Qərb ikiüzlülüyü: Tarixi prezident seçkiləri anti-Azərbaycan çıxışları fonunda - ANALİTİKA

Analitika 15:30 09.02.2024

7 fevral Azərbaycan Respublikası bir tarixi hadisənin – ölkənin bütöv və suveren ərazisində, özünün milli dövlətçilik tarixində ilk dəfə prezident seçkiləri keçirildi. 

Seçki günü məntəqələrə kütləvi seçici axını, yüksək fəallığı əksər yerli və xarici müşahidəçilər və beynəlxalq təşkilatların nümayəndələri verdikləri bəyanatlarda təsdiq etdilər.

Ələxsus ölkə ərazisində keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı bir sıra tanınmış siyasətçilər açıqlamalar vermiş və dünya mediasının aparıcı agentlikləri saytlarında bir sıra xəbərlər, analitik məqalələr dərc ediblər. Hərçənd paylaşılan xəbərlər və açıqlamalar arasında anti – Azərbaycan mövqeli fikirlərin qeyd edilməsi gözümüzdən yayınmayıb. İndi onların Azərbaycanda keçirilən tarixi siyasi kampaniyasına ədalətli yanaşması mümkünsüzdür. Reallıq odur ki, bu qüvvələr işğaldan azad edilən bütün rayonlarda seçki məntəqələrinin fəaliyyət göstərməsini qəbul edə bilmirlər. 

Onlardan biri və ən öndə gedən şəxsi, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı müzakirələrin təşəbbüskarı olan almaniyalı deputat Frank Şvabe olub. Alman deputat hələ seçkilər bitməmiş onu-keçirilən prosesi “saxta” adlandırıb. Lakin görünür qeyri – peşəkar və tərəfkeş siyasətçi anlaya bilməyib ki, seçki prosesi başa çatmamış onunla bağlı heç bir qiymətləndirmə vermək olmaz. Sözsüz elə AŞPA-da da anti-Azərbaycan çıxışların arxasında erməni təbliğatının dayandığı sirr deyil. Onlar bununla özlərini demokratiya fədaisi kimi göstərməyə çalışırlar. Halbuki bir deputatın fikri ümumi olaraq bir parlamentin yekunu olmamalı idi.

00000000a.png

Sözsüz ki, Şvabe və onun kimi qərəzli fikirlər söyləyənlər sosial şəbəkələrdə yetərincə idi. Onların Azərbaycanla bağlı qərəzli fikirləri, doğrusu və ya yanlışları ilə öz şəxsi təşəbbüsləridir. Lakin, təəssüf ki, bu cür fikirlərin ifadə edilməsi bununla da məhdudlaşmır, qeyd etdiyim kimi özünü Qərbin aparıcı KİV – də göstərir. 

Bunlardan ən absurd olanı ilə başlayaq.

“Rane Networks” isimli Vaşinqton mərkəzli analitik portal belə bir fikir iddia edib: “Azərbaycanda növbədənkənar prezident seçkiləri Ermənistana bir sıra təhlükələr yarada bilər”. 

Screenshot_1.jpg

Paylaşılan yazının əvvəlində isə şərhlərini qısa olaraq, “Azərbaycan prezidentinin yenidən seçilməsi ölkənin Ermənistana Bakının şərtləri əsasında sülh sazişini qəbul etməsi üçün təzyiqlərini davam etdirməsinin yolunu açacaq və növbəti təcavüz təhlükəsini reallaşdıracaq”,- deyə əsaslandırıb. Bundan savayı irəli sürdükləri absurd fikrin müdafiəsi naminə, Azərbaycan Respublikasının siyasi xəttini qınayaraq davam edib və qeyd edib ki, baş tutan siyasi kampaniyanın bu nəticəsinin ölkənin təsir riçaqlarının artıracağını iddia edib. 

Başqa bir nəşr isə Frankfurt qəzetidir. Alman nəşr, “Azərbaycanda seçkilər oldu, amma prezident olduğu kimi qalır. İlham Əliyev hələ də heç bir müxalifətdən qorxmaq məcburiyyətində deyil. Avtoritar Azərbaycanda hazırkı prezident İlham Əliyev gözlənildiyi kimi növbədənkənar prezident seçkilərinin aşkar qalibi kimi təqdim edildi. Lakin tənqidi müşahidəçilərin fikrincə, sərt repressiyaları nəzərə alaraq səsvermə nə azad, nə də ədalətli olub”,-kimi fikirlər qeyd edib.

aq.jpg

Hazır yeri gəlmişkən qeyd edək ki, növbədənkənar prezident seçkisini 7 beynəlxalq və regional təşkilat müşahidə edib: Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), Müstəqil Dövlətlər Birliyi (MDB), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı (TDT), Qoşulmama Hərəkatının Gənclər Təşkilatı (QHGT). Bundan başqa minlərlə yerli müşahidəçilər də də bu prosesi izləyiblər.

 520605ce-adf1-4189-adc8-5a51f73a08d2.jpeg

Seçkidən bir gün sonra fevralın 8-də Azərbaycan baş tutan bütün seçkilərdə tənqidi, qərəzli və təhqir dolu hesabatları ilə yadda qalan ATƏT – in müşahidəçi missiyası mətbuat konfransı keçidi. Hərçənd onlar belə sadəcə bir sıra texniki problemlə bağlı iradlarından savayı seçki prosesində aktivlik müşahidə edildiyini dilə gətirdilər.

Bu cür qərəzli və əsassız fikirlər qeyd edən agentliklərə Almaniyanın qlobal nəşri DW, Tagesschau Qəzeti, London mərkəzli ərəb dilli Əl – Arabiya nəşri və bu seçkilərə “köhnə hamam, köhnə tas” başlığı altında paylaşan Eurasia.net (Azadlıqradiosunun bir sıra keçmiş işçiləri tərəfindən idarə edilir) saytı aiddir. 

Əlbəttə Qlobal təşkilatların və siyasi güc mərkəzlərinin kəskin qərəzli mövqe tutduğu yerdə mediadan neytrallıq gözləmək gülməli olar. Heç kəsə sirr deyil ki, media eyni təşkilatların və siyasi güc mərkəzlərinin əlində sadəcə faydalı alət olaraq istifadə edilir. Lakin bu absurd olmaqla yanaşı heç bir əsaslı faktın olmadığının bariz nümunəsidir. 

Hərçənd bu cür neqativ, qərəzli və heç bir müşahidə aparmadan fikir bildirən nəşrlərdən savayı, real vəziyyətlə bağlı yaxından şahid olan, müxbirlər, nəşrləri də qeyd etmək yerinə düşər.

55889966.jpg7777777.jpg

“Bakutribune” nəşrində Şaziyə Ənvər Şima (Shazia Anwer Cheema) adlı, bir sıra aparıcı dünya agentliklərində analitik və köşə yazarı kimi paylaşımlar edən xanım buna gözəl bir misaldır. Xanım analitik öz rəyində əsl bir beynəlxalq müşahidəçi gözü ilə şahidlik etdiyi prosesi qeydə alıb. O, 10 – dan çox seçki məntəqəsində olub. Bütün seçki məntəqələrində prosesin şəffaflığından, xalqın aktiv iştirakından heyrətlənib. Baş tutan seçkinin Azərbaycanın bütün bir şəkildə suveren ərazilərində baş tutmasından sevincli olduğunu vurğulayıb. Bu hələ bu nümunələrin biridir. Hansı ki, düşünürəm qərəzli ifadələr işlədən və prosesdə iştirak etməyən agentliklərə tutarlı cavabdır.

Əkbər Novruz

1c3d6b1a-f4f4-436d-b486-31925218b922.jpg

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı