Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Ednews xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat paylaşılıb.
Məlumata görə, buna səbəb Moskvanın Britaniyada kəşfiyyat məlumatlarının toplanması əməliyyatları aparması olub.
Xarici İşlər Nazirliyindən səfirə Rusiyanın bu addımlarının qəbuledilməz olduğu bildirilib.