"Qəzzada atəşkəs olsa belə, İsrailə cavab verəcəyik”.
Ednews İran mediasına istinadən xəbər verir ki, bu sözləri SEPAH-ın keçmiş komandanı İsmayıl Kövsəri deyib.
“Yaxın Şərqdə münaqişənin başlamasından 10 ay keçib, ancaq İsrailin HƏMAS liderini öldürməsi İranın heç bir qırmızı xəttini tanımaması deməkdir. Qəzzada atəşkəs olsa belə, biz İsraildən qisas alacağıq. Bununla bağlı qərar vermək hüququnu İranın özündə saxlayır. Biz bu cavabı, bu gün, sabah və ya istənilən vaxt verə bilərik”.
HƏMAS lideri İsmayıl Həniyənin Tehranda öldürülməsindən 18 gün keçib və İranın hökumət rəsmiləri İsrailə cavab verilməsinin vacibliyini vurğulayıblar, ancaq iki ölkə arasında birbaşa münaqişə baş verməyib.
Əkbər Novruz