“Nizamşahın ehtiyatları” əsəri UNESCO-nun “Dünya yaddaşı” reyestrində -FOTO

Cəmiyyət 10:53 30.07.2024

UNESCO-nun “Dünya yaddaşı” reyestrinə daxil olan nümunələrimiz Rüstəm Curcaninin “Nizamşahın ehtiyatları” əsəri   

“Dünya yaddaşı” reyestri  UNESCO-nun vacib palatformalarından biridir. 1992-ci ildən həyata keçirilən “Dünya yaddaşı” proqramının əsas məqsədi kağız üzərində, audiovizual, rəqəmsal və ya hər hansı digər formada mühüm və böyük dəyərə malik sənədlər və ya sənədlər kolleksiyalarının geri qaytarıla bilməyən itkisinin qarşısını almaqdır. Təşkilata üzv ölkələr arasında 2017-ci ildə yaranmış fikirayrılığı səbəbindən Dünya Yaddaşının Beynəlxalq Reyestrinə sənədlərin daxil edilməsi prosesi dayandırılmışdı. 24 may  2023-cü il tarixində  UNESCO İcraiyyə Şurasının qərarı ilə altı il davam edən fasilədən sonra reyestrə 64 sənəd salınıb. Bunu alqışlayan baş direktor Odri Azule qeyd edib ki, üzv ölkələr bu prosesə böyük maraq göstərib. 56 ölkə və təşkilatın bu yeni əlavələri ilə indi reyestrdə dünyanın bütün regionlarından 494 sənədli irs kolleksiyası var.

Odri Azule: “Sənədli irs bəşəriyyətin ümumi yaddaşıdır. Yazılı və səsli irs nümunələri tədqiqat məqsədləri üçün qorunmalı və mümkün qədər çox insanla paylaşılmalıdır. Bu sənədlər bizim kollektiv tariximizin tərkib hissəsidir”.

Məlum olduğu kimi  10-24 may tarixlərində Parisdə keçirilən UNESCO İcraiyyə Şurasının 216-cı sessiyasında təşkilatın Dünya Yaddaşının Beynəlxalq Reyestrinə (Memory of the World International Register) yeni nominasiyalar daxil edilib. Onların arasında Azərbaycan və türk tarixinə aid irs əsərləri və sənədlər: Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu, Qacarlar hakimiyyəti dövründə beynəlxalq münasibətlərə dair sənədlər, Şeyx Səfiəddin Ərdəbili türbəsinin kitabları, türkmən, qırğız və özbək xalqlarının əlyazma və qədim irs yadigarları var.

 Daşdan sellüloidə, perqamentdən metal disklərə qədər müxtəlif formalarda saxlanılan bu ümumbəşəri dəyərə malik simvolik irs nümunələri indi gələcək nəsillər üçün qorunur.

SƏNƏDLİ İRS NÜMUNƏLƏRİ BÜTÜN DÜNYADA TƏHLÜKƏ ALTINDADIR

 Dünyanın bir çox yerlərində, xüsusən də inkişaf etməkdə olan ölkələrdə sənədli arxivlər bərbad vəziyyətdədir. Daşqınlar və yanğınlar illər ərzində minlərlə kağız qeydləri məhv edib, audiovizual materiallar yoxa çıxıb. Maqnit lentləri zaman keçdikcə pisləşir və onları saxlaya  bilən cihazlar sıradan çıxır. Bu materialları qorumaq və rəqəmsallaşdırmaq üçün kollektiv səylərə ehtiyac duyulur, əks halda, onlar həmişəlik itirilə bilər. UNESCO bu məqsədlə Afrika ölkələrində kitabxanalara, arxivlərə və muzeylərə dəstək verir.

Azərbaycanda ixtisaslaşmış elmi institutlarda UNESCO meyarlarına uyğun olaraq “Dünya yaddaş” reyestrinə   daxil olmuş elmi irs nümunələrinin mövcudluğu bizim dünya elmi irsinin obyektlərindən biri kimi qəbul edilməyimizin göstəricilərindəndir. Biz bu reyestr daxil olmuş nümunələrimizi milli səviyyədə populiyarlaşdırılmasının zəruriliyini önə çəkərək ayrı-ayrı nümunələr haqqında tanıtım məqsədli yazılar tədim edirik.  Sizə bu məqaləmizdə təqdim olunan elmi  irs nümunəsi  Rüstəm Cürcani “Zəxireyi-Nizamşahi” əsəridir.  

Rüstəm Cürcani “Zəxireyi-Nizamşahi” (Nizamşahın ehtiyatları) (Şifr: M-220)

XII əsr alimi Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi” əsəri tibbə, farmakologiyaya aiddir. XIII əsrdə köçürüldüyü ehtimal olunur. 487 vərəqdən ibarətdir. Gözəl, narın nəstəliq xətti ilə, qara mürəkkəblə köçürülüb. Əlyazmanın 1-ci səhifəsi qızıl suyu və naxışlarla bəzədilmişdir. Mətn qızıl suyu ilə çəkilmiş çərçivə ilə çərçivələnib.

Rüstəm Curcaninin “Nizamşahın ehtiyatları” əsəri

XIII əsrdə yazılmış bu kitab Zeynəddin Cürcaninin məşhur tibbi kitabını təqlid etmişdir. Rüstəm Cürcaninin əlyazması unikaldır və həmin kitab dünyanın yeganə əlyazmasıdır.

Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi” (“Nizamşahın azuqələri”) əsəri orijinal əsər olmaqla bərabər Zeynəddin ibn Əbu İbrahim Cürcani (XII əsr) tərəfindən yazılan “Zəxireyi -Xərəzmşahi” əsərinə bənzəyir. Bu əlyazma unikaldır və dünyanın digər əlyazma əmanətlərində (anbarlarında) tapılmamışdır; ən azı, dünyadakı bilinən digər kataloqlarda bu ada rast gəlinməyib.  Kompilyasiya tarixi məlum olmasa da, əlyazma XVI əsrdə (Hicrə ilə 954) köçürülüb. Kitab tibbi bitkilərin, heyvandan alınan maddələrin, mineralların və mürəkkəb dərmanların əczaçılıq üzrə xüsusiyyətlərinin təsvirini verir. Bu kitab Qədim İran və fars dilli ölkələrdə tibb və farmakologiyanın inkişafına öz təsirini göstərib. Həmin əsər əlyazma şəklində saxlanılır və hələ də tərcümə və çap edilməyib.

Əlyazma Nəstəliq xətti ilə ağ kağızda qara mürəkkəb ilə yazılıb. Başlıqlar qırmızı mürəkkəb ilə yazılıb. Cildlənməsi qara dəridəndir. İlk səhifə ornamentlə naxışlanıb; format: 16×25 sm, səhifələrin sayı: 487.

Könül Həsənova,

ADPU-nun filologiya fakultəsinin dekanı, f.ü.f.doktoru, dosent,

UNESCO klubunun rəhbəri

Səməd Vəkilov ,

Tədqiqatçı-hüquqşünas

 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Heydər Əliyev adına Hərbi İnstitutda elmi-praktik konfrans keçirilib
12:52 03.05.2025
Kevin De Bruyne "Mançester Siti"nin heyətində yeni uğura imza atdı
10:03 03.05.2025
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıdıb
09:58 03.05.2025
10 min abituriyent buraxılış imtahanlarından şikayət edib
09:43 03.05.2025
Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
09:25 03.05.2025
Qarpızın içərisində gizlədilən 63 kiloqramdan artıq narkotik aşkar edilib
08:31 03.05.2025
Şahzadə Harri məhkəməni uduzdu
07:40 03.05.2025
HƏMAS Qəzza zolağı ilə bağlı sövdələşməyə hazırdır
07:35 03.05.2025
Ərdoğan və Netanyahunun Azərbaycana səfəri Ermənistandan necə görünür?
06:48 03.05.2025
Tramp Roma Papası obrazında şəklini paylaşıb
05:29 03.05.2025
"Traktor Sazi" İran çempionu oldu
02:09 03.05.2025
Geoloqlar qlobal vulkan püskürmələri haqqında siqnal aşkarladılar
01:15 03.05.2025
"ABŞ Rusiya və Ukrayna arasında vasitəçilik etməyə davam edir"
00:33 03.05.2025
MKİ çinliləri əməkdaşlığa çağırır
20:18 02.05.2025
TikTok Məlumatları ötürür?
19:20 02.05.2025
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi
15:01 02.05.2025
Əməyin Mühafizəsi Mərkəzi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təminatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə tədbirlərinə start verib
14:32 02.05.2025
Şüuraltı bəndləri yıxan sənətin əbədi təlimatı Xanəmir Telmanoğlu yazır...
14:28 02.05.2025
Meymun kənddə qarışıqlıq yaratdı: İnsanlara hücum etdi
12:48 02.05.2025
Gözümüzün altı niyə qaralır? - Nə etməli?
12:46 02.05.2025
" Pakistan qardaş Azərbaycanın dəstəyini çox yüksək qiymətləndirir"
12:43 02.05.2025
Londonda Azərbaycan–Böyük Britaniya biznes əlaqələrinə həsr olunmuş tədbir keçirilib
12:35 02.05.2025
Ötən ay 58 aptekdə monitorinq aparılıb, 20-də nöqsan aşkarlanıb
12:31 02.05.2025
UNDP-nin Azərbaycandakı fəaliyyəti başa çatıb
12:23 02.05.2025
Azərbaycanın dəniz məhsullarının Aİ ölkələrinə ixracı ilə bağlı işlər aparılır
12:19 02.05.2025
"Prezident Kuboku-2025”: Azərbaycan təmsilçiləri daha altı medal qazanıblar
12:12 02.05.2025
Alimlər bizi qaşındıran şeyləri aşkar ediblər
12:07 02.05.2025
BMT qlobal arxitekturada genişmiqyaslı islahat hazırlayır
12:02 02.05.2025
Marko Rubio İranla nüvə sazişinin şərtlərindən daha birini açıqlayıb
12:00 02.05.2025
Pekindən siqnal: ABŞ tarif danışıqlarına hazırdır
11:58 02.05.2025
"D" vitaminini necə tənzimləyək ?
11:55 02.05.2025
"Türk ölkələrinin xoreoqrafiya mədəniyyətini yaxınlaşdırmaq vacib amildir"
11:49 02.05.2025
Eskişehirdə Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan konfrans keçirilib
11:45 02.05.2025
İsrail “Azadlıq donanması”nı vurdu
11:42 02.05.2025
AMEA-da Azərbaycan-Misir elmi əməkdaşlığı müzakirə edilib
11:36 02.05.2025
Şərqşünas alim beynəlxalq konfransda qədim dillərin süni intellekt vasitəsilə öyrənilməsindən danışıb
11:34 02.05.2025
İraq ərazisində anti-İran qüvvələrin fəaliyyəti qadağan edilib
11:27 02.05.2025
Azərbaycan və Nepal arasında Anlaşma Memorandumunun imzalanması üçün hazırlıq işləri görülür
11:25 02.05.2025
Boliviyada sərnişin təyyarəsi yoxa çıxdı
11:16 02.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana səfər edəcək
11:07 02.05.2025
Hamısı