İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
“EDnews” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 250 min əhalisi olan Banda Açeh şəhərindən 90 km şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.