Avqustun 25-də 2024-2025-ci tədris ilində peşə təhsili müəssisələrinə tələbə qəbulu başlanılacaq.
Ednews xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov jurnalistlər üçün təşkil edilən brifinqdə deyib.
O qeyd edib ki, tələbə qəbulu üç mərhələdən ibarət olacaq və bu barədə məlumatlar gələn ay ictimaiyyətə açıqlanacaq.