ABŞ Xarici İşlər Naziri Entoni Blinken Qəzzada atəşkəs və Livan məsələsini müzakirə etmək üçün 11-ci dəfə Yaxın Şərqə gedəcək.
ABŞ Xarici işlər Nazirliyinin Mətbuat Katibi Metyü Miller mövzuyla bağlı açıqlama verib. .Silahlı münaqişənin başladığı 7 Oktyabr 2023-cü ildən bəri nazirin Yaxın Şərqə 10 dəfə getdiyini vurğulayan Miller 11-ci səfərə hazırlığın getdiyini də vurğulayıb.
Blinkenin konkret hansı ölkəyə gedəcəyi açıqlanmasa da, səfərin əsas mövzusu Qəzzadaatəşkəs və Livan olacaq.
Xatırladaq ki, Həmas lideri Yəhya Sinvarın öldürülmə xəbərindən dərhal sonra ABŞ Prezidenti Cozef Bayden “müharibəni bitirməyin və əsirləri evlərinə qaytarmağın vaxtı gəlib” deyib Blinkenin İsrailə gedəcəyini açıqlamışdı.