4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü münasibətilə tədbir keçirildi - FOTOLAR - VİDEO - YENİLƏNİB

Cəmiyyət 14:58 04.04.2024

Aprelin 4-də Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü münasibətilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın üzvləri, Azərbaycanın aparıcı QHT rəhbərləri, bir sıra beynəlxalq təşkilatların nümayəndələri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) icra etdiyi Azərbaycanın ilk Qadın minaaxtaranları, Qeyri-Texniki Təhqiqat və Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə layihələrinin əməkdaşları, mina qurbanları və onların ailə üzvlərinin iştirakı ilə Tərtərdə tədbir keçirilib.

Ednews xəbər verir ki, BAMF-ın prezidenti və ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev tədbiri açaraq dünyada və Azərbaycanda mina təhlükəsindən, onun yaratdığı fəsadlardan danışıb:

“Bildiyiniz kimi Azərbaycan ərazisi erməni işğalçıları tərəfindən qarış-qarış minalanıb. Ölkəmiz dünyada mina və partlamamış hərbi sursatlarla çirklənməyə görə ilk onluqda yer alır. Tez-tez mina insidentinin şahidi oluruq. İki gün öncə də dörd nəfər mülki şəxs minaya düşərək ağır xəsarət alıblar. Azərbaycan dövləti, Prezidentimiz İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi üçün var gücü ilə çalışır. Bu işdə biz - vətəndaş cəmiyyətinin nümayəndələri də əlimizdən gələni edirik və bundan sonra da edəcəyik. Çünki uzun illərdən sonra erməni işğalından azad edilmiş yurd yerlərinə məcburi köçkünlərimizin böyük köçü başlayıb. İnsanlarımızı bəşəri bir bəlaya çevrilmiş mina təhlükəsindən qorumalıyıq. ”

Minalar Əleyhinə Azərbaycan Kampaniyasının sədri,  ANAMA yanında İctimai Şuranın katibi Hafiz Səfixanov çıxış edərək Azərbaycandakı və mina partlamamış hərbi sursat problemlərinin miqyası, onunla aparılan mübarizə barədə məlumat verdi. O, bildirdi ki, Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazın digər ərazilərindəki bütün mina qurbanlarının sayından çoxdur, hər ay yeni mina qurbanları barədə məlumatlar alınır. Bu səbəbdən vətəndaşlara müraciət edərək bildirdi ki, maarifləndirmə proqramlarında verilən tövsiyyələrə ciddi əməl etmək lazımdır:

“Problemimiz çox böyükdür, bizimlə illərlə davam edəcək, ona görə də maarifləndirmə proqramlarında verilən tövsiyyələrə və tapşırıqlara ciddi əməl etməliyik”-, deyə H.Səfixanov bildirib. 

Mina qurbanı, ANAMA yanında İctimai Şuranın üzvü Hafiz Əzimzadə çıxış edərək özünün işağaldan azad edilmiş ərazidə xidməti vəzifə borcunu yerinə yetirərkən minaya düşməsindən və bütövlükdə bu bəşəri problemdən danışıb:

“Mən işğaldan azad edilmiş Ağdamda öz xidməti vəzifə borcunu yerinə yetirərkən mənfur düşmənlərimizn basdırdığı minaya düşdüm. Bir ayağımı itirmişəm. Bunun əzab-əziyyətini bu bəlaya düçar olanlar daha yaxşı bilər, anlayar. Mən dünya ictimayəytini Azərbaycanımızdakı mina probleminə diqqət göstərməyi, böyük dövlətlərin, beynəlxalq təşkilatların bu işdə Azərbaycan hökumətinə dəstək verməyə çağırıam!”

Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyası birliyinin sədri, mina qurbanı Rey Kərimoğlu çıxış edərək ölkəmizdəki minadan zərərçəkənlərin problemlərindən, Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işlərdən danışıb.

Daha sonra vətəndaş cəmiyyəti qurumları, minadan zərərçəkənlər və mina qurbanlarının ailə üzvlərinin imzası ilə dünya ictimaiyyətinə ünvanlanan müraciət qəbul olunub. Bəyanatı BAMF-ın prezidenti Umud Mirzəyev oxudu.

Daha sonra BAMF-ın icra etdiyi Qadın minatəmizləmə komandası lahiyəsinin üzvləri, Qeyri-Texniki Tədqiqat və Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə layihəsinin nümayəndələrinin iştirakı ilə Ağdam rayonunun  Orta Qərvənd və Təzəkənd  kənlərində, Tərtər rayonunun Ağkənd, Seydimli və Əskipara kəndlərində sakinlərə mina təhlükəsinə dair maarifləndirmə tədbirləri keçirilib. 

Oğuz 

0405(35).jpg

0405(36).jpg

0405(37).jpg

0405(38).jpg

0405(39).jpg

0405(41).jpg

0405(44).jpg

0405(45).jpg

0405(50).jpg

0405(51).jpg

0405(52).jpg






















Xocalıya qayıdacaq sakinlərə bu sürprizlər hazırlanır: Yeni kadrlar – VİDEO

Xəbər xətti

Zakir Həsənov iranlı generala başsağlığı verdi
12:55 20.05.2024
İranın xarici işlər nazirini bu şəxs əvəz edəcək
12:50 20.05.2024
Xocalıya qayıdacaq sakinlərə bu sürprizlər hazırlanır: Yeni kadrlar – VİDEO
12:45 20.05.2024
Bakıda bəzi parklanma sahələri ləğv edilir - RƏSMİ
12:38 20.05.2024
İran prezidenti İbrahim Rəisi kimdir? - DOSYE
12:28 20.05.2024
İbrahim Rəisinin dəfn mərasimi sabah Təbrizdə keçiriləcək
12:23 20.05.2024
Putin də İrana başsağlığı verdi
12:02 20.05.2024
Ərdoğan İrana başsağlığı verdi
11:53 20.05.2024
İran liderinin qəfil ölümü Tehran siyasətində hansı dəyişikliklərə səbəb olacaq? - Güneyli politoloq AÇIQLAYIR
11:50 20.05.2024
Fransa prezidenti Yeni Kaledoniyadakı etirazlarla bağlı İCLAS KEÇİRƏCƏK
Fransa prezidenti Yeni Kaledoniyadakı etirazlarla bağlı İCLAS KEÇİRƏCƏK
11:42 20.05.2024
DİQQƏT! Cavanşir körpüsünün sökülməsi ilə bağlı yol BAĞLANACAQ
11:35 20.05.2024
Kral Çarlzın ilk portretinin niyə qırmızı olduğu məlum olub
Kral Çarlzın ilk portretinin niyə qırmızı olduğu məlum olub
11:30 20.05.2024
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik etdi
11:26 20.05.2024
Məhəmməd Məhərrəmli yüksək vəzifəyə TƏYİN OLUNDU
11:25 20.05.2024
İranı bundan sonra nə gözləyir? - GİZLİ MƏQAMLAR
11:20 20.05.2024
Cef Bezosun şirkəti nəhayət uğurlu oldu
Cef Bezosun şirkəti nəhayət uğurlu oldu
11:15 20.05.2024
İranda milli matəm elan olundu
11:12 20.05.2024
Böyük Britaniya Cəbəllütariqi itirə bilər?
Böyük Britaniya Cəbəllütariqi itirə bilər?
11:05 20.05.2024
İranın Azərbaycandakı səfirliyində bayraq endirildi
10:58 20.05.2024
Prezident və İran XİN rəhbəri Rusiyada əsl dost kimi tanınıb - Lavrov
10:54 20.05.2024
Rusiyada sanksiyalardan sonra insanlar “bit” bazarlarına gedir
Rusiyada sanksiyalardan sonra insanlar “bit” bazarlarına gedir
10:45 20.05.2024
Ceyhun Bayramov: “Hüseyn Əmir Abdullahianın həlak olması xəbəri məni dərindən sarsıtdı”
10:42 20.05.2024
Şarl Mişel İrana başsağlığı verdi
10:40 20.05.2024
Rəsmi Bakı İrana başsağlığı verdi
10:35 20.05.2024
İran rəsmilərinin qəzaya uğradığı helikopteri "Akınçı" tapdı – VİDEO
10:25 20.05.2024
Helikopterin qəzaya düşdüyü yerdə SON VƏZİYYƏT – FOTO
10:20 20.05.2024
Pakistan Rəisinin ölümü ilə bağlı matəm elan etdi - FOTO
10:15 20.05.2024
İlham Əliyev Seyid Əli Xameneyiyə başsağlığı verdi
10:09 20.05.2024
Helikopterin qəzasında ölənlərin dəqiq sayı AÇIQLANDI
10:05 20.05.2024
Dünya qütbləşməyə doğru gedir? - Ərəb Ekspertin Şərhində
10:00 20.05.2024
Həlak olanların nəşləri Təbrizə APARILIR
09:52 20.05.2024
İran hökuməti fövqəladə iclas keçirir
09:48 20.05.2024
Qərb Rusiyanın 30 milyardlıq aktivini Ukraynaya göndərəcək
Qərb Rusiyanın 30 milyardlıq aktivini Ukraynaya göndərəcək
09:41 20.05.2024
Tehran Fond Birjası fəaliyyətini DAYANDIRDI
09:40 20.05.2024
İranın vitse-prezidentindən paylaşım: "Biz Allaha məxsusuq" - FOTO
09:35 20.05.2024
Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR
09:26 20.05.2024
Hökumət kollegiyasının növbədənkənar iclasında prezidentin BOŞ KRESLOSU - FOTO
Hökumət kollegiyasının növbədənkənar iclasında prezidentin BOŞ KRESLOSU - FOTO
09:15 20.05.2024
İran hökuməti İbrahim Rəisinin ölümü ilə əlaqədar təcili iclas keçirir
09:07 20.05.2024
Bakıda bu gün 21 dərəcə isti olacaq
09:00 20.05.2024
Prezident və helikopterin bütün sərnişinləri həlak olub - İranın Qırmızı Aypara Cəmiyyəti
08:30 20.05.2024
Hamısı