Kamil insan necə olmalıdır?

Cəmiyyət 18:59 14.05.2020
İslam dini sülh, mehribanlıq və xeyirxahlıq dinidir. Allah insanları yoxdan yaradaraq, mükəmməl orqanlara sahib etdi və bu dünyada olan hər şeyin ixtiyarına çevirdi. Yaradan insana verilən fəziləti digər canlılardan heç birinə verməmişdir. Əlbəttə ki, insan mükəmməl olmaya bilər, amma həyatı boyunca inancla daima kamillik üçün səy göstərməlidir. Kamil insan, ilk növbədə, Yaradanı ilə mükəmməl münasibət quran bilən biridir. Bu cür insan müsəlman olmasından asılı olmayaraq, ətrafında olan hər kəslə yaxşı münasibət qurmağa və lazımi şəkildə davranmağa qadirdir. Kamil insan cəmiyyətin və ölkənin bir hissəsi olaraq bu sistemdə əldə etdiyi biliklərlə tamamlanır. Kamil bir insanın həyatın müxtəlif sahələrində hansı keyfiyyətlərə sahib olmalarını aşağıdakı kimi ümumiləşdirilə bilərik:
 
1. Hər şeydə düşüncəli və şüurlu olmaq. Kamil insan söylədiyi, etdiyi və hətta düşündüyü şeylər haqqında diqqətli olmalıdır. İslam düşünən insanların dinidir. Allah Qurani-Kərim ayələri vasitəsilə dəfələrlə insanı düşünməyə və doğru qərar verməyə çağırır. Çünki bəzən yaxşı niyyətlə görülən işin də nəticəsi fərqli ola bilər. Bunun üçün insan çoxlu mütaliə etməli, düşünməli və özündə təhliletmə qabiliyyəti formalaşdırmalıdır.
2. Xeyirxah və mülayim olmaq. Allah yaratdıqlarına qarşı münasibətdə mehriban və mərhəmətli olduğu kimi insanlar da Yaradanımızın ona göstərdiyini digərlərinə nümayiş etdirməlidir. İslam insanı hər şeyə qarşı xoş münasibət göstərməyə çağırır: özünə, valideynlərinə, ailəsinə, uşaqlarına, heyvanlara, bütün canlı və cansız şeylərə. Xeyirxahlıq dinin ictimai əxlaq sahəsindəki ən əsas göstərişlərindən biridir. Buna görə də bir çox ayələr başqalarına qarşı xeyirxah və mülayim olmaq fəzilətinə həsr olunmuşdur. Bəziləri bunun qaydaları və şərtlərini, bəziləri isə yaxşılıq edənlərin məqamını və mükafatını təsvir etmişdir.
3. Təmizliyə riayət etmək. İslam hökmünə əsasən müsəlman ruhu başda olmaqla bədəninin, yerinin və geyiminin saflığına, təmizliyinə riayət etməlidir. İslam insanlardan hər şeydə təmizliyə və nizama riayət etmələrini istəyir. Əbəs yerə deyil ki, namazın, ibadətin açarı da təmizlikdir. 
4. Xoşniyyətli və təvazökar olmaq. İslam dininə görə, yaxşı niyyətlə görülən bir iş, bu əmələ zinət verir, təmtəraqlılıq isə (göstərməklə etmək) onun gözəlliyini məhv edir. Yaxşılıq ən yüksək mənəvi dəyərdir və bizi addım-addım ideala yaxınlaşdırır. Yaxşılıq edən insan avtomatik olaraq pis, ədəbsiz, kobud ola bilməz. Yaxşılıq etməklə tərbiyələnmiş insan müəyyən dərəcədə günah işlətməkdən də sığortalanar. Ümumiyyətlə, kamil insan özünə və ya başqa bir şəxsə fiziki və əqli cəhətdən zərər verə biləcək hər hansı bir hərəkətdən çəkinməlidir.
5. Səbirli və təmkinli olmaq. İnsan həyatında səbirin vacibliyini qiymətləndirmək olduqca çətindir. Çünki səbir, çətinliyə dözməkdə, düzgün seçim etməkdə, əxlaq və həqiqət yoluna qayıtmaqda, həmçinin hər bir işdə ehtiyatlı olmağa kömək edən bir qüvvədir. Qurani-Kərimdə səbir yüzdən çox ayədə xatırlanır. Heç şübhəsiz Allahın insan üçün yazdığı və ona yaşatdığı hər bir şey xeyirədir. Yalnız Allah bizi hər bir pislikdən qoruya və əzablarımızı yüngülləşdirə bilər. Buna görə də səbir inanclı, kamil insanın vacib bir keyfiyyətidir, imanın bir hissəsidir. Allah yalnız səbir edənlərə mükafat verər.
6. Şükür etmək və güclü olmaq. Şükür etmək, Allaha tam itaət etmək, Onun qatında ən yüksək ibadət səviyyəsidir. Müsəlman, hansı çətinliklərlə üzləşməsindən asılı olmayaraq, narazılıq göstərməməli, ruhun və xarakterin möhkəmliyini nümayiş etdirməlidir.
 
Elvin Talışınski 
Qafqaz Müsəlmanları İdarəsi
Bakı İslam Universitetinin kafedra müdiri
fəlsəfə doktoru
Paris Şuşada təslim oldu

Xəbər xətti

"Lion"İkinci liqaya göndərildi
08:10 25.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
07:35 25.06.2025
Qeyri-rəsmi nikahda əmlak bölgüsü necə olur?
07:00 25.06.2025
“İranın nüvə silahı olmayacaq”
06:30 25.06.2025
"Fənərbaxça" iki ulduz futbolçunu transfer etmək istəyir
06:00 25.06.2025
Haaqa Sammitində son dövrlərin ən böyük silahlanma proqramı qəbul oluna bilər
05:32 25.06.2025
“WhatsApp”ın ödəniş sisteminə keçdiyi elan edildi
05:30 25.06.2025
Qarpız mövsümü gəldi
05:00 25.06.2025
"ABŞ İrana uranı zənginləşdirməyə icazə verməyəcək"
04:56 25.06.2025
Bu bürclər varlanacaq
04:30 25.06.2025
Türkiyə və Qətər XİN-ləri regiondakı vəziiyyəti müzakirə etdilər
04:00 25.06.2025
Azərbaycan stendi Peruda beynəlxalq sərgidə maraqla qarşılanıb
03:36 25.06.2025
" İran nüvə proqramından əl çəkməyəcək"
03:03 25.06.2025
Yüksək Təzyiqi olanlara kömək edən göyərti məlum oldu
02:45 25.06.2025
"Avropa Birliyi ölkələri Türkiyə ilə əməkdaşlıq etməlidir"
02:23 25.06.2025
Klublararası dünya çempionatı: "Benfika" və "Bavariya" növbəti mərhələdə
02:01 25.06.2025
"300 min manat kredit borcum var"
01:58 25.06.2025
Ərdoğan və Tramp arasında görüş baş tutdu
01:54 25.06.2025
Zelenski və Makron görüşdü
01:41 25.06.2025
Sovet dövrünün adamları niyə çox yaşayırlar?
01:39 25.06.2025
Paris Şuşada təslim oldu
01:23 25.06.2025
Tramp Nobel Sülh Mükafatına namizəd göstərildi
01:10 25.06.2025
İsrail dronları İranın Rəşt şəhərinin ətrafına hücum edib
01:03 25.06.2025
"İsrail məqsədlərinə nail ola bilmədi"
00:55 25.06.2025
Erməni deputatın Rusiyaya girişi qadağan edildi
00:40 25.06.2025
Ceyranbatanda KÜÇƏ İTİ nənə və nəvəyə hücum edib
00:25 25.06.2025
" İran Silahlı Qüvvələri əhəmiyyətli taktiki potensialı saxlayır"
00:16 25.06.2025
Tramp NATO baş katibinin şəxsi mesajını sosial şəbəkədə paylaşdı
00:10 25.06.2025
Üç min avtomobillə dolu gəmi Sakit okeanda batdı
23:55 24.06.2025
"İsrail və İran arasındakı atəşkəs razılaşması qüvvədədir"
23:40 24.06.2025
Donald Trampa impiçment elan oluna bilər
23:25 24.06.2025
"Serbiyanı heç kim düşünmür"
23:10 24.06.2025
"İrana qarşı kampaniya bitməyib"
22:55 24.06.2025
Dövlət xidmətləri sadələşdiriləcək
22:40 24.06.2025
Neymar "Santos"da qalır
22:25 24.06.2025
Azərbaycan-İran sərhədində radiasiya artımı var?
22:10 24.06.2025
Yeni unikal qan qrupu kəşf edildi
21:55 24.06.2025
"Aİ vətəndaşlarının təxliyəsinə kömək etdiyinə görə Azərbaycana minnətdarıq"
21:49 24.06.2025
Sertifikasiya imtahanlarında 5 945 müəllim iştirak edib
21:34 24.06.2025
Mahir Emreli Almaniya klubunda 10 nömrəli formanı geyinəcək
21:19 24.06.2025
Hamısı