"Geni dəyişdirilmiş məhsullar orqanizmə ziyandır".
Bu sözləri Ednews - a müsahibəsində qida mütəxəssisi Məhsəti Hüseynova söyləyib.
"İnkişaf etmiş ölkələrdə marketlərdə, satış yerlərində əgər bir məhsul geni dəyişdirilmişdirsə və yaxud da tərkibində varsa, açıq şəkildə onun üzərində, etiket məlumatında göstərilir. Eyni proses GMO olmayan məhsullar üçün də keçərlidir, hər biri ayrıca kateqoriyaya bölünür. Bu şəkildə ən azından istehlakçı qarşısında rahat bir seçim imkanı olur. Bir çox hallarda təbii/bio məhsullar daha baha olur, GMO məhsullar isə daha ucuz olur. Lakin inkişaf etməkdə olan və ya etməmiş olan ölkələr isə bunun bəzən fərqində belə olmurlar. Bugün əksər xəstəliklər - xüsusən də genetik, keçmiş zamanlarda olmayan, indi bir çox azyaşlı uşaqlarda mövcud xəstəliklər var ki, bunlar birbaşa həminn məhsullar ilə qidalanan valideynlərdən olan uşaqlarda özünü göstərir".
Bu maraqlı müsahibənin tam versiyasına sabah EDNEWSTV-də baxa bilərsiniz.
Əkbər