“Dekabrın 19-da günortadan sonra silahlı qüvvələr Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbərliyi altında Şimali Koreyanın kiçik dronlarla hücumunun qarşısını almaq vərdişlərini təkmilləşdirmək məqsədilə təlimlər başlayacaq”, - deyə məlumatda bildirilir.
"EDnews" xəbər verir ki, Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri komandanlıqlarının iştirakı ilə keçiriləcək təlimlər zamanı Cənubi Koreya ordusu şərti hədəfləri aşkarlamalı, izləməli və məhv etməlidir.
Xatırladaq ki, 2022-ci ilin sonlarında KXDR-dən buraxıldığı güman edilən beş PUA Koreya Respublikasının hava məkanını pozmuş və onlardan biri hətta Seulun mərkəzindəki prezident administrasiyasına yaxınlaşmağa müvəffəq olmuşdu. O vaxt Cənubi Koreya ordusu PUA-ların qarşısını ala bilməmişdi.