Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək

Xarici siyasət 12:43 13.05.2025

Pekin Xarici Dillər Universitetində (PXDU) “Birinci Çin-Azərbaycan Gənclər Forumu: Yüksək səviyyəli tərcümə və mədəniyyətlərarası ünsiyyət seminarı” keçiriləcək.

“EDnews”xəbər verir ki, Forumun sədri, PXDU Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev AZƏRTAC-a açıqlmasında bildirib ki, qədim mədəni bağlara malik Azərbaycan ilə Çin arasında hərtərəfli münasibətlər ölkə rəhbərlərinin müəyyən etdiyi strateji yolla sürətlə inkişaf etməkdədir. Keçən ilin iyul və cari ilin aprelində imzalanmış strateji tərəfdaşlıq bəyanatlarında təhsil və elmi əlaqələrə, eləcə də Azərbaycan və Çin dillərinin tədrisinə xüsusi yer ayrılır. Bəyanatların ruhuna uyğun olaraq Azərbaycan dilinin ixtisas kimi tədris olunduğu PXDU-da bu forumun keçirilməsi nəzərdə tutulub. PXDU Asiya fakültəsi Azərbaycan dili kafedrasının təşkilatçılığı ilə iyunda keçiriləcək forum iki dost ölkənin gəncləri arasında dialoqa töhfə verməklə bərabər, ümumilikdə mədəniyyətlərarası dialoqun intensivləşməsinə yardım edəcək.

A.Əliyev əlavə edib ki, Çincə-Azərbaycanca yüksək səviyyəli tərcümə təlimləri gənclərin dil biliklərinin təkmilləşməsinə, qarşılıqlı tərcümə layihələrinin keyfiyyətlə həyata keçirilməsinə zəmin yaradacaq. Çində azərbaycanlı tələbələrin sayı artır, onların əksəriyyəti təhsilini Çin dilində alır. Çində Azərbaycan dili ixtisası gənc olsa da, dilimizə maraq durmadan artmaqdadır. Forum çərçivəsində Çinin tanınmış alimlərinin keçəcəyi seminarlardan başqa, gənclər məşhur tərcüməçilərlə birbaşa ünsiyyət qurmaq və mədəniyyətlərarası ünsiyyət barədə öz araşdırmalarını təqdim etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, Çinin ən nüfuzlu ali təhsil ocaqlarından sayılan, 101 xarici dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetində Azərbaycan dili kafedrası 2016-cı ildə yaradılıb. İlkin mərhələdə Azərbaycan dili üçüncü dil kimi tədris olunsa da, Çin Təhsil Nazirliyinin qərarına əsasən, 2018-ci ildən ali təhsil ocağında Azərbaycan dili ixtisas kimi tədris olunur.

Fatimə Mərdanlı //EDnews 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib
17:06 07.07.2025
Vərəsəliklə bağlı yeni qaydalar təsdiqləndi
16:44 07.07.2025
Ən şanslı gündə doğulan bürclər açıqlandı
16:29 07.07.2025
Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini deyib
16:19 07.07.2025
Rutte Məcburi Hərbi xidmət haqqında danışdı
16:14 07.07.2025
2025-ci il ərzində dərman zəhərlənmələrindən 7 nəfər ölüb
15:59 07.07.2025
Qala Dövlət Qoruğunda genişmiqyaslı iməcilik keçirilib
15:44 07.07.2025
"Qarabağ" Juninyonu geri alır?
15:29 07.07.2025
"Saakaşvili əfv olunmayacaq"
15:14 07.07.2025
Azərbaycanla bağlı məşhur trendə Puyol da qoşuldu
14:59 07.07.2025
Şəxsi məlumatlarımızı necə qoruyaq?
14:44 07.07.2025
“Rusiya və Azərbaycan müttəfiq qalmalıdır”
14:29 07.07.2025
Polşa ordusu Almaniya ilə sərhəddə xüsusi əməliyyat keçirir
14:14 07.07.2025
SAXAL Suriyada İranla əlaqəli olduğu iddia edilən yaraqlıları ələ keçirib
13:59 07.07.2025
Heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər -Mütəxəssislər xəbərdarlıq edir
13:44 07.07.2025
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi
13:29 07.07.2025
Dünyanın ən yaşlı quru heyvanı tapıldı
13:14 07.07.2025
"II Qaregin arxiyepiskopların hərbi çevriliş planlarını dəstəkləyir"
12:59 07.07.2025
Çin “Rafale”yə qarşı propoqanda aparır
12:34 07.07.2025
3 500 illik qədim şəhər aşkarlandı
12:29 07.07.2025
Hamısı