ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA

Siyasət 10:20 26.04.2024

ABŞ-la Çin arasında Ay uğrunda rəqabət güclənib. ABŞ-ın NASA Kosmik Agentliyinin rəhbəri Bill Nelson Aya astronavt göndərməyin sürətləndirilməsi vacibliyini bildirib. Onun fikrincə, ABŞ gecikərsə Çin NASA-nı qabaqlaya bilər. Çinin kosmik proqramı sürətlə həyata keçirilir. Çin son 10 ildə kosmik tədqiqatlar sahəsində xeyli irəliləyib. Çin hakimiyyəti kosmik tətqiqatlara böyük maliyyə ayırmaqdadır.

Ednews xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Bill Nelson ABŞ Konqresinin komitəsində çıxış edərkən bildirib ki, NASA “Artemis” proqramı əsasında amerikalı astronavtların Aya göndərilməsi proqramı üzərində çalışmalarını davam edir. Astronavtlar Ayın cənub hissəsinə enməlidirlər.

"Bu çox mürəkkəb layihə olduğundan maliyyənin artırılmasını tələb edir. Konqres məhz buna görə dinləmələr təşkil edib ki, Aya astonavtların göndərilib-göndərilməməsi məsələsini aydınlaşdırsın. Nelson Komitədəki çıxışı zamanı konqresmenlərə xatırladıb ki, layihənin maliyyələşməsi vaxtında həyata keçirilməsə və gecikmə baş verərsə, Çin NASA-nı qabaqlayacaq. Bill Nelson onu da deyib ki, Çinin kosmik proqramı hərbi xarakter daşıyır. Çin öz taykonavtlarını Aya 2030-cu ilə qədər göndərməyi planlaşdırır. Əgər Çin taykonavtlarını ABŞ astonavtlarından daha tez Aya göndərərsə, Aya enmə ərazisi Çinə məxsus olacaq. 

Bu, NASA rəhbərinin Çinin kosmos missiyaları ilə bağlı narahatlığını ifadə etdiyi ilk hal deyil. O, keçən il bildirmişdi ki, ABŞ Müdafiə Nazirliyinin kosmos yarışı potensialını qiymətləndirən 196 səhifəlik hesabat dərc etdikdən sonra Yer üzündə ABŞ və Çin arasında geosiyasi gərginlik Aya qədər uzana bilər. “Çin peyk yoxlaması kimi proqramları inkişaf etdirir. Bu imkanların heç olmasa bəziləri silah kimi də fəaliyyət göstərə bilər”, - deyə hesabatda bildirilirdi.

“Soyuq müharibə” illərində kosmosda rəqabət ABŞ-la SSRİ arasında gedirdi. Kosmosa ilk peyk göndərən SSRİ olub, ilk kosmonavt da SSRİ vətəndaşı idi. ABŞ bu yarışda birinciliyi əldən versə də, Aya ilk astronavtı göndərən ölkə oldu. 20 iyul 1969-cu ildə Aya ayaq basan Neil Armstronqun sözləri tarixə düşdü: “bu insan üçün kiçik bir addım, bəşəriyyət üçün bir nəhəng sıçrayışdır”. SSRİ varisi kimi Rusiya kosmik proqramları davam etdirsə də, keçmiş illərdə olduğu kimi böyük layihələrə maliyyə ayıra bilmir. Bu səbəbdən hazırda kosmik tədqiqatlarda rəqabət ABŞ-la Çin arasında gedir". 

Oğuz 

Xocalıya qayıdacaq sakinlərə bu sürprizlər hazırlanır: Yeni kadrlar – VİDEO

Xəbər xətti

QMİ-nin sədri İranın Ali Rəhbərinə başsağlığı verib
19:51 20.05.2024
Naxçıvan MR Ali Məclisinin yaz sessiyasının vaxtı məlum olub
19:42 20.05.2024
Quterreş İran Prezidentinin ölümü ilə bağlı başsağlığı verib
19:34 20.05.2024
Paşinyan: Bir çoxları övladlarının hərbi xidmətdən yayınması üçün Ermənistandan gedib
19:20 20.05.2024
Dayqa Mierina: Gələcəkdə latviyalı şirkətlər Qarabağda bərpa və yenidənqurmada iştirak edə bilər
19:11 20.05.2024
Azərbaycan və Latviya parlamentlərinin sədrləri ikitərəfəli əlaqələrin inkişaf perspektivlərini müzakirə edib
19:05 20.05.2024
Ərdoğan: Türkiyə FETÖ-nü son nümayəndəsi tutulana qədər təqib edəcək
18:44 20.05.2024
"Haber Global": Helikopterin qalıqları onun qəzaya uğradığını sübut edir
18:35 20.05.2024
Azərbaycanda elektrik şəbəkələrinin mühafizə zonaları ilə bağlı tələblər təsdiqlənib
18:26 20.05.2024
Mincivan qəsəbəsinə birinci mərhələdə 3 min 146 nəfər köçürüləcək
18:18 20.05.2024
İtaliyanın Azərbaycana yeni səfiri TƏYİN EDİLDİ
18:00 20.05.2024
Azərbaycanda yeni qəpik tədavülə buraxıldı - FOTO
17:55 20.05.2024
Qeyri-sabit hava BU TARİXƏDƏK davam edəcək
17:50 20.05.2024
Deputat: “Xala, dayı, bibi uşaqları arasında evliliyi qadağan edə bilərikmi?”
17:40 20.05.2024
Rəisinin helikopteri istifadə üçün yarasız idi - Alman mediası
Rəisinin helikopteri istifadə üçün yarasız idi - Alman mediası
17:30 20.05.2024
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
17:15 20.05.2024
“Qarabağın Rəngləri” layihəsinin təqdimat mərasimi keçirilir - FOTOLAR
17:07 20.05.2024
Qarabağ Universitetinin rektoru təyin olunan Şahin Bayramov KİMDİR? – DOSYE
17:05 20.05.2024
Rəhman Hacıyev: “Layihə cəmiyyətimizdə Qarabağ mövzusunun aktuallaşdırılması üçün gözəl bir imkandır”
17:03 20.05.2024
Türkmənistanla transxəzər qaz layihəsi Azərbaycana nə qazandıracaq? - İqtisadçı ekspertin ŞƏRHİNDƏ
17:00 20.05.2024
Qarabağ Universitetinə rektor təyin edilib
16:56 20.05.2024
Bu şirkət çip istehsalı üçün nüvə enerjisindən istifadə edəcək
Bu şirkət çip istehsalı üçün nüvə enerjisindən istifadə edəcək
16:52 20.05.2024
Ermənistanla Azərbaycan arasında sonuncu sərhəd dirəkləri QURAŞDIRILDI
16:50 20.05.2024
Putindən Tehrana təminat zəngi
Putindən Tehrana təminat zəngi
16:38 20.05.2024
Çin süni qiymət artımına görə Qərbə xəbərdarlıq edib
Çin süni qiymət artımına görə Qərbə xəbərdarlıq edib
16:30 20.05.2024
Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ! - "Bu gecə saat 02:00-dan..."
16:15 20.05.2024
Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunun həbsini TƏLƏB EDİB
16:08 20.05.2024
Lisey və gimnaziyalara qeydiyyat BAŞLADI
16:05 20.05.2024
İbrahim Rəisinin ölümü: helikopter qəzası yoxsa sui-qəsd? - ANALİTİKA
16:00 20.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrindən biri təmirə BAĞLANIR
15:52 20.05.2024
"Orta dəhliz" antlaşması Zəngəzur dəhlizini də əhatə edəcəkmi? İqtisadçıdan AÇIQLAMA
15:30 20.05.2024
Latviya Prezidenti COP29-da İŞTİRAK EDƏCƏK
15:25 20.05.2024
Azərbaycanlı fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasına ÜZV SEÇİLİB
15:23 20.05.2024
Zəngilanda velosiped zolaqları yaradılacaq
15:14 20.05.2024
Xankəndiyə prokuror təyin olunan Rəşadət Orucov KİMDİR? – DOSYE
15:06 20.05.2024
Jurnalistika sahəsində HƏYƏCAN SİQNALI – Media nümayəndələri DANIŞIR – SORĞU
15:00 20.05.2024
Xankəndiyə prokuror TƏYİN EDİLDİ
14:54 20.05.2024
Rəisinin helikopteri necə qəzaya uğrayıb? - YENİ DETALLAR
14:50 20.05.2024
DİN-dən kart sahiblərinə XƏBƏRDARLIQ: "Qarşı tərəfə əlavə məlumatlar verməyin"
14:35 20.05.2024
Taksi qiymətləri artacaq? – RƏSMİ AÇIQLAMA
14:30 20.05.2024
Hamısı