Yaşasaydı, bu gün onun 40 yaşı olacaqdı

Ölkə 00:11 07.01.2025

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin təlim-məşq uçuşları zamanı qəzaya uğrayan MiQ-29 təyyarəsinin həlak olmuş pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günüdür.

EDnyus xəbər verir ki, yaşasaydı, bu gün onun 40 yaşı tamam olacaqdı.

 
Rəşad Atakişiyev 7 yanvar 1985-ci ildə Şəmkir rayonunun Qılıncbəyli kəndində dünyaya gəlib. Ailədə üç qardaş olublar.

O, ilk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Rəşad Atakişiyev oxuduğu müddətdə təlim-tərbiyəsi, bilik və bacarığı ilə seçilib. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad, ali təhsil almaq arzusu ilə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub. 2002-ci ildə Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olub. İkinci kursda oxuyanda ilk dəfə ixtisaslaşma tətbiq olunanda aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. O, seçilmiş 35 nəfərlə birgə təhsil alıb, ancaq diplom verilən cəmi 5 nəfərdən biri olub. 2006-cı ildə həmin məktəbin uçuş mühəndisi ixtisasına yiyələnərək, oranı yüksək nəticələrlə başa vurub.

R.Atakişiyev 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb. Aprel döyüşlərinin iştirakçılarından biri olub. Qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələrək polkovnik-leytenant hərbi rütbəsinə layiq görülüb.

2013-cü ildə ABŞ Hava Qüvvələrinin Almaniyada təşkil etdiyi kursu uğurla bitirərək, sertifikat alıb.

R.Atakişiyev Azərbaycan Hərbi Hava Qüvvələrinin ən peşəkar və təcrübəli pilotlarından biri olub. Atakişiyev Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən hərbi paradda nümunəvi çıxışı ilə yadda qalıb.

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Turaz Qartalı” devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edib.

2019-cu il iyulun 29-da məzunbiyyətə çıxacaqdı. Məzuniyyətdən bir neçə gün əvvəl – iyulun 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Hadisə üç təyyarənin qatıldığı təlimin sonuna az qalmış baş verib.

Sonra məlum olub ki, Rəşad Atakişiyevin təyyarəsi Xəzər dənizinə düşüb. Qəza nəticəsində pilot Rəşad Atakişiyev itkin düşüb. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub.

Rəsmilər qəzanın ilkin səbəbi kimi “quş dəstəsininn təyyarənin kabinəsinə çırpılması nəticəsində suya düşməsi”ni ehtimal etdiklərini deyiblər.


Lakin ailə üzvləri Rəşad Atakişiyevin öncəki danışıqlarından xatırlayırdılar ki, o həmişə gecə baş verən təyyarə qəzalarında quşların çırpılmasını istisna edib. Qayınatası Qabil Hüseynli mətbuata açıqlamasında deyir ki, kürəkəni hər zaman gecə uçmağın yaxşı olduğunu vurğulayıb: “Deyirdi ki, gecə uçmaq yaxşıdır, çünki gecələr quşlar uçmur”.

Buna görə də, Rəşad Atakişiyevin ailə üzvləri qəzanın “quş dəstəsi” ilə bağlı olduğuna inanmayıblar.

Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis, eləcə də avadanlıqlar cəlb olunub. Avqustun 19-da təyyarənin “qara qutu”su, 20-də isə pilotun nəşi tapılıb. Ayın 21-də polkovnik-leytenant Atakişiyevin nəşi II Fəxri Xiyabanda torpağa tapşırılıb.

R.Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb və onun xidmətləri həmişə yüksək qiymətləndirilib. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə R.Atakişiyev ölümündən sonra Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə təltif olunub. Medal 2019-cu ilin dekabrın 28-də pilotun ailəsinə təqdim edilib.

07.05.2021-ci ildə polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib.

Şəhidin Turqut və Qalib adl iki oğul övladı yadigar qalıb.

“Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyə görə qəzanın səbəbi təyyarənin havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşması və nəticədə pilotun ağır bədən xəsarəti alaraq huşunu itirməsi olub.
Bəzi hərbi ekspertlər isə iddia ediblər ki, Azərbaycan qırıcısı Xəzər dənizi üzərində təlim uçuşları həyata keçirən zaman ona Rusiya Cənub Hərbi Dairəsinin Radio Elektron Qoşunlarının cihazları təsir edə bilərdi.

⁠Rəşad Atakişiyevin təyyarəsi doğrudanmı “quş dəstəsi” ilə toqquşmuşdu?.. Ailə üzvləri bu gün də həmin ehtimala inanmır, suala cavab axtarırlar. Pilotun səhhətində problemlərin və təyyarənin qəzalı vəziyyətdə olması versiyaları da inkar olunur…

Rəşad Saləddin oğlu Atakişiyevə məxsus bəzi şəxsi əşyalar hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunur.

Allah rəhmət eləsin.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı