İmamoğlunun həbs olunmağının fonunda Türkiyədə etirazlar böyüyür

Analitika 14:15 24.03.2025

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi olan Ekrem İmamoğlunun rəsmi olaraq həbs olunması və korrupsiya ittihamı ilə üzləşməsi sonrası on minlərlə insan ölkə boyu nümayişlərə çıxıb. İstanbulun bələdiyyə lideri olan İmamoğlu, Cümhuriyyıt Xalq Partiyasının (CHP) 2028-ci il prezident seçkiləri üçün namizəd olaraq bazar günü keçiriləcək səsvermə ilə müəyyən ediləcəkdi.

Müxalif liderin həbsinə cavab olaraq bazar günü ölkədə son on ildə görülən ən kəskin etirazlar baş qaldırıb – nümayişçilərə qarşı gözyaşardıcı qaz və plastik güllələr atılıb. İmamoğlu, ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu bildirib.O, X sosial şəbəkəsində həbs olunmadan əvvəl "heç vaxt əyilməyəcəyini"bildirib.

Ərdoğan nümayişləri qınayaraq CHP-ni “sakitliyi pozmağa və xalqı qarşı-qarşıya qoymağa çalışmaqda” ittiham edib. İstanbulun bələdiyyə sarayı qarşısında gecəyə doğru 5-ci gündür ki, etirazçılar toplaşaraq Türk bayraqları dalğalandırıb və polislərin qarşısında şüarlar səsləndiriblər. Polis, bəzi nümayişçilərə su şırnaqları və bibər qazı ilə müdaxilə edib.

İmamoğlunun həyat yoldaşı Dilek Kaya İmamoğlu, bələdiyyə sarayı qarşısında böyük izdihama müraciət edərək,yoldaşının qarşılaşdığı “haqsızlığın" rezonansa səbəb olduğunu"bildirib. İmamoğlunun həbsinə cavab olaraq keçirilən nümayişlər, 2013-cü ildə İstanbulda parkın sökülməsi ilə başlayan Gezi etirazlarından sonra ölkənin gördüyü ən böyük etirazlar sayılır.

AFP-nin məlumatına görə, etirazlar Türkiyənin 81 vilayətindən 55-də keçirilib, yəni ölkənin üçdə ikisində nümayişlər olub.

İmamoğlu, çərşənbə günü başlanmış araşdırmalar çərçivəsində saxlanılan 100-dən çox insan arasında yer alır.Bazar günü İmamoğlu həbs edilib və “cinayətkar təşkilat yaratmaq və idarə etmək, rüşvət almaq, hədə-qorxu gəlmək, şəxsi məlumatları qanunsuz şəkildə qeydiyyata almaq və tenderləri saxtalaşdırmaq” ittihamları ilə qarşılaşıb. O, məhkəməyə çıxarılmadan əvvəl həbsdə saxlanılıb. AFP və yerli mediaya görə, o, Silivridəki həbsxanaya göndərilib.

İmamoğlu həmçinin daxili işlər naziri tərəfindən bələdiyyə liderliyi vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırılıb. İmamoğlu, həbsini “demokratiyamız üzərində qara ləkə” adlandırıb və hüquqi prosedurun izlənilmədiyini bildirib. O, etirazlara qoşulmaq və bazar günü keçirilən səsverməyə qatılmaq çağırışı edib.

İmamoğlu, CHP-nin prezidentliyə namizədliyi seçkilərində yeganə namizəd idi. Həbsin, İmamoğlunun namizədliyinə və prezident seçilməsinə maneə yaratmaması planlaşdırılsa da, hər hansı ittihamla mühakimə olunduğu təqdirdə, onun prezident seçkilərində iştirak etməsi mümkün olmayacaq. CHP-nin verdiyi məlumata görə, bazar günü keçirilən seçkilərdə təxminən 15 milyon insan səs verib. CHP bildirib ki, bu səsvermənin təxminən 1,6 milyon səsi partiyanın üzvlərindən, qalan səs isə İmamoğluna dəstək vermək istəyən qeyri-üzvlər tərəfindən verilib.

İmamoğlunun həyat yoldaşı Dilek Kaya İmamoğlu X sosial şəbəkəsində şəkil paylaşaraq, xalqı “demokratiya, ədalət və gələcək” uğrunda səs verməyə çağırıb.

Həbs edilən siyasətçi, Ərdoğan üçün ən güclü rəqiblərdən biri sayılır. Ərdoğan, 22 ildir ki, həm baş nazir, həm də prezident kimi ölkəyə rəhbərlik edir. Lakin, konstitusiyaya görə, 2028-ci ildə seçilmək üçün Ərdoğanın prezidentlik müddəti sona çatıb, yalnız konstitusiyanı dəyişərsə, növbəti seçkilərə qatılmağı mümkündür.

Ədliyyə Nazirliyi, Ərdoğanı həbs qərarları ilə əlaqələndirənləri tənqid edib və müstəqil məhkəmə fəaliyyətini vurğulayıb.

Bu arada, İstanbul Universiteti bazar ertəsi İmamoğlunun diplomunu şübhəli vəziyyətlərə görə ləğv edəcəyini elan edib. Bu qərar, İmamoğlunun prezidentliyə namizədlik hüququnu şübhə altına alacaq, çünki Türkiyə Konstitusiyasına görə, prezident olmaq üçün ali təhsil tamamlanmalıdır. İmamoğlunun hüquqşünasları, bu qərarı Konstitusiya Məhkəməsinə və Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib. Seçki Şurası, İmamoğlunun namizədliyinin keçərli olub-olmamasına qərar verəcək.

Prokurorlar, İmamoğlunu “silahlı terror təşkilatına yardımda” ittiham etməyi planlaşdırsa da, Türkiyə məhkəməsi bunun hal-hazırda lazım olmadığını bildirib.

CHP-nin keçən ilin yerli seçkilərində, Kürdistan Fərdiyyət və Demokratiya Partiyası (DEM) ilə qeyri-rəsmi ittifaqı olub. DEM, PKK (Kürdistan Fəhlə Partiyası) ilə əlaqəli olmaqda ittiham edilib, lakin bu ittihamları rədd edir. PKK, Türkiyə, AB, Birləşmiş Krallıq və ABŞ tərəfindən terror təşkilatı olaraq qəbul edilir. PKK, artıq 40 ildən çoxdur ki, Türkiyəyə qarşı mübarizə aparır, amma bu ay atəşkəs elan edib.

İmamoğlunun həbsindən sonra, Türkiyə boyu minlərlə insanın iştirak etdiyi nümayişlər davam edir. Türkiyə hakimiyyəti, etirazlarda 700-dən çox insanın həbs edildiyini bildirib

Mədinə Məmmədova// EDnews

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı