“Bakı və regionlar üzrə cinayət işləri ilə bağlı ən çox bəraət qərarı istintaqı Sabunçu Rayon Polis İdarəsi tərəfindən aparılan işlər üzrə çıxarılıb”.
Ednews xəbər verir ki, bu sözləri baş prokuror Kamran Əliyev ötən ilin yekunlarına dair keçirilən kollegiya iclasında deyib.
“Məhkəmə nəzarəti qaydasında ləğv edilən cinayət işi üzrə icraata xitam verilməsi və icraatın dayandırılması haqda qərarların çıxarılmasına görə birinci yerdə Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsi gedir. Hara baxırsan, Sabunçudur”, - Baş prokuror əlavə edib.