srail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus 50 qırıcı təyyarəsi İranın nüvə proqramı ilə əlaqəli "prioritet hədəfləri", eləcə də Tehranda raket hissələrinin istehsal olunduğu obyektləri bombalayıb.
“EDnews” xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat Xidməti məlumat yayıb.
Eyni zamanda, İsrailin müdafiə naziri İsrael Kats ordunun İrana qarşı hücumlarının intensivliyinin artırılması, o cümlədən "rejimi destabilizasiya etmək" üçün göstəriş verib.
Öz növbəsində, İran İslam Respublikasının Səhiyyə Nazirliyi açıqlama verərək bildirib ki, bu səhər Tehranda yerləşən bir xəstəxana Yəhudi dövləti tərəfindən həyata keçirilən raket hücumuna məruz qalıb.