Türkiyədə meşə yanğını başlayıb.
EDnews “Hürriyet” - ə istinadən xəbər verir ki, Balıkəsir vilayətinin Kepsut rayonunda yerli vaxtla saat 11:00 radələrində meşə kənarındakı ərazidə başlayan və daha sonra meşəyə keçən yanğın küləyin təsiri ilə Sarıfakılar məhəlləsi istiqamətində yayılır.
Yanğına havadan və qurudan müdaxilə edilir.







