Azərbaycanın BRİCS - ə qoşulmaq arzusu: Beynəlxalq ekspertlər imkan və perspektivlər DƏYƏRLƏNDİRİR

Analitika 16:00 12.07.2024

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq O, Sankt-Peterburqda keçirilən BRİKS Parlament Forumunda iştirak edib. İştirakı çərçivəsində Azərbaycanın həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli formatlarda dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq etdiyini bildirən Qafarova, "Bu prinsiplər BRİKS-in də prioritetləridir. Azərbaycan BRİKS-ə qoşulmaq arzusunu ifadə edir" deyib. Bəs bu ideyanı beynəlxalq ekspertlər necə təhlil edirlər? Azərbaycanın Qoşulmama Hərəkatının üzvü olaraq bu təşkilata maraq göstərməsi mövcud siyasi kursuna necə təsir edə bilər?

Ednews bu barədə sorğunu təqdim edir:

ABŞ - ın Azərbaycandakı 2011 - 2012 - ci illərdə fəaliyyət göstərmiş səfiri Metyu Brayza:

1695413006429805662_1200x630.jpg

“Xanım Qafarovanın bütün Azərbaycan hökuməti adından danışıb, Azərbaycanın BRİKS qrupuna qoşulmaq ambisiyasını müzakirə edib-etmədiyi mənə tam olaraq aydın deyil, lakin güman edirəm ki, o, bəyanatını prezident İlham Əliyev, XİN Ceyhun Bayramov və PA – nın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə razılaşdıraraq söyləyib. Doğrusunu demək lazımdır ki, bu, heç bir regional, geosiyasi bloklara qoşulmaq istəməyən Azərbaycan siyasətindən fərqli bir ambisiyanı hədəfləyən bəyanatdır. Azərbaycan isə bir neçə il ərzində Qoşulmama Hərəkatının belə mühüm lideri olub. Eyni zamanda, Azərbaycan xarici dünya ilə diplomatik münasibətlərini və təhlükəsizlik əlaqələrini ehtiyatlı, balanslı şəkildə idarə etmişdir. Beləliklə, Azərbaycan bir neçə il əvvəl Avropa və qlobal bazarlarla çox güclü əlaqələrinin olmasını təmin etmək üçün yolunu seçdi. Hansı ki, bütün bu imkanlar Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz qaz dəhlizi və Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" vasitəsilə beynəlxalq neft şirkətlərini Azərbaycana qəbul etməsilə təmin edildi. Güman edirəm ki, BRICS-ə üzvlük Avropa və transatlantik birlik ilə bu münasibətləri tarazlaşdırmaqda yeni bir addım rolunu oynayacaq. Beləliklə təkcə Rusiya və Çinlə deyil, əlbəttə ki, Alyansın digər ölkələri Braziliya, Cənubi Afrika və Hindistan kimi ölkələrlə birlikdə digər istəkli ölkələrlə münasibətlər bir üst səviyyəyə çıxmış olacaq”.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov:

WhatsApp-Image-2023-09-19-at-16.14.27.jpg

“Qoşulmama hərəkatı ilə bu təşkilatın əslində heç bir uzlaşması yoxdur, çünki BRICS hərbi - siyasi və iqtisadi blok deyil. Bu, ölkələr tərəfindən yaradılan bir klubdur. Onun təşkilat forması, strukturları hələ formalaşır. Vahid qərarlar sistemi də mövcud deyil. Sadəcə şura kimi fəaliyyət göstərməkdədir. Ona görə, burada hər hansısa bir ziddiyyət yoxdur. BRICS-ə üzv olmaq, bu, nə hərbi siyasi, nə də iqtisadi öhdəliklər də mövcud deyil. Azərbaycan da BRICS-ə artıq bir müddətdir ki, maraqlanır. Bu marağın da, əsası ondan ibarətdir ki, burada çox böyük ölkələr cəmləşib İranın da BRICS+ formatına qoşulması ilə, demək olar ki, iki böyük qonşumuz bu formatta fəaliyyət göstərməkdədir. Eyni zamanda Azərbaycanın strateji tərəfdaşları da həmin quruma maraq göstərir. Həmçinin, Türkiyədə həm Şanxa Əməkdaşlıq Təşkilatı, həm də ki, BRICS-lə bağlı öz müsbət mövqeyini bildirir. Ona görə də bunlar bir-birini inkar etməyən təşkilatlar və formatlardır”.

Rusiya Prezidenti yanında Xarici Əlaqələr Şurasının üzvü Boqdan Bezpalko:

ria_6188769hr_f74.jpg

"Fakt budur ki, BRİKS strukturu G7, NATO, Avropa İttifaqı və bir çox başqaları kimi Qərb strukturlarına alternativ bir strukturdur. Belə halda bu, bir növ bir çox ölkələrin Qərbin son 100 ildə qurulmuş hökmranlığından qopmaq istəyini əks etdirir. Təbii ki, Azərbaycan da öz rəhbərliyinin simasında Qərbin hökmranlığından çıxmaq və BRİCS-ə üzv olmaqla öz suverenliyini tam gücləndirmək istəyini daha da hiss etdirə bilər. Digər şeylərlə yanaşı, BRİKS təkcə Rusiyanın, Qərbin artıq dominant qüvvə olmadığı yeni dünya nizamı qurmaq istəyini deyil, həm də Çin və Hindistan kimi güclü geosiyasi və iqtisadi qüvvələri əks etdirən strukturdur. Təbii ki, Azərbaycan Çinlə əlaqələr quracaq. İki ölkə arasında münasibətlər olduqca irəliləyib. Cənub-Şərqi Asiya maliyyə, iqtisadi və sənaye həyatının mərkəzinin hərəkət etdiyi bölgədir. Orada isə Çin üstünlük təşkil edir.

Digər məsələ isə, bu, enerji resurslarının ixracı və ya “Böyük İpək Yolu”, “Yeni Böyük İpək Yolu” kimi Çin layihələrində iştirak, Çindən Avropa İttifaqına malların Şərqdən – Qərbə doğru tranziti üçün yeni marşrutlar təmin edə bilər". 

ABŞ - da yaşayan rus əsilli siyasi analitik Endryu Koribko:

3535702.jpg

"Azərbaycanın BRİKS-ə marağı məntiqlidir, çünki təşkilat apolitik(siyasi olmayan) və sırf iqtisadi-maliyyə xarakterli olsa da, Beynəlxalq Münasibətlərin daha bərabər və ədalətli olması üçün islahatların aparılmasında açıq şəkildə ifadə edilmiş maraqlara malikdir. Bu, Azərbaycanın son üç ildə sədrlik etdiyi Qoşulmama Hərəkatının məqsədi ilə üst-üstə düşür. Üstəlik, Rusiya və İran BRİKS-in üzvü olduğu üçün bu, ölkənin siyasi maraqları üçün səsləşir və Azərbaycan bu ölkələr arasında ticarəti asanlaşdırmaqla, maksimum mənfəət əldə etməyi planlaşdırır. Ən yaxın müttəfiqi Türkiyə də bu yaxınlarda BRİKS-ə qoşulmaq niyyətini bəyan etdi ki, bu da Azərbaycan üçün daha bir strateji qazancdır. Strateji mənada Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb ticarətinin kəsişməsində yerləşməsi ona qlobal sistemli çoxqütblü keçidin iqtisadi ölçüsündə böyük rol oynamağa imkan verir ki, bu da BRİKS-də iştirakla böyük köməklik göstərəcək. Bakı bu blokla bağlı müzakirələrdə söz sahibidir və tezliklə tərəfdaş ola bilər. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda rəsmi genişlənmənin oktyabrda keçiriləcək Kazan Sammitinin gündəmində olmadığını açıqladı, çünki BRİKS-in ilk öncə rəsmi olaraq üzv olan ən yeni namizədlərini tam inteqrasiya etməlidir. Buna baxmayaraq, hazırda BRICS+ formatı üzrə tərəfdaş ölkələr kateqoriyası üzərində iş aparılır və məhz burada Azərbaycan qrupda iştirak edə bilər".

Əkbər Novruz

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı