ABŞ-ın texnologiya şirkəti Microsoft-un Fransaya daha çox süni intellekt sahəsinə 4 milyard avro investisiya qoymağı planlaşdırdığı bildirilir.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, Microsoft prezidenti Brad Smit açıqlamasında şirkətin Fransadakı varlığını genişləndirmək üçün planlaşdırdığı 4 milyard avroluq sərmayənin böyük hissəsinin süni intellekt sahəsinə ediləcəyini və ölkədə məlumat mərkəzinin də qurulacağını bildirib.
ABŞ-da yerləşən Amazon da Fransaya 1,2 milyard avro sərmayə qoyacağını və ölkədə 3 mindən çox iş yeri açacağını açıqlayıb. Amazon 2010-cu ildən bəri Fransaya 20 milyard avrodan çox sərmayə qoyub.
Pfizer və AstraZeneca əczaçılıq şirkətləri də Fransaya cəmi təxminən 1 milyard Avro investisiya yatırdığını elan edən ən böyük investorlar arasında idi.
Fransa Rəyasət Heyətindən verilən açıqlamada, bu gün başlayacaq "Fransanı Seç" iş tədbiri çərçivəsində beynəlxalq şirkətlərin ölkəyə 15 milyard Avro investisiya qoyacağı açıqlanıb. Keçən ilki sammitdə bu rəqəm 13 milyard avro idi.
Parisin Avropa iqtisadi mərkəzi kimi nüfuzunu gücləndirmək məqsədi daşıyan tədbirdə ABŞ-ın aparıcı bankları olan JPMorgan, Goldman Sachs, Morgan Stanley və Bank of America-nın prezidentləri də iştirak edir.
Xəyal