Dünya üzərində Coca-Cola satılmayan 2 ölkə var: Kuba və Şimali Koreya.
Bu gün demək olar ki, dünyanın hər ölkəsində Coca-Cola satılır və insanlar tərəfindən ən çox istehlak edilən məhsullardan birisidir. Lakin Kuba və Şimali Koreyada kola satışı və istifadəsi demək olar ki, yoxdur.
Kuba inqilab sonrası Fidel Kastronun hakimiyyətə gəlməsi ilə 1962-ci ildə ABŞ-ın bir sıra sanksiyaları ilə üzləşdi və ölkəyə Coca-Cola idxalı tamamilə dayandırıldı və bu günümüzə qədər belə davam edir.
Şimali Koreya isə 1950-ci ildə ABŞ-ın çoxsaylı iqtisadi sanksiyalarına məruz qaldı, ölkədən qırağa çıxmamış insanlar hətta Coca-Colanın varlığından belə xəbərsizdirlər.
Myanmada da uzun illər Coca-Cola satışı olmamasına baxmayaraq, ötən illərdə bu məsələ artıq dəyişdi.
A. Mikayıl