Dövlət Miqrasiya Xidmətinin müəssisələrində nöqsanlar aşkarlanıb

Ölkə 12:26 05.04.2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə və Yevlax rayon Müvəqqəti Yerləşdirmə Mərkəzinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilib.

Ombudsmanın mətbuat xidmətindən Qaynarinfo-ya verilən xəbərinə görə, BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmələrin məqsədi müəssisədə əcnəbilər üçün yaradılan şərait və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, sənədləşmənin aparılması vəziyyətinin, eləcə də ötən il MPQ tərəfindən müəssisələrdə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı görülmüş işlərin vəziyyətinin öyrənilməsi olub.

Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə başçəkmə zamanı Ombudsmanın nümayəndələri tərəfindən mərkəzin yaşayış binalarına, tibb məntəqəsinə, yeməkxana və digər obyektlərə baxış keçirilib, mövcud vəziyyət araşdırılıb. MPQ üzvləri tərəfindən mərkəzdə saxlanılan bir qrup miqrant qəbul edilərək konfidensial qaydada dinlənilib. Müəssisədə qəbul edilmiş şəxslərin bəzilərinin saxlanma şəraiti və onlarla rəftar məsələləri ilə bağlı bir sıra şikayətləri qeydə alınıb, eləcə də tibbi xidmət və dərman preparatları ilə təminatla bağlı problemlərin olduğu da bildirilib. Başçəkmə zamanı mərkəzdə müvafiq psixoloq ştatının olmasına baxmayaraq, həmin vəzifə üzrə xidmətin təşkil edilmədiyi də müəyyən olunub.

Yevlax rayon Müvəqqəti Yerləşdirmə Mərkəzinə keçirilən başçəkmə zamanı əvvəllər müəyyən olunmuş bir sıra nöqsanların aradan qaldırıldığı müəyyən olunub. Qeyd olunanlarla yanaşı, başçəkmə zamanı müvafiq Daxili İntizam Qaydalarının tələblərinə baxmayaraq, mərkəzdə ixtisasca həkim tibb işçisinin olmadığı, keyfiyyətli psixoloji yardım işinin təşkili üçün psixoloq otağının zəruri əyani-didaktik materiallarla təchiz olunmasına ehtiyac olduğu müəyyən edilib.

Həyata keçirilmiş başçəkmələrin yekununda müvafiq müəssisələrin rəhbərliyi ilə milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbətlər aparılıb, rəftar məsələləri və saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Başçəkmələrin nəticələri ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət olunacaq.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı