Azərbaycan Respublikasının Rusiyadakı hazırkı sələahiyyətli səfiri Polad Bülbüloğlunun 1990 – cı ildəki çıxışı viral olub.
Belə ki, SSRİ – nin keçmiş Mədəniyyət naziri olaraq fəaliyyət göstərən səfir 1990 – cı ildə, Sov.İKP MK Baş Katibi Mixail Qorbaçovun qarşısında Qarabağda baş verən hadisələrlə bağlı kommunist hakimiyyətini sərt sözlərlə tənqid edib:
“Əziz, Mixail Qorbaçov, özümün, xalqımın və mədəniyyət xadimlərinin adından sizə müraciət etmək istəyirəm. Siz özünüz baş verən hadisələri (Qarabağda) çox yaxşı bilirsiniz. Hər kəsdən daha yaxşı bilirsiniz ki, orada baş verənlər bir müharibədir. İnsanlar girov götürülür, evlər yandırılır, körpülər dağıdılır və hər gün insan qanı axıdılır. Orada həqiqətənmi bütün bunları dayandıra biləcək qüvvə yoxdur? Yaxşı bilirsiniz ki, orada SSRİ DİN – in qüvvələri,Sovet ordusu məskunlaşdırılıb. Həmin o, peşəkar şəxslər doğrudanmı öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilmir?
Dünyanın bir digər nöqtəsində baş verən zorakılıqları dayanmağa çalışırıq, lakin öz içimizdəkini görmürük. Bütün bunlar dayandırılmalıdır. Moldovada baş verənlər burada baş tuta bilməz. İnsanların özünü qoruya bilməsi onların haqqıdır. Mən təklif edirəm ki, SSRİ daxilindəki hər bir respublikanın mərkəzi dövlət televiziyalarında 1 saatlıq mövcud münaqişənin həlli ilə bağlı proqramlar keçirilsin.
Əkbər Novruz