ABŞ və İsrailin artan təzyiqləri fonunda İranın ali dini lideri Ayətullah Əli Xamenei uzun müddətdən sonra ilk dəfə ictimaiyyət qarşısında görünüb. O, Aşura mərasimində iştirak edib.
“EDnews” xəbər verir ki, bu barədə Xameneinin rəsmi sosial media hesablarında paylaşım edilib.
Ali lider mərasim zalına daxil olarkən iştirakçılar "Damarımızdakı qan rəhbərimizə hədiyyədir" şüarı ilə onu salamlayıblar. Bu çıxış, İsraillə son hərbi gərginlikdən sonra Xameneinin ilk geniş ictimaiyyət qarşısına çıxışı kimi dəyərləndirilir.