Azərbaycan Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edir – Serbiyalı ekspertdən ANALİTİKA

Analitika 12:00 18.03.2024

Serbiyalı məşhur siyasi analitik Nikola Mikoviç Azərbaycanın Avropa İttifaqı üçün nə qədər böyük bir əhəmiyyət kəsb etdiyini göstərən bir məqalə paylaşıb. 

Ednews xəbər verir ki, məqalədə ölkəmizin "yaşıl" və təbii ehtiyatların ixracatı, bir sıra mühüm dəhlizlərə böyük töhfələr verdiyi kimi bir sıra fikirlər qeyd edilib.

Məqaləni təqdim edirik:

Avropa İttifaqı ilə Azərbaycan arasında nisbətən gərgin siyasi münasibətlərə baxmayaraq, Brüssel 2027-ci ilə qədər Rusiyanın qalıq yanacaq idxalından asılılığına son qoymaq üçün Bakı ilə enerji sahəsində əməkdaşlığı gücləndirməyi hədəfləyir. Aİ enerji ilə zəngin Cənubi Qafqaz ölkəsindən təbii qaz idxalını artırmağa davam etməyi, həmçinin Bakıdan “yaşıl” enerji idxlalını planlaşdırır.

Azərbaycan bu ilin sonunda Birləşmiş Millətlər Təşkilatının 29-cu İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi etməyə hazırlaşarkən, Aİ, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və  Çinə, eləcə də keçmiş Sovet respublikasının yaşıl enerji sektorunun inkişafında maraqlı olan digər aktorlar burada iştirak etməyi hədəfləyir.

Aİ-nin məntiqi çox sadədir – blok Azərbaycandan təkcə qalıq yanacaqları deyil, həm də təxminən 10 milyon əhalisi olan Cənubi Qafqaz ölkəsində “yaşıl zonalar”da istehsal olunacaq elektrik enerjisini də idxal etmək istəyir.
Bakı Qarabağ məsələsini həll etdikdən sonra Azərbaycan hökuməti regionu, eləcə də ətraf rayonları yaşıl enerji istehsal edəcək “Sıfır Emissiya Zonasına” çevirmək planlarını həyata keçirməyə başladı. Əgər Azərbaycan iddialı məqsədinə nail ola bilsə və 2030-cu ilə qədər bərpa olunan enerji ölkənin istehsal gücünün 30 faizini təşkil etsə, Bakı “yaşıl elektrik enerjisinin” əhəmiyyətli hissəsini Xəzər-Aİ və Azərbaycan-Türkiyə dəhlizləri vasitəsilə ixrac edə biləcək. 

Hələ 2022-ci ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qafqaz regionundan Avropaya “enerji körpüsü”nün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıblar . Bu kabel Azərbaycanın “yaşıl elektrik enerjisini” Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya ötürmək, daha sonra Macarıstan və Avropanın qalan hissəsinə paylamaq üçün nəzərdə tutulub. Buna görə də Aİ-nin enerji rəsmilərinin bu yaxınlarda blokun Bakı ilə bərpa olunan enerji sahəsində tərəfdaşlığını gücləndirmək planlarını açıqlamasını gözləyə bilərik.
2024-cü ilin iyununda Bakı Enerji Forumunda Avropadan, eləcə də digər qitələrdən olan enerji ekspertləri və liderlərinin qlobal enerji təhlükəsizliyi və Azərbaycanın enerji sektorunun Avropanın enerji təhlükəsizliyində rolunu müzakirə edəcəyi gözlənilir. Daha da önəmlisi, Cənubi Qafqaz ölkəsinin noyabrda keçirilməsi planlaşdırılan BMT-nin İqlim Dəyişikliyi üzrə COP29 konfransının ev sahibi kimi elan edilməsi faktı onu göstərir ki, onun iqtisadiyyatı hələ də böyük həcmdə mədən yanacaqlarına əsaslanır.

Aİ üçün Azərbaycan əhəmiyyətli enerji təchizatçısıdır – istər qalıq yanacaq, istərsə də “yaşıl enerji” sahəsində. Ayrıca Çin üçün Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsündə mühüm tranzit ölkədir. Rusiya üçün isə Bakı, Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, Rusiyanın enerji nəhəngi Qazprom ilə enerji əməkdaşlığı ilə məşğul olan iqtisadi tərəfdaşdır. 

2022-ci ilin noyabrında “Qazprom” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) həmin aydan 2023-cü ilin martına qədər bir milyard kubmetr Rusiya təbii qazının tədarükü haqqında saziş imzalayıblar. Bununla belə, Azərbaycanın Rusiya qazını Aİ-yə ixrac etdiyi iddia edilir. Hansı ki, bunun sayəsində Aİ qaz təchizatında böyük sıçrayış görüldü. 

Həqiqətən də, “Qazprom” və SOCAR arasında bağlanan müqavilə, Bakıya nisbətən ucuz Rusiya qazını almaq və ondan daxili bazarda istifadə etmək, eyni zamanda öz təbii qazını Avropaya ixrac etmək, gəlirləri artırmaq üçün kifayət qədər imkan verdi.

Avropa Komissiyası və Azərbaycan 2027-ci ilə qədər Azərbaycan təbii qazının idxalını iki dəfə artıraraq ildə ən azı 20 milyard kubmetrə çatdırmaq üçün 2022-ci il Anlaşma Memorandumu imzaladıqdan sonra Bakı Avropaya qaz tədarükünü davamlı olaraq artırır. Məsələn, 2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr təbii qaz ixrac etdiyi halda, 2022-ci ildə Bakı öz qazının ümumilikdə 11,4  milyard kubmetrini Avropa bazarına verib. 2023-cü ildə Cənubi Qafqaz ölkəsi Avropaya təxminən 12 milyard kubmetr qaz ixrac edib, bir sıra Aİ ölkələri isə Azərbaycandan qaz idxalını artırmağı hədəfləyir.

25 aprel 2023-cü il tarixində Bolqarıstan (Bulqartransgaz), Rumıniya (Transqaz), Macarıstan (FGSZ), Slovakiya (Eustream) və SOCAR-ın qaz nəqli sistemlərinin (GTS) operatorları arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanmışdır. Bunula bağlı “Solidarity Ring” adlı, Avropalı müştərilər üçün alternativ mənbələrdən (Azərbaycan) əlavə qaz tədarükünü təmin etmək məqsədi daşıyan Aİ təşəbbüsü də mövcuddur. Üstəlik, Aİ-yə namizəd Serbiya da Azərbaycan qazını almaqda maraqlıdır. 2023-cü ilin dekabrında 170 kilometr uzunluğunda olan Serbiya-Bolqarıstan qaz xətti rəsmi olaraq sınaq olunmağa başlandı ki, bu da Cənub-Şərqi Avropa ölkəsinə Azərbaycandan qaz almaq və onun Rusiya təbii qazından asılılığını azaltmaq imkanını açır.

Beləliklə, Azərbaycanın enerjisinin Avropa üçün əhəmiyyətini nəzərə alsaq - Cənubi Qafqaz ölkəsinin təbii qazına Rusiyanın qalıq yanacaqlarından imtina etmək üçün böyük ehtiyacı var. Cənubi Qafqazdakı gərgin münaqişə vəziyyətdən asılı olmayaraq, Brüssel və Bakı arasında siyasi münasibətlər çətin ki, getdikcə gərginləşsin. 

Əkbər Novruz

 

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı