Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi

Cəmiyyət 17:50 07.05.2025

Mayın 7-i Ümummili lider Heydər Əliyevin anadan olmasının 102 ili münasibətilə "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri dünəni, bu günü və sabahı" adlı elmi seminar keçirildi.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat eksperti Aslan Əsədov Azərbaycan ilə Türkiyə arasında formalaşmış strateji tərəfdaşlığın mühüm sütunlarından birinin nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlıq olduğunu qeyd etdi. Ardınca, Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı Vüqar İskəndərova çıxış üçün söz verildi. 

"Azərbaycan-Türkiyə münasibətləri təkcə tarixi, mədəni və qardaşlıq bağları ilə deyil, həm də strateji əməkdaşlıqla möhkəmlənmiş kompleks münasibətlər sistemidir. Xüsusilə nəqliyyat və kommunikasiya sahəsində həyata keçirilən birgə layihələr – Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu regionun iqtisadi inteqrasiyası və geosiyasi əhəmiyyətinin artmasında mühüm rol oynayır".

Davamında, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri Vəli Məmmədov çıxış etdi. O bildirdi ki, AYNA olaraq əsas məqsəd, həm yerli, həm də beynəlxalq marşrutlarda daşımaların təhlükəsiz, səmərəli və müasir texnologiyalarla təmin edilməsidir. Azərbaycan-Türkiyə əməkdaşlığı çərçivəsində yeni nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, rəqəmsal logistik platformaların yaradılması və süni intellekt texnologiyalarının tətbiqi yaxın gələcəkdə sektorda dönüş nöqtəsi olacaq. Eyni zamanda, Zəngəzur dəhlizi layihəsinin reallaşması bu istiqamətdə əməkdaşlığın miqyasını daha da genişləndirəcək.

Tədbir zamanı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyanın (ABADA) nümayəndəsi Pərvin Quliyev, Nəqliyyat eksperti Rauf Ağamirzəyev və şair-jurnalist Abil İslam Türkiyə-Azərbaycan əlaqələri, nəqliyyatın iqtisadiyyatın aparıcı qüvvəsi olduğu və Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasətindən bəhs edərək, fikirlərini bölüşdülər.

Tədbirin sonunda xatirə fotosu çəkildi.

Aytac Kərimova//EDnews

sem1.jpg

sem3.jpg

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Nanəli suyun faydaları açıqlandı
10:54 12.05.2025
Qırğızıstanda zəlzələ baş verib
10:51 12.05.2025
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
10:49 12.05.2025
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
10:47 12.05.2025
Adı musiqi tariximizin səhifələrinə əbədi yazılmış bəstəkar
10:45 12.05.2025
Bədavi Hüseynov “Qarabağ”ın heyətində çempionatda 250-ci oyuna çıxıb
10:40 12.05.2025
İsrail ABŞ-nin Qəzzaya humanitar yardım çatdırmaq planını dəstəkləyib
10:37 12.05.2025
"Putini mayın 15-də şəxsən Türkiyədə gözləyəcəyəm"
10:35 12.05.2025
Roma Papası gerbini və şüarını açıqlayıb
10:31 12.05.2025
Moqadişoda daşqın olub
10:27 12.05.2025
Misirin Baş naziri: Ölkədə 10 milyondan çox qaçqın var
10:24 12.05.2025
PKK özünü ləğv etdi
10:18 12.05.2025
Abşeron Milli Parkında Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar veloyürüş təşkil edilib
10:10 12.05.2025
Qəzzada ölənlərin sayı 53 minə çatır
10:05 12.05.2025
Hindistanda ağır yol qəzası baş verib
10:03 12.05.2025
Şizofreniya xəstələrinin beyinləri sağlam insanlara nisbətən daha tez qocalır
09:48 12.05.2025
Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
08:12 12.05.2025
Rusiya bu il Azərbaycanda yeni sənaye parkının yaradılmasına ümid edir
07:55 12.05.2025
Omanda İran-ABŞ danışıqlarının növbəti raundu keçirilib
06:25 12.05.2025
Bitkoinin qiyməti bu il ilk dəfə 105 min dolları ötüb
06:07 12.05.2025
Hamısı