Bu gündən etibarən Suriyaya qarşı tətbiq olunan bəzi sanksiyaların ləğvinə başlanacaq.
“EDnews” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas açıqlama verib.
O, məhdudiyyətlərin aradan qaldırılacağı sahələri də açıqlayıb:
“Suriyaya qarşı sanksiyaların qüvvəsinin dayandırılmasına əsasən nəqliyyat, energetika və bank sektorlarından başlamaq niyyətindəyik”.