Süni İntellektə nə qədər güvənmək olar?

Elm və texnologiya 11:42 02.02.2025

"ChatGPT" və bu kimi süni intellekt platformalarından şəxsi maraqlar və digər informasiyalar məqsədilə yararlananların sayı kifayət qədər çoxdur. Hətta bu tip platformalar bəzi kəslər üçün dost, psixoloq, müəllim, yaşam koçu rolunu da oynayır deyə onunla bütün şəxsi məlumatlarını paylaşırlar.

Bəs bu baxımdan süni intellektə güvənmək nə qədər doğrudur?

Məsələ ilə bağlı İKT üzrə ekspertlər düşünür ki, gündəlik həyatımızda süni intellekt əsaslı həllər həm fərdi şəxslər tərəfindən, həm də hər gün artan temp üzrə korporativ mühitdə şirkətlər tərəfindən istifadə olunmağa başlayır. Bu məsələlərin təhlükəsizliyi ilə bağlı birmənalı demək olmaz ki, hansısa məhsul təhlükəlidir və yaxud da təhlükəsizdir. Burada araşdırma tələb edən məsələlər var:

"Korporativ mühit çox həssasdır və burada süni intellekt vasitəsilə emal olunan datalar çox mühümdür. Hansı datalar süni intellektə təhvil verilə bilər, hansılar gözlənilməlidir və s. - buna artıq həmin müəssisədə informasiya təhlükəsizliyindən məsul şəxslər qərar verir. Amma faktdır ki, süni intellekt əsaslı həlləri tətbiq etməzdən əvvəl korporativ mühitdə mütləq şəkildə informasiya təhlükəsizliyi auditi keçirilməlidir. Həmin auditin nəticəsi olaraq süni intellekt əsaslı məlumatların sızdırılması və sızdırılmanın səviyyəsi və minimallaşdırılması üzərində təhlillər aparılmalıdır. Yalnız bundan sonra qiymətləndirilmə mərhələsinə hansı dataların süni intellekt əsaslı həllərə emal üçün daxil edilməsinə qərar verilə bilər. Əks halda, əgər səthi yanaşma olarsa, o zaman əlbəttə ki, korporativ mühitdə olan datalar üçüncü tərəflərin əlinə keçə bilər. O cümlədən, sənaye casusluğu məqsədilə də bu dataların kimlərsə tərəfindən əldə olunması ehtimalı çox böyükdür".

Ekspertlərin sözlərinə görə, fərdi şəxslər də süni intellekt əsaslı həllərdən istifadə edərkən ehtiyatlı olmalıdırlar:

"Yəni gündəlik həyatımızda tez-tez elə bir tələbatla rastlaşırıq ki, müəyyən hallarda süni intellekt lazım olur, amma bu həllər bir neçə modifikasiyada bizə əlçatandır. Müxtəlif proqram təminatları var, müxtəlif saytlar var. Mən tövsiyə edərdim ki, istehsalçılar, kodlayıcılar araşdırılsın və etibarlı olan mənbələrdən istifadə olunsun. Misal olaraq, "Open AI" şirkətinin "ChatGPT", "Google" şirkətinin "Gemini", "Microsoft"un "Capilot" məhsulu hazırda digərlərinə nisbətən təhlükəsiz sayılır. Amma nə qədər təhlükəsiz olduğunu araşdırmaq üçün audit həyata keçirmək lazımdır. Son günlərdə də Çin mənşəli “Deepseek" adlı bir süni intellekt həlli artıq istifadəyə verilib və digərlərindən fərqli olaraq onun kodu açıq mənbəlidir. Yəni istənilən adam həmin süni intellektin proqram təminatına nəzər yetirərək oradakı dataların necə emal olunması, kimlərə əlçatan ola bilməsi risklərinin araşdırılması baxımından sərbəstdir.

İnsidentlər bundan əvvəl də olub. 2019-cu ildə bir "FaceApp" proqramı var idi və simanı yaşlı insan formatına gətirirdi. Yəni sən qocalanda necə olacağını görürdün. Sonradan bəlli oldu ki, onlar həmin topladıqları dataları üçüncü tərəflərə satırlarmış. Bundan başqa, "Google" şirkətinin Android əməliyyat sistemi əsaslı telefonlarda istifadə etdiyi "Google Photos" bulud əsaslı proqram təminatında da bir xəta aşkarlanmışdı və bu xəta nəticəsində istifadəçilərin şəkilləri, videoları və s kimi bu kimi dataların naməlum şəxslər tərəfindən istifadə olunması ehtimalı gündəliyə gəlmişdi. Amma bu barədə sonradan heç bir açıqlama verilmədi".

Mütəxəssislər qeyd edir ki, istənilən halda risklər var və həmin riskləri azaltmaq üzərində düşünmək lazımdır. Kortəbii istifadə edilərsə, burada tam məsuliyyət həmin istifadəçi vətəndaşın öz üzərinə düşür.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Kevin De Bruyne "Mançester Siti"nin heyətində yeni uğura imza atdı
10:03 03.05.2025
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıdıb
09:58 03.05.2025
10 min abituriyent buraxılış imtahanlarından şikayət edib
09:43 03.05.2025
Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
09:25 03.05.2025
Qarpızın içərisində gizlədilən 63 kiloqramdan artıq narkotik aşkar edilib
08:31 03.05.2025
Şahzadə Harri məhkəməni uduzdu
07:40 03.05.2025
HƏMAS Qəzza zolağı ilə bağlı sövdələşməyə hazırdır
07:35 03.05.2025
Ərdoğan və Netanyahunun Azərbaycana səfəri Ermənistandan necə görünür?
06:48 03.05.2025
Tramp Roma Papası obrazında şəklini paylaşıb
05:29 03.05.2025
"Traktor Sazi" İran çempionu oldu
02:09 03.05.2025
Geoloqlar qlobal vulkan püskürmələri haqqında siqnal aşkarladılar
01:15 03.05.2025
"ABŞ Rusiya və Ukrayna arasında vasitəçilik etməyə davam edir"
00:33 03.05.2025
MKİ çinliləri əməkdaşlığa çağırır
20:18 02.05.2025
TikTok Məlumatları ötürür?
19:20 02.05.2025
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi
15:01 02.05.2025
Əməyin Mühafizəsi Mərkəzi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təminatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə tədbirlərinə start verib
14:32 02.05.2025
Şüuraltı bəndləri yıxan sənətin əbədi təlimatı Xanəmir Telmanoğlu yazır...
14:28 02.05.2025
Meymun kənddə qarışıqlıq yaratdı: İnsanlara hücum etdi
12:48 02.05.2025
Gözümüzün altı niyə qaralır? - Nə etməli?
12:46 02.05.2025
" Pakistan qardaş Azərbaycanın dəstəyini çox yüksək qiymətləndirir"
12:43 02.05.2025
Londonda Azərbaycan–Böyük Britaniya biznes əlaqələrinə həsr olunmuş tədbir keçirilib
12:35 02.05.2025
Ötən ay 58 aptekdə monitorinq aparılıb, 20-də nöqsan aşkarlanıb
12:31 02.05.2025
UNDP-nin Azərbaycandakı fəaliyyəti başa çatıb
12:23 02.05.2025
Azərbaycanın dəniz məhsullarının Aİ ölkələrinə ixracı ilə bağlı işlər aparılır
12:19 02.05.2025
"Prezident Kuboku-2025”: Azərbaycan təmsilçiləri daha altı medal qazanıblar
12:12 02.05.2025
Alimlər bizi qaşındıran şeyləri aşkar ediblər
12:07 02.05.2025
BMT qlobal arxitekturada genişmiqyaslı islahat hazırlayır
12:02 02.05.2025
Marko Rubio İranla nüvə sazişinin şərtlərindən daha birini açıqlayıb
12:00 02.05.2025
Pekindən siqnal: ABŞ tarif danışıqlarına hazırdır
11:58 02.05.2025
"D" vitaminini necə tənzimləyək ?
11:55 02.05.2025
"Türk ölkələrinin xoreoqrafiya mədəniyyətini yaxınlaşdırmaq vacib amildir"
11:49 02.05.2025
Eskişehirdə Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan konfrans keçirilib
11:45 02.05.2025
İsrail “Azadlıq donanması”nı vurdu
11:42 02.05.2025
AMEA-da Azərbaycan-Misir elmi əməkdaşlığı müzakirə edilib
11:36 02.05.2025
Şərqşünas alim beynəlxalq konfransda qədim dillərin süni intellekt vasitəsilə öyrənilməsindən danışıb
11:34 02.05.2025
İraq ərazisində anti-İran qüvvələrin fəaliyyəti qadağan edilib
11:27 02.05.2025
Azərbaycan və Nepal arasında Anlaşma Memorandumunun imzalanması üçün hazırlıq işləri görülür
11:25 02.05.2025
Boliviyada sərnişin təyyarəsi yoxa çıxdı
11:16 02.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana səfər edəcək
11:07 02.05.2025
FHN metronun “28 May” və “Nizami” stansiyalarında taktiki-xüsusi təlim təşkil edilib
11:01 02.05.2025
Hamısı