Rasim Balayev yeni yaranmış Kinematoqrafçılar İttifaqının sədri seçildi.
Ednews xəbər verir ki, bunu Xalq artisti Teatr Xadimləri İttifaqının “Aktyor Evi”ndə baş tutan tədbirdə konfrans iştirakçıları Rasim Balayevin sədrliyini dəstəkləyiblər.
Qeyd edək ki , Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da iki qurumun idarə heyətlərinin birgə iclası keçirilib və birləşmə haqqında birgə bəyanat qəbul edilib.