.2025
Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
09:25 03.05.2025
Qarpızın içərisində gizlədilən 63 kiloqramdan artıq narkotik aşkar edilib
08:31 03.05.2025
Şahzadə Harri məhkəməni uduzdu
07:40 03.05.2025
HƏMAS Qəzza zolağı ilə bağlı sövdələşməyə hazırdır
07:35 03.05.2025
Ərdoğan və Netanyahunun Azərbaycana səfəri Ermənistandan necə görünür?
06:48 03.05.2025
Tramp Roma Papası obrazında şəklini paylaşıb
05:29 03.05.2025
"Traktor Sazi" İran çempionu oldu
02:09 03.05.2025
Geoloqlar qlobal vulkan püskürmələri haqqında siqnal aşkarladılar
01:15 03.05.2025
"ABŞ Rusiya və Ukrayna arasında vasitəçilik etməyə davam edir"
00:33 03.05.2025
MKİ çinliləri əməkdaşlığa çağırır
20:18 02.05.2025
TikTok Məlumatları ötürür?
19:20 02.05.2025
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi
15:01 02.05.2025
Əməyin Mühafizəsi Mərkəzi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təminatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə tədbirlərinə start verib
14:32 02.05.2025
Şüuraltı bəndləri yıxan sənətin əbədi təlimatı Xanəmir Telmanoğlu yazır...
14:28 02.05.2025
Meymun kənddə qarışıqlıq yaratdı: İnsanlara hücum etdi
12:48 02.05.2025
Gözümüzün altı niyə qaralır? - Nə etməli?
12:46 02.05.2025
" Pakistan qardaş Azərbaycanın dəstəyini çox yüksək qiymətləndirir"
12:43 02.05.2025
Londonda Azərbaycan–Böyük Britaniya biznes əlaqələrinə həsr olunmuş tədbir keçirilib
12:35 02.05.2025
Ötən ay 58 aptekdə monitorinq aparılıb, 20-də nöqsan aşkarlanıb
12:31 02.05.2025
UNDP-nin Azərbaycandakı fəaliyyəti başa çatıb
12:23 02.05.2025
Azərbaycanın dəniz məhsullarının Aİ ölkələrinə ixracı ilə bağlı işlər aparılır
12:19 02.05.2025
"Prezident Kuboku-2025”: Azərbaycan təmsilçiləri daha altı medal qazanıblar
12:12 02.05.2025
Alimlər bizi qaşındıran şeyləri aşkar ediblər
12:07 02.05.2025
BMT qlobal arxitekturada genişmiqyaslı islahat hazırlayır
12:02 02.05.2025
Marko Rubio İranla nüvə sazişinin şərtlərindən daha birini açıqlayıb
12:00 02.05.2025
Pekindən siqnal: ABŞ tarif danışıqlarına hazırdır
11:58 02.05.2025
"D" vitaminini necə tənzimləyək ?
11:55 02.05.2025
"Türk ölkələrinin xoreoqrafiya mədəniyyətini yaxınlaşdırmaq vacib amildir"
11:49 02.05.2025
Eskişehirdə Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan konfrans keçirilib
11:45 02.05.2025
İsrail “Azadlıq donanması”nı vurdu
11:42 02.05.2025
AMEA-da Azərbaycan-Misir elmi əməkdaşlığı müzakirə edilib
11:36 02.05.2025
Şərqşünas alim beynəlxalq konfransda qədim dillərin süni intellekt vasitəsilə öyrənilməsindən danışıb
11:34 02.05.2025
İraq ərazisində anti-İran qüvvələrin fəaliyyəti qadağan edilib
11:27 02.05.2025
Azərbaycan və Nepal arasında Anlaşma Memorandumunun imzalanması üçün hazırlıq işləri görülür
11:25 02.05.2025
Boliviyada sərnişin təyyarəsi yoxa çıxdı
11:16 02.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana səfər edəcək
11:07 02.05.2025
FHN metronun “28 May” və “Nizami” stansiyalarında taktiki-xüsusi təlim təşkil edilib
11:01 02.05.2025
Hamısı