Dəfələrlə intihara cəhd etdi, Qarabağ müharibəsində döyüşdü - Hüseyn Dərya haqda Maraqlı faktlar

Mədəniyyət 12:00 15.03.2024

Bu gün məşhur reper, 38 yaşında dünyasını dəyişən Hüseyn Dəryanın anım günüdür. Ednews mərhum sənətçi haqqında maraqlı faktları təqdim edir.

Bakıxanov qəsəbəsində beşuşaqlı ailədə Hüseyn Dərya orta məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetinə qəbul olunmasına baxmayaraq, ali təhsildən imtina edib. Sənətçinin karyerasında yüksəliş 2000-ci ildən başlayıb. İfa etdiyi bir neçə mahnı dillər əzbərinə çevrilib. Hüseyn Dəryanın diskoqrafiyasına (hər hansı bir musiqi sənətkarının bütün albomlarının və mahnılarının xronoloji siyahısıdır - red.) 3 studiya albomu daxildir.

***

Hüseyn Dərya iki dəfə ailə qurub. İlk həyat yoldaşı Sevda Məmmədovadan 2003-cü il təvəlüdlü Ayşə adlı qızı, ikinci həyat yoldaşı Sona Muradovadan isə 2006-cı il təvəllüdlü Cahangir adlı oğlu var. Lakin bu evliliklərin heç biri uğurlu olmayıb.

Hüseyn Dəryanı tamaşaçılara sevdirən “Keyf elə” mahnısı olur. Bundan sonra o, karyerasının ən uğurlu hissəsinə qədəm qoyur. Lakin narkotikdən istifadə asılığı ona ciddi zərərlər vurur, ailəsi dağılır, özü isə həbsə düşür. Həbsdə olanda onun fanatlarından biri məhkəməyə gəlib reperin üzünə duran yalançı şahidin başına butulka vurub.

***

Hüseyn Dərya həmkarları Anar Nağılbaz, Elşad Xose ilə əvvəllər dost münasibətdə olsa da, sonra da aralarında gərginlik yaranıb. Onlar son günlərinə qədər bir-birləri ilə küsülü olublar. Tanınmış reper Anar Nağılbaz isə Hüseyn Dəryanın ölümündən sonra onun dəfnində iştirak edib və sosial şəbəkədə başsağlığı verib.

***

Hüseyn Dərya verlişlərin birində narahat həyat yaşadığını və doğulduğu üçün peşmanlığını dilə gətirmişdi:

"Doğulmağıma peşmanam. Bəlkə də, dünyaya gəlmə ixtiyarım öz əlimdə olsaydı, Allaha yalvarırdım ki, məni yaratmasın. Zəng vurub məni ölümlə hədələyiblər. Amma mən öləcəyimə sevinən insanam".

***

Hüseyn Dəryanın sözlərinə görə, həyatı boyu dəfələrlə intihara cəhd edib. Bir dəfə isə özü bu bərədə etiraf edib: "İki həftə dayanmadan gündə beş dəfə intihar planlamışam. Mən yaşadıqca hələ çox göz yaşı tökəcəm, mənim yaşadığım hər bir gün cəhənnəmə gedəcəyim bir addımdır".

2014-cü il, martın 14-ü, gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən "KamAZ" markalı maşına çırpıb. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Lakin martın 15-də səhər saatlarında dünyasını dəyişib.

***

Birinci həyat yoldaşının sözlərinə görə, Hüseyn Dərya qəza keçirəndən sonra xəstəxanaya aparılıb. Orada onun əməliyyat olunmasına qərar verilib. Lakin astma xəstəsi olduğu üçün ona narkoz vermək olmazmış. Onun ölümünə səbəb də elə bu fakt olub. Narkoz verilən kimi Hüseyn dünyasını dəyişib.

Deyilənlərə görə, Hüseyn vəfat edəndən sonra onun nəşini morqdan çıxaran zaman Hüseynin səsini eşidiblər. Bu iddianı isə Fəxrəddin Sadıqzadə irəli sürüb: “Hüseyn Dərya morqdan çıxarılan vaxt mən orada idim. Cənazəni yaxınlarına təhvil verəndə çəkiliş aparırdım. Hüseyni maşına qoyanda bir xırıltı eşidildi. Əvvəlcə şoka düşdüm. Elə bildim ki, bu səsi tək mən eşitdim. Bir neçə saniyə sonra Hüseyn Dəryanın həyat yoldaşı Sona da “bu, Hüseynin səsidir” deyib”.

***

2019-cu ildə Hüseyn Dəryanın qızı efirlərə çıxaraq atasının ikinci arvadı Sona və onun oğlu Cahangir haqqında iddialı fikirlər səsləndirərək Cahangirin atasından olduğuna şübhə etdiyini bildirib:

"Bura gələndə əminliklə bilirdim ki, qardaşımdır, sübut olunsun deyirdim. Amma artıq ağlımdakı suallara mənəvi olaraq cavab verirəm. Cahangir mənim qardaşım deyil, atamın mənəvi oğludur. Lazım gəlsə, atamın qəbri də açılacaq, məsələyə aydınlıq gətiriləcək. Mən və bibilərim qəbrin açılmasına qədər gedib çıxacağıq”.

Oğuz

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı