Aprel görüşünün görünməyən tərəfi: Ermənilərə nə vəd edildi? - ANALİTİKA

Analitika 15:30 06.04.2024

Brüsseldə Aİ-ABŞ-Ermənistan formatında görüş baş tutdu və Azərbaycan hökümətinin də əmin olduğu kimi artıq ilk günündən etibarən bunun Cənubi Qafqazda sülhə böyük bir zərbə olduğu ortaya çıxmış oldu. 

Aprelin 5-i saat 15:10-dan 17:35-dək Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Tovuz rayonunun bir sıra yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini atəşə tutdu. Yəni Brüsseldə Aİ-ABŞ-Ermənistan görüşü yekunlaşmamış revanşist separatçılar növbəti təxribatlarına zəmin yaratdılar. Bu da Azərbaycan hökümətinin əmin olduğu kimi görüşün Cənubi Qafqazda sülhə böyük bir zərbə olduğu fikirlərini doğrultdu. Hətta hər zaman adekvat olmayan hərəkətlər sərgiləyən erməni silahlıları, öz ənənələrinə sadiq qalıb, yenidən 21:55 – 23:20 radələri ərəfəsində mövqelərimiz yenidən atəşə tutdu. 

Artıq rəsmi məlumata əsasən ötən sutka ərzində Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə təxribata məruz qalıb. 

Ən maraqlısı isə yaşanan bütün proseslərin əvvəlcədən tam dəqiq desək, aprelin 1 – də ABŞ – ın nüfuzlu “Washington Times”nəşrində planlaşdırıldığı və ya bunların baş verəcəyinə dair proqnozlor verilən bir şərh dərc edilməsidir.

Məqalənin başlığında, “Bayden Dövlət Departamenti Reyqanın “güc vasitəsilə sülh” mesajına qulaq asmalıdır” qeyd edilib. Həmin məqalə ilkin təzahürdən bəlkə də bir çoxlarının təsvir belə edə bilməyəcəyi bir giriş ilə başlayır: Ermənistan Rusiyanın peykindən çıxarılmalıdır.

aüasğö.jpg

Yarımbaşlığı keçdikdən sonra tamamilə Azərbaycan Respublikasının beynəlxalq müstəvidə tanınmış ərazilərinə təhdid dolu bir kontekst ilə tanış oluruq. Məqalənin müəllifi olan Robert Livinqston, ilk olaraq 1980-ci illərdə Nümayəndələr Palatasının Kəşfiyyat və Təsisatlar komitəsinin üzvü kimi ABŞ – ın keçmiş prezidenti Ronald Reyqan və onun administrasiyası ilə Sovet İttifaqını, “şər imperiyanı” məğlub etmək üçün yaxından işləməsi ilə başlayır. Həmçinin qeyd edək ki, bu şəxs Luiziana ştatının 22 il ərzində Konqres üzvü və təsisçisi olduğu Livinqston Qrupu ilə ABŞ-da Milli Demokratik Alyansı təmsil etmək üçün Xarici Agentlərin Qeydiyyatı Qanununa əsasən qeydiyyatdan keçib.

livinqston.jpg

Məqalənin əvvəlində Robert “bəy” öz təklifinə sağlam bir baza rolu yaratması üçün 2022 – ci ildə Rusiya – Ukrayna müharibəsinin başlamasında ABŞ – ın 2014 – cü ildə Krımın ilhaqına göz yummasına və nəticədə Moskvanın indiki günümüzdə yenidən güclənməsinə gətirib çıxardığını da qeyd edir. Qeyddən dərhal sonra isə o, iddia edir ki, oxşar ssenari ilə Ermənistan da tanış olub.

“Dünyanın ilk xristian xalqı, tarixi rəqibi Türkiyə və Ermənistanın mübahisəli “Dağlıq Qarabağ” bölgəsi (ermənicə Artsax) üzərində münaqişə apardığı Azərbaycanla həmsərhəd olan çətin qonşuluqdadır”.

Müəllif həmin konteksti daha da genişləndirərək qeyd edir ki, Rusiya Ermənistanda müstəqilliyini qazandığı ilk gündən etibarən verdiyi təhlükəsizlik öhdəliklərini yerinə yetirmədi və əksinə İrəvanı müdafiəsiz qoyaraq, 120.000 erməninin “etnik təmizləmə”sinə səbəb oldu.

Məqalənin ardına keçməzdən əvvəl qeyd edim ki, buraya qədər olan hissədə “mötəbər” yazıçı Azərbaycanın beynəlxalq müstəvidə tanınan və de – yure olaraq bilinən Qarabağ ərazisi “Artsax” adlandırır. Bununla da yetinməyərək o, ermənilərin ərazidən qovularaq “etnik təmizləmə”yə məruz qaldıqları kimi absurd, əsassız fikirlər ilə də çıxış edir. Hansı ki, bütün bunlar dəfələrlə, başda Azərbaycan Respublikasının Prezidenti olmaqla, hökümət nümayəndələri tərəfindən üçtərəfli, ikitərəfli görüşlərdə, beynəlxalq sammitlərdə, dünya nüfuzlu nəşrlərdə, media agentliklərində vurğulanaraq bildirilib ki, biz öz haqqımız olan ərazilərimizi geri almış, ərazidə yaşayan ermənilərə isə ərazidə yaşamaları üçün hər bir şərait yaratmışıq.

Əgər yuxarıda qeyd etdiyim faktlar da sağlam bir əsas olmaq üçün yetərli deyilsə, Ermənistanın baş naziri N.Paşinyanın belə rəsmi olaraq Qarabağı Azərbaycan ərazisi olaraq bəyan etməsi qəbullanmışdır.

Məqalənin yerdə qalan hissəsində isə qeyd edilənlər sadəcə şokedicidir. Belə ki, baş verən hadisələr fonundan Ermənistan cəmiyyətində Rusiyaya qarşı nifrətin yarandığı və bu fonda əhval – ruhiyyənin yaranmasında İrəvanın qərbyönlü siyasi partiyası, Milli Demokratik Alyansının (MDA) roluna da yer verilir.

carte.jpg

Bunun üzərinə isə Robert Livinqstonun rəhbəri olduğu Livinqston Qrup isə MDA – nın bu etirazçı səsinin Vaşinqton rəhbərliyinə çatdırılmasında kömək etdiyini qeyd edir. Belə ki, 2023 – cü ilin iyun ayından etibarən bu yöndə günümüzə kimi dinləmələr keçirilib və hər birində “Artsax – a soyqırım edilir, Ermənistan NATO – ya daxil” olmalıdır kimi olduqca riskli və reallıqdan uzaq fikirlər ilə çıxış edilib. Bütün bu yekun fikirlər isə daha sonradan birbaşa Vaşinqtona çatdırılıb.

Məqalə müəllifi yekun nəticə olaraq isə keçmiş prezident Reyqanın “güc vasitəsi ilə sülh” prinsipinə əsaslanaraq mövcud münaqişənin həllinə və Ermənistanın ABŞ peykinə daxil edilməsini müdafiə edir, bunun baş tutması naminə öz təşəbbüslərini davam etdirəcəyini deyir.

Bu və bundan savayı bugün İtaliyan deputatın AŞPA - da Azərbaycana qarşı sanksiya tətbiqini təklif etməsi, amerikalı senatorların etnik ermənilərin Qarabağa qaytarması və.s, bütün bunlar isə bizim baş tutan hadisələrin artıq əvvəlcədən planlaşdırıldığının göstəricisidir. Əgər Ermənistan bu cür havadarlarının sözünə baxarsa, 44 günlük müharibənin nəticəsində olduğu kimi, yenə də biabırçı məğlubiyyətlə üzləşəcək. Budəfəki uğursuzluğu isə əvvəlkilərdən daha da acınacaqlı olacaq.

UO6RsfdGxr9g41NozHovuVqvcHmzOk5GaRBeYNY1.jpg

Əkbər Novruz

1c3d6b1a-f4f4-436d-b486-31925218b922.jpg

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı