ABŞ-də hökm sürən anomal isti hava şəraiti səbəbindən azı 25 nəfər həyatını itirib.
EDnews xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.
Ən çox ölüm halı Nyu-Cersi ştatında qeydə alınıb - burada həyatını itirənlərin sayı 22-yə çatıb.
İstilər səbəbindən daha bir ölüm faktı İllinoysda, iki hal isə Missisipidə qeydə alınıb.
Dünyasını dəyişənlərin bir çoxunun cəsədi kondisioneri olmayan evlərdə, bəziləri isə küçədə və ya park edilmiş avtomobillərdə tapılıb.








