İspaniyanın “20 Minutos” nəşrində Azərbaycanın üzləşdiyi mina probleminə dair məqalə dərc olunub

Siyasət 23:08 09.07.2024

İspaniyada yayımlanan “20 Minutos” nəşrində Azərbaycanın üzləşdiyi mina problemi, o cümlədən mina hadisələrinin qurbanları, minatəmizləmə fəaliyyəti və minaaxtaran qadınlardan bəhs edən məqalə dərc olunub.

Ednews xəbər verir ki, bu ilin mayında ölkəmizdə səfərdə olmuş və azad edilən ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətini yaxından müşahidə etmiş jurnalist-fotoqraf Qervasio Sançez Fernandez tərəfindən qələmə alınan məqalədə təxminən 35 il davam etmiş münaqişə nəticəsində işğal altında olmuş ərazilərdə bütün şəhər və kəndlərin xarabalığa çevrildiyi bildirilib.

Yazıda xüsusi vurğulanıb ki, Qarabağ dünyanın piyada və tank əleyhinə mina və partlamamış hərbi sursatla (PHS) ən çox çirklənmiş ərazilərindən biridir. Hesablamalara görə, bu ərazilərdə ən azı 1,5 milyon mina basdırılıb və onlar hər an partlaya bilər. Müəllif 1991-ci ildən 2024-cü il mayın 2-dək mina qurbanlarının sayının 3500-ə yaxın olduğunu bildirib. Qeyd edib ki, mina qurbanlarından 358 nəfəri uşaq, 38-i isə qadındır. Son üç il yarım ərzində mina qurbanlarının sayı 359 nəfər təşkil edir ki, onların yarısı mülki şəxslərdir. Mina qurbanlarından 67-si həlak olub. Qalanları ağır xəsarət alıb, bir çoxlarının bədən üzvlərinin bir hissəsi amputasiya edilib. Bu faciəvi hadisələrin böyük əksəriyyəti minatəmizləmə əməliyyatları, kənd təsərrüfatı işləri və infrastrukturun bərpası prosesi zamanı baş verib.

Məqalədə İkinci Qarabağ müharibəsinin başa çatmasından dərhal sonra Azərbaycanın ərazidə minatəmizləmə işlərinə başladığı qeyd olunub, bu istiqamətdə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi – ANAMA tərəfindən bu istiqamətdə işlər fasiləsiz davam etdirilir. ANAMA-nın 2300 nəfərdən ibarət komandası tərəfindən görülən işlər nəticəsində ərazinin təxminən 12 faizi minalardan tamamilə və ya qismən təmizlənib. Ərazilərdə 50 mindən çox mina, 62 mindən çox PHS təmizlənib ki, bu da basdırılmış minaların cəmi 3,32 faizi deməkdir. Həmçinin xüsusi vurğulanıb ki, Azərbaycan dövləti minatəmizləmə əməliyyatının 95 faizini öz imkanları hesabına həyata keçirir.

İspaniyalı jurnalist məqalədə azərbaycanlı minaaxtaranların, xüsusən bu işə qoşulan qadınların fədakarlığına da geniş yer ayırıb. Bütün çətinliklərə baxmayaraq, bu fədakar qadınların doğma Vətənin təhlükəsizliyi və övladlarının gələcəyi üçün bu işdə yorulmadan çalışdıqları vurğulanıb. Qeyd olunub ki, qadınların səbirli və minatəmizləmə işində son dərəcədə diqqətli olmaları onların fəaliyyətinin səmərəliliyini xeyli artırır.

Yazıda qeyd edilir ki, Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəridir. Bu təşkilatın minatəmizləmə proqramları Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Onun 200 işçisi arasında 23-44 yaş arası 25 qadın minatəmizləyicilər var. "Qadınlar çox səbrlidirlər və minaların zərərsizləşdirilməsində çox səmərəlidirlər", deyə o izah edir. Amma o, həm də bəzi ailələrin qadınların bu ixtisaslı işlə məşğul olmasına qarşı çıxdığını etiraf edir.

Müəllif yazıda azərbaycanlı minaaxtaran qadınlarla söhbətlərindən geniş bəhs edib, onların bu təhlükəli iş barədə fikirlərini ispandilli oxucuların diqqətinə çatdırıb: “25 yaşlı Səlimə Mayılova universitetin kimya fakültəsini bitirdikdən sonra doqquz aydır minalardan təmizləmə proqramına qoşulub. “Ölkəmdə qadınların ilk kontingentinin bir hissəsi olmaq istədim. Valideynlərim bu işdə məni dəstəklədilər”, - deyə o vurğulayır. Dörd uşaq anası, 44 yaşlı Sehran Babayeva bildirir ki, “həyat yoldaşım həmişə məni dəstəkləsə də, uşaqlarım tamamilə mənə qarşı çıxdılar. Lakin səkkiz aydan sonra artıq hamı mənimlə fəxr edir. Ekologiya ixtisası üzrə ali təhsil almış 37 yaşlı Əminə Əliyeva 10 aydır ki, qadın kontingentindədir. O, “Vətənimizin təhlükəsizliyinin və uşaqlarımızın gələcəyinin yaxşılaşdırılmasında” iştirak etmək istədiyi üçün öz işini tərk edib”.

Məqalədə doğma yurdlarına qayıdan məcburi köçkünlər barədə də məlumat verilib. Müəllif Füzuli rayonunun mərkəzində müasir binaların inşa olunduğunu, buraya qayıdan keçmiş məcburi köçkünlərin yaradılan şəraitdən məmnun qaldıqlarını və gələcəyə nikbin baxdıqlarını qeyd edib: “Füzulinin mərkəzində bütün binalar yenidir və burada 2000-ə yaxın insan yaşayır. 77 yaşlı təqaüdçü Dərgah Xudiyev şahmat oynayır. O bildirir: “Müharibə nəticəsində məcburi köçkün kimi 30 il paytaxt Bakıda yaşadıqdan sonra altı aydır burada məskunlaşmışam”. O, indi mənzildə yaşayır, çox razı və nikbindir”.

Jurnalist Qervasio Sançez Fernandez mina hadisələri nəticəsində ağır xəsarətlər almış şəxslərlə də söhbətlərindən söz açıb, onların müsahibələrinə geniş yer verib. Yazıda mina partlayışı nəticəsində ayaqları amputasiya edilən 29 yaşlı Bəxtiyar Abbasov, 38 yaşlı Zaməddin Həsənov, 23 yaşlı Həsənəli Əliyev, 41 yaşlı Anar Hüseynov, 43 yaşlı Mənsur Məhərrəmov, 48 yaşlı Niyaməddin Verdiyevin müsahibələri diqqətə çatdırılıb. Müsahibələrində yaşadıqları həmin dəhşətli anlar barədə fikirlərini bölüşən mina qurbanları Azərbaycan dövləti tərəfindən protezlərlə təmin olunduqlarını, müalicələrinin daim diqqət mərkəzində saxlandığını vurğulayıblar.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Kevin De Bruyne "Mançester Siti"nin heyətində yeni uğura imza atdı
10:03 03.05.2025
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıdıb
09:58 03.05.2025
10 min abituriyent buraxılış imtahanlarından şikayət edib
09:43 03.05.2025
Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
09:25 03.05.2025
Qarpızın içərisində gizlədilən 63 kiloqramdan artıq narkotik aşkar edilib
08:31 03.05.2025
Şahzadə Harri məhkəməni uduzdu
07:40 03.05.2025
HƏMAS Qəzza zolağı ilə bağlı sövdələşməyə hazırdır
07:35 03.05.2025
Ərdoğan və Netanyahunun Azərbaycana səfəri Ermənistandan necə görünür?
06:48 03.05.2025
Tramp Roma Papası obrazında şəklini paylaşıb
05:29 03.05.2025
"Traktor Sazi" İran çempionu oldu
02:09 03.05.2025
Geoloqlar qlobal vulkan püskürmələri haqqında siqnal aşkarladılar
01:15 03.05.2025
"ABŞ Rusiya və Ukrayna arasında vasitəçilik etməyə davam edir"
00:33 03.05.2025
MKİ çinliləri əməkdaşlığa çağırır
20:18 02.05.2025
TikTok Məlumatları ötürür?
19:20 02.05.2025
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi
15:01 02.05.2025
Əməyin Mühafizəsi Mərkəzi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təminatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə tədbirlərinə start verib
14:32 02.05.2025
Şüuraltı bəndləri yıxan sənətin əbədi təlimatı Xanəmir Telmanoğlu yazır...
14:28 02.05.2025
Meymun kənddə qarışıqlıq yaratdı: İnsanlara hücum etdi
12:48 02.05.2025
Gözümüzün altı niyə qaralır? - Nə etməli?
12:46 02.05.2025
" Pakistan qardaş Azərbaycanın dəstəyini çox yüksək qiymətləndirir"
12:43 02.05.2025
Londonda Azərbaycan–Böyük Britaniya biznes əlaqələrinə həsr olunmuş tədbir keçirilib
12:35 02.05.2025
Ötən ay 58 aptekdə monitorinq aparılıb, 20-də nöqsan aşkarlanıb
12:31 02.05.2025
UNDP-nin Azərbaycandakı fəaliyyəti başa çatıb
12:23 02.05.2025
Azərbaycanın dəniz məhsullarının Aİ ölkələrinə ixracı ilə bağlı işlər aparılır
12:19 02.05.2025
"Prezident Kuboku-2025”: Azərbaycan təmsilçiləri daha altı medal qazanıblar
12:12 02.05.2025
Alimlər bizi qaşındıran şeyləri aşkar ediblər
12:07 02.05.2025
BMT qlobal arxitekturada genişmiqyaslı islahat hazırlayır
12:02 02.05.2025
Marko Rubio İranla nüvə sazişinin şərtlərindən daha birini açıqlayıb
12:00 02.05.2025
Pekindən siqnal: ABŞ tarif danışıqlarına hazırdır
11:58 02.05.2025
"D" vitaminini necə tənzimləyək ?
11:55 02.05.2025
"Türk ölkələrinin xoreoqrafiya mədəniyyətini yaxınlaşdırmaq vacib amildir"
11:49 02.05.2025
Eskişehirdə Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan konfrans keçirilib
11:45 02.05.2025
İsrail “Azadlıq donanması”nı vurdu
11:42 02.05.2025
AMEA-da Azərbaycan-Misir elmi əməkdaşlığı müzakirə edilib
11:36 02.05.2025
Şərqşünas alim beynəlxalq konfransda qədim dillərin süni intellekt vasitəsilə öyrənilməsindən danışıb
11:34 02.05.2025
İraq ərazisində anti-İran qüvvələrin fəaliyyəti qadağan edilib
11:27 02.05.2025
Azərbaycan və Nepal arasında Anlaşma Memorandumunun imzalanması üçün hazırlıq işləri görülür
11:25 02.05.2025
Boliviyada sərnişin təyyarəsi yoxa çıxdı
11:16 02.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana səfər edəcək
11:07 02.05.2025
FHN metronun “28 May” və “Nizami” stansiyalarında taktiki-xüsusi təlim təşkil edilib
11:01 02.05.2025
Hamısı