Sirli yoxolmalar : (Hissə 1: Roanoke koloniyasının yoxolmasının sirri)

Maraqlı 16:59 13.03.2025

Yoxolmuş Roanok koloniyası — erkən Amerika kolonizasiyasının ən maraqlı sirrlərindən biridir.
XVI əsrin sonunda, bir qrup İngilis köçəri Roanok adasında iz buraxmadan itdi və geriyə yalnız bir kəlmə qoydular, bu kəlmə ağaca həkk olunmuşdu: "Kraotan ". Bəs bu insanlara nə oldu?

Koloniyanın tarixçəsi

1587-ci ildə, Ser Uolter Reylayın rəhbərliyi altında, 100-dən çox kişi, qadın və uşaqlar Roanoke adasına gəlib, burada Şimali Amerikanın ilk daimi İngilis yaşayış yerini qurmağı planlaşdırırdılar. Bu qrupun rəhbəri təcrübəli rəssam və xəritəçisi olan Con Uayt idi. Lakin, ərzaq çatışmazlığı və yerli tayfalarla münasibətlərin gərginləşməsi səbəbilə, Uayt İngiltərəyə dəstək üçün qayıtmağa məcbur oldu. Onun ayrılması üç il müddətinə uzandı, çünki İngiltərə ilə İspaniya arasında müharibə gedirdi, və yalnız 1590-cı ildə o, Roanoka geri dönə bildi. Geri döndüyündə, o, boş bir yaşayış məskəni tapdı, burada nə mübarizə izləri, nə də tələsmə əlamətləri var idi. Yeganə ipucu isə ağac sütununa həkk olunmuş "Kraotan " kəlməsi idi.

Yoxolmanın  nəzəriyyələri :

Kraotan  tayfası ilə birləşmə: Ən çox yayılmış nəzəriyyə, kolonistlərin yaxınlıqda yerləşən Xorvat tayfası ilə birləşdiyini iddia edir. Tarixi qeydlər, sonradan boz gözlü və Avropa xüsusiyyətlərinə malik yerli əhalinin rast gəlinməsini bildirir ki, bu da kolonistlərlə qarışıq olduqlarını göstərə bilər.

Düşmən tayfaların hücumu: Bəzi versiyalar isə kolonistlərin düşmən tayfalar tərəfindən hücuma məruz qalaraq məhv edildiyini irəli sürür. Lakin mübarizə izlərinin və cəsədlərin olmaması bu nəzəriyyəni şübhə altına alır.
Materikə köçmə: Bəzi araşdırmaçılar  kolonistlərin daha təhlükəsiz bir yer və ya daha yaxşı yaşam şəraiti tapmaq üçün materikə köçmüş ola biləcəyini düşünürlər. Lakin bu köçün sübutlarına hələ də rast gəlinməmişdir.

İspanların müdaxiləsi: Həmin dövrdə İngiltərə ilə İspaniya arasında gərgin münasibətlər mövcud idi və bəzi ehtimallar var ki, ispanlar koloniyanı aşkar edib, İngiltərənin Yeni Dünyadakı təsirini genişlənməsinin qarşısını almaq məqsədilə məhv etmişdir. Lakin bu versiyanın rəsmi sübutları yoxdur.

Müasir araşdırmalar və tapıntılar

Son illərdə arxeoloqlar və tarixçilər Roanok sirlərinə cavab tapmaq üçün tədqiqatlarını davam etdirirlər. Hatteras adasında XVI əsrə aid Avropa mənşəli faktlar tapılmışdır ki, bu da kolonistlərin yerli Xorvat  tayfası ilə birləşdiyi nəzəriyyəsini dəstəkləyə bilər. Lakin bu tapıntılar, kolonistlərin taleyi barədə konkret bir cavab vermir.

Roanok koloniyasının yoxa çıxması , Amerikada tarixə düşən ən gizli sirrlərdən biri olaraq qalır. Bir neçə nəzəriyyə və araşdırmalara baxmayaraq, yüzdən çox kişi, qadın və uşağın izsiz yoxa çıxması  ilə bağlı doğru cavab hələ də açıqlanmamış qalır. Bu sirr, tədqiqatçıları və həvəsli araşdırıcıları özünə cəlb etməyə davam edir və yeni axtarışlara və nəzəriyyələrə ilham verir.

Müəllif: Fatimə Şükürova

Azərbaycan dilinə tərcümə: Fatimə Mərdanlı

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Kevin De Bruyne "Mançester Siti"nin heyətində yeni uğura imza atdı
10:03 03.05.2025
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıdıb
09:58 03.05.2025
10 min abituriyent buraxılış imtahanlarından şikayət edib
09:43 03.05.2025
Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
09:25 03.05.2025
Qarpızın içərisində gizlədilən 63 kiloqramdan artıq narkotik aşkar edilib
08:31 03.05.2025
Şahzadə Harri məhkəməni uduzdu
07:40 03.05.2025
HƏMAS Qəzza zolağı ilə bağlı sövdələşməyə hazırdır
07:35 03.05.2025
Ərdoğan və Netanyahunun Azərbaycana səfəri Ermənistandan necə görünür?
06:48 03.05.2025
Tramp Roma Papası obrazında şəklini paylaşıb
05:29 03.05.2025
"Traktor Sazi" İran çempionu oldu
02:09 03.05.2025
Geoloqlar qlobal vulkan püskürmələri haqqında siqnal aşkarladılar
01:15 03.05.2025
"ABŞ Rusiya və Ukrayna arasında vasitəçilik etməyə davam edir"
00:33 03.05.2025
MKİ çinliləri əməkdaşlığa çağırır
20:18 02.05.2025
TikTok Məlumatları ötürür?
19:20 02.05.2025
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi
15:01 02.05.2025
Əməyin Mühafizəsi Mərkəzi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təminatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə tədbirlərinə start verib
14:32 02.05.2025
Şüuraltı bəndləri yıxan sənətin əbədi təlimatı Xanəmir Telmanoğlu yazır...
14:28 02.05.2025
Meymun kənddə qarışıqlıq yaratdı: İnsanlara hücum etdi
12:48 02.05.2025
Gözümüzün altı niyə qaralır? - Nə etməli?
12:46 02.05.2025
" Pakistan qardaş Azərbaycanın dəstəyini çox yüksək qiymətləndirir"
12:43 02.05.2025
Londonda Azərbaycan–Böyük Britaniya biznes əlaqələrinə həsr olunmuş tədbir keçirilib
12:35 02.05.2025
Ötən ay 58 aptekdə monitorinq aparılıb, 20-də nöqsan aşkarlanıb
12:31 02.05.2025
UNDP-nin Azərbaycandakı fəaliyyəti başa çatıb
12:23 02.05.2025
Azərbaycanın dəniz məhsullarının Aİ ölkələrinə ixracı ilə bağlı işlər aparılır
12:19 02.05.2025
"Prezident Kuboku-2025”: Azərbaycan təmsilçiləri daha altı medal qazanıblar
12:12 02.05.2025
Alimlər bizi qaşındıran şeyləri aşkar ediblər
12:07 02.05.2025
BMT qlobal arxitekturada genişmiqyaslı islahat hazırlayır
12:02 02.05.2025
Marko Rubio İranla nüvə sazişinin şərtlərindən daha birini açıqlayıb
12:00 02.05.2025
Pekindən siqnal: ABŞ tarif danışıqlarına hazırdır
11:58 02.05.2025
"D" vitaminini necə tənzimləyək ?
11:55 02.05.2025
"Türk ölkələrinin xoreoqrafiya mədəniyyətini yaxınlaşdırmaq vacib amildir"
11:49 02.05.2025
Eskişehirdə Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan konfrans keçirilib
11:45 02.05.2025
İsrail “Azadlıq donanması”nı vurdu
11:42 02.05.2025
AMEA-da Azərbaycan-Misir elmi əməkdaşlığı müzakirə edilib
11:36 02.05.2025
Şərqşünas alim beynəlxalq konfransda qədim dillərin süni intellekt vasitəsilə öyrənilməsindən danışıb
11:34 02.05.2025
İraq ərazisində anti-İran qüvvələrin fəaliyyəti qadağan edilib
11:27 02.05.2025
Azərbaycan və Nepal arasında Anlaşma Memorandumunun imzalanması üçün hazırlıq işləri görülür
11:25 02.05.2025
Boliviyada sərnişin təyyarəsi yoxa çıxdı
11:16 02.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana səfər edəcək
11:07 02.05.2025
FHN metronun “28 May” və “Nizami” stansiyalarında taktiki-xüsusi təlim təşkil edilib
11:01 02.05.2025
Hamısı