Milli QHT Forumunun Ümumrespublika Forumu keçirilib - Prezident seçkiləri ilə bağlı bəyanat qəbul edilib

Cəmiyyət 15:05 10.01.2024

Bakıda Azərbaycan Milli QHT Forumunun ümumrespublika forumu keçirilib.

Ednews xəbər verir ki, forumda ölkədə fəaliyyətdə olan 300-ə yaxın Qeyri-Hökumət Təşkilatının rəhbər və nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Milli QHT Forumunun Prezidenti Rauf Zeyni buna qədər baş tutan regional forumlarının əhəmiyyətindən bəhs edib: "Bu forumlarda 250-dək QHT iştirak edib. Bu regional forumlar göstərdi ki, QHT-lər çox böyük potensiala malikdir. Hesab edirik ki, bu forumları davamlı olaraq təşkil edəcəyik".

Rauf Zeyni çıxışı zamanı Azərbaycan xalqını 7 fevral növbədənkənar prezident seçkilərində fəal olmağa çağırıb. 

"Zəfər" Şəhid Ailələrinə Dəstək ictimai birliyinin sədri Sevinc Alızadə forumda fikirlərini bildirib. 

Sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev çıxış edib. Daha sonra bir sıra QHT rəhbərləri çıxışlar edib, fikirlər səsləndiriblər. 

Çıxışlarda ölkəmiz üçün əhəmiyyətli nüanslar, tarixi Zəfərimiz, eləcə də növbədənkənar prezident seçkiləri barədə fikirlər səsləndirilib.

Həmçinin QHT-lərin Azərbaycanın haqlı mübarizəsində daim fəal olması diqqətə çatdırılıb. Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının rəhbəri Rafael Hacıbəyli, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov da çıxış ediblər. 

Yekunda Milli QHT Forumunun ümumrespublika forumu bəyanat qəbul edib. Bəyanatda deyilir:

"Azərbaycan Milli QHT Forumu 25 ildir ki, ölkədə vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edir. Hazırda Forum öz sıralarında müxtəlif profilli 100-lərlə QHT-ni birləşdirir.

Son 1 ayda Azərbaycan Milli QHT Forumu respublikanın 5 regionunda – Lənkəranda, Qubada, Şəkidə, Gəncədə və Naxçıvanda regional forumlar keçirib, bu forumlarda 250-dən çox yerli QHT iştirak edib. Bu gün regional forumlara ümumrespublika forumu ilə yekun vurulur.

Ölkə üzrə vətəndaş cəmiyyəti təsisatları ilə aparılan bütün müzakirələrdə vahid mövqe və yekdil fikir ondan ibarətdir ki, son 20 ildə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə tarixində heç vaxt olmamış miqyasda böyük inkişaf yolu keçib.

Ötən dövrdə Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz, etibar, hörmət qazanıb. Dünyada Azərbaycan liderinin hər bir sözü imzası kimi qəbul olunur.

Məhz Prezident İlham Əliyevin rəhbərliyi, Ali Baş Komandanlığı ilə 30 ilə yaxın işğal altında qalmış bütün torpaqlarımız azad olunub. Şuşada, Xankəndində, Xocalıda Azərbaycan Bayrağı qaldırılıb. Bu, Azərbaycan xalqının tarixində qızıl dövrün açılmasıdır.

200 ilə yaxındır ki, “erməni məsələsi” Cənubi Qafqazda bütün problemlərin kökündə dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasətlə bu məsələ birdəfəlik həll edildi. Ermənistan və onun havadarlarının Cənubi Qafqazda ikinci erməni dövləti yaratmaq niyyətləri puç oldu.

Azərbaycanın vətəndaş cəmiyyəti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə fəxr edir.

Bu gün Azərbaycan dünyada təhlükəsizlik adası, əmin-amanlıq diyarı kimi tanınır. O qədər də uzaq olmayan bölgələri, coğrafiyanı qanlı hadisələr, aramsız böhranlar, təlatümlər bürüyüb. Azərbaycan isə gündən-günə güclənir, inkişaf etmiş dövlətə çevrilmək yolunda sürətlə irəliləyir.

Ulu Öndər Heydər Əliyev yolu və Prezident İlham Əliyevin qətiyyətli, məqsədyönlü siyasəti Azərbaycanın bütün uğurlarının təməlində dayanır.

Ölkədə gedən ümumi inkişaf vətəndaş cəmiyyəti üçün də yeni imkanlar açır. Yaradılmış sərbəst və azad mühit QHT-lərin fəaliyyətini, onların təşəbbüslərini önə çıxarır. Hər il yüzlərlə QHT-yə müxtəlif dövlət qurumları qrantlar ayırır. Bu sahədə sistemli dövlət dəstəyi üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyi təsis olunub.

Prezident İlham Əliyevin QHT-lərin fəaliyyəti ilə bağlı çağırışları, fikirləri Azərbaycan QHT-lərinə ictimai etimadı gücləndirir, vətəndaş cəmiyyəti qərarların qəbulu proseslərində fəal iştirak edir. İctimai iştirakçılıq ötən 20 ildə xeyli genişlənib. Hazırda 4000-ə yaxın QHT ölkənin ictimai həyatında yer alır.

Azərbaycan QHT-ləri bu gün bir çox sahələrdə cəmiyyət həyatına layiqli töhfələri ilə seçilir, beynəlxalq miqyasda uğurlar qazanırlar.

Azərbaycan Milli QHT Forumu olaraq bəyan edirik ki, ölkəyə böyük tarixi qələbələr qazandıran Prezident İlham Əliyevin siyasətini tam müdafiə edirik, bu siyasətin davam etməsi hər birimizin ümumi arzusu, istəyi, mövqeyidir. Biz Sizinləyik, cənab Prezident!

2003-cü ildən bu yana Azərbaycan xalqı öz gələcəyini yalnız Prezident İlham Əliyevə etibar edib. İlham Əliyev qalib xalqın qalib lideri kimi dünya miqyasında böyük şöhrət qazanıb.

7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri indiyədək olan bütün seçkilərdən fərqlənir. Bu seçkilər ilk dəfə respublikanın bütün suveren ərazisində təşkil olunacaq. Bu, böyük tarixi hadisədir. Azərbaycan Milli QHT Forumu Azərbaycan vətəndaşlarını bu tarixi prosesin bir hissəsinə çevrilməyə, səsvermə günü seçkilərdə fəal iştiraka çağırır".

659e5223cac8a659e5223cac8d170487453025f9627d0b27f7e370e3b1b15a6bd44d.jpg

659e5227bae88659e5227bae8b1704874530b760be9ea7da83077ac7a5b25271b367.jpg

c1c0bfa0-ad0a-4a82-82c3-bf11310a85b5.jpg

659e52250cdb5659e52250cdb71704874530ec3a642ace543cb364bb2ed76a65156b.jpg

659e522274a89659e522274a8a17048745304ba1b5f3cdc655a94cc3b52e8db508ca.jpg

9276b994-5aa9-4fe9-83c8-970b129a126c.jpg

 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Heydər Əliyev adına Hərbi İnstitutda elmi-praktik konfrans keçirilib
12:52 03.05.2025
Kevin De Bruyne "Mançester Siti"nin heyətində yeni uğura imza atdı
10:03 03.05.2025
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıdıb
09:58 03.05.2025
10 min abituriyent buraxılış imtahanlarından şikayət edib
09:43 03.05.2025
Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
09:25 03.05.2025
Qarpızın içərisində gizlədilən 63 kiloqramdan artıq narkotik aşkar edilib
08:31 03.05.2025
Şahzadə Harri məhkəməni uduzdu
07:40 03.05.2025
HƏMAS Qəzza zolağı ilə bağlı sövdələşməyə hazırdır
07:35 03.05.2025
Ərdoğan və Netanyahunun Azərbaycana səfəri Ermənistandan necə görünür?
06:48 03.05.2025
Tramp Roma Papası obrazında şəklini paylaşıb
05:29 03.05.2025
"Traktor Sazi" İran çempionu oldu
02:09 03.05.2025
Geoloqlar qlobal vulkan püskürmələri haqqında siqnal aşkarladılar
01:15 03.05.2025
"ABŞ Rusiya və Ukrayna arasında vasitəçilik etməyə davam edir"
00:33 03.05.2025
MKİ çinliləri əməkdaşlığa çağırır
20:18 02.05.2025
TikTok Məlumatları ötürür?
19:20 02.05.2025
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi
15:01 02.05.2025
Əməyin Mühafizəsi Mərkəzi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təminatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə tədbirlərinə start verib
14:32 02.05.2025
Şüuraltı bəndləri yıxan sənətin əbədi təlimatı Xanəmir Telmanoğlu yazır...
14:28 02.05.2025
Meymun kənddə qarışıqlıq yaratdı: İnsanlara hücum etdi
12:48 02.05.2025
Gözümüzün altı niyə qaralır? - Nə etməli?
12:46 02.05.2025
" Pakistan qardaş Azərbaycanın dəstəyini çox yüksək qiymətləndirir"
12:43 02.05.2025
Londonda Azərbaycan–Böyük Britaniya biznes əlaqələrinə həsr olunmuş tədbir keçirilib
12:35 02.05.2025
Ötən ay 58 aptekdə monitorinq aparılıb, 20-də nöqsan aşkarlanıb
12:31 02.05.2025
UNDP-nin Azərbaycandakı fəaliyyəti başa çatıb
12:23 02.05.2025
Azərbaycanın dəniz məhsullarının Aİ ölkələrinə ixracı ilə bağlı işlər aparılır
12:19 02.05.2025
"Prezident Kuboku-2025”: Azərbaycan təmsilçiləri daha altı medal qazanıblar
12:12 02.05.2025
Alimlər bizi qaşındıran şeyləri aşkar ediblər
12:07 02.05.2025
BMT qlobal arxitekturada genişmiqyaslı islahat hazırlayır
12:02 02.05.2025
Marko Rubio İranla nüvə sazişinin şərtlərindən daha birini açıqlayıb
12:00 02.05.2025
Pekindən siqnal: ABŞ tarif danışıqlarına hazırdır
11:58 02.05.2025
"D" vitaminini necə tənzimləyək ?
11:55 02.05.2025
"Türk ölkələrinin xoreoqrafiya mədəniyyətini yaxınlaşdırmaq vacib amildir"
11:49 02.05.2025
Eskişehirdə Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan konfrans keçirilib
11:45 02.05.2025
İsrail “Azadlıq donanması”nı vurdu
11:42 02.05.2025
AMEA-da Azərbaycan-Misir elmi əməkdaşlığı müzakirə edilib
11:36 02.05.2025
Şərqşünas alim beynəlxalq konfransda qədim dillərin süni intellekt vasitəsilə öyrənilməsindən danışıb
11:34 02.05.2025
İraq ərazisində anti-İran qüvvələrin fəaliyyəti qadağan edilib
11:27 02.05.2025
Azərbaycan və Nepal arasında Anlaşma Memorandumunun imzalanması üçün hazırlıq işləri görülür
11:25 02.05.2025
Boliviyada sərnişin təyyarəsi yoxa çıxdı
11:16 02.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana səfər edəcək
11:07 02.05.2025
Hamısı