Yüzlərlə göbələk növü yox olmaq təhlükəsi ilə üzləşib

Ekologiya 10:26 03.04.2025

Göbələklər ekosistemləri və Yer üzündəki həyatı dəstəkləyən təbiətin görünməz memarlarıdır. Lakin meşələrin qırılması, kənd təsərrüfatı və iqlim dəyişiklikləri onların mövcudluğunu təhlükə altına salır. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) məlumatına görə, yüzlərlə göbələk növü yoxolma təhlükəsi ilə üz-üzədir.

 “EDnews” xəbər verir ki ,  "Nəsli kəsilməkdə olan növlərin Qırmızı Siyahısı"nın yenilənmiş məlumatlarına əsasən, tədqiq edilmiş 1300 göbələk növündən ən azı 411-i yox olma təhlükəsi ilə üzləşib.

"Göbələklər gözə görünməyən, lakin onlar sağlam ekosistemlərin əsasını formalaşdıran əvəzedilməz orqanizmlərdir. Onların rolu uzun müddət lazımınca qiymətləndirilməyib, lakin bu möhtəşəm səltənəti qorumaq üçün hərəkətə keçməyin vaxtıdır", – deyə “IUCN”in baş direktoru Qretel Aqilar bildirib.

Bu gün elmə təxminən 150 000 göbələk növü məlumdur, lakin alimlər onların sayının 2,5 milyona qədər ola biləcəyini düşünürlər. Onların yalnız kiçik bir hissəsi tədqiq edilsə də, insan fəaliyyəti göbələklər aləminə artıq açıq-aşkar dağıdıcı təsir göstərir.

Göbələklər nə bitkilərə, nə də heyvanlara aiddir, lakin onların yox olması bütün canlılar üçün təhlükə yaradır. "Əgər biz göbələkləri itiririksə, ekosistemlərin dayanıqlılığını da itiririk", – deyə isveçli mikoloq Anders Dalberq izah edir.

Göbələklər vacib funksiyaları yerinə yetirir. Onlar bitkilərin quraqlıq və xəstəliklərə qarşı müqavimətini artırır, karbon dövranında iştirak edərək onu torpaqda saxlayır, qida sənayesi və tibb sahəsində istifadə olunur.

Lakin kənd təsərrüfatı və şəhər ərazilərinin sürətlə genişlənməsi səbəbindən təxminən 300 növ yox olma təhlükəsi altındadır. Bundan əlavə, gübrələr və nəqliyyatdan qaynaqlanan azot və ammonyak emissiyaları 91 göbələk növünə zərər vurur.

Ən çox meşə göbələkləri zərər çəkir, belə ki, qədim meşələrin məhv edilməsi nadir növlərin bərpa olunmadan yox olmasına səbəb olur. Məsələn, Nəhəng cəngavər “Tricholoma colossus” növü 1970-ci illərdən bəri Finlandiya, İsveç və Rusiyada iynəyarpaqlı meşələrin 30 faizinin itirilməsi səbəbindən həssas vəziyyətə düşüb.

İqlim dəyişiklikləri də bu prosesə təsir edir. ABŞ-da 50-dən çox göbələk növü təbii landşaftları dəyişdirən tez-tez baş verən meşə yanğınlarından əziyyət çəkir.

Bu gün "Qırmızı Siyahı"ya 170 000-dən çox canlı orqanizm daxil edilib ki, onlardan da 47 000-dən çoxu yox olma təhlükəsi ilə üzləşib. Alimlər vurğulayır ki, göbələklərin itirilməsi bütün ekosistemə təsir edəcək.

Göbələkləri qorumaq təbiətin balansını saxlamaq, kənd təsərrüfatını dəstəkləmək və planetdəki bioloji müxtəlifliyi qorumaq deməkdir.

Fatimə Mərdanlı // EDnews         

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Kevin De Bruyne "Mançester Siti"nin heyətində yeni uğura imza atdı
10:03 03.05.2025
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıdıb
09:58 03.05.2025
10 min abituriyent buraxılış imtahanlarından şikayət edib
09:43 03.05.2025
Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
09:25 03.05.2025
Qarpızın içərisində gizlədilən 63 kiloqramdan artıq narkotik aşkar edilib
08:31 03.05.2025
Şahzadə Harri məhkəməni uduzdu
07:40 03.05.2025
HƏMAS Qəzza zolağı ilə bağlı sövdələşməyə hazırdır
07:35 03.05.2025
Ərdoğan və Netanyahunun Azərbaycana səfəri Ermənistandan necə görünür?
06:48 03.05.2025
Tramp Roma Papası obrazında şəklini paylaşıb
05:29 03.05.2025
"Traktor Sazi" İran çempionu oldu
02:09 03.05.2025
Geoloqlar qlobal vulkan püskürmələri haqqında siqnal aşkarladılar
01:15 03.05.2025
"ABŞ Rusiya və Ukrayna arasında vasitəçilik etməyə davam edir"
00:33 03.05.2025
MKİ çinliləri əməkdaşlığa çağırır
20:18 02.05.2025
TikTok Məlumatları ötürür?
19:20 02.05.2025
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi
15:01 02.05.2025
Əməyin Mühafizəsi Mərkəzi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təminatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə tədbirlərinə start verib
14:32 02.05.2025
Şüuraltı bəndləri yıxan sənətin əbədi təlimatı Xanəmir Telmanoğlu yazır...
14:28 02.05.2025
Meymun kənddə qarışıqlıq yaratdı: İnsanlara hücum etdi
12:48 02.05.2025
Gözümüzün altı niyə qaralır? - Nə etməli?
12:46 02.05.2025
" Pakistan qardaş Azərbaycanın dəstəyini çox yüksək qiymətləndirir"
12:43 02.05.2025
Londonda Azərbaycan–Böyük Britaniya biznes əlaqələrinə həsr olunmuş tədbir keçirilib
12:35 02.05.2025
Ötən ay 58 aptekdə monitorinq aparılıb, 20-də nöqsan aşkarlanıb
12:31 02.05.2025
UNDP-nin Azərbaycandakı fəaliyyəti başa çatıb
12:23 02.05.2025
Azərbaycanın dəniz məhsullarının Aİ ölkələrinə ixracı ilə bağlı işlər aparılır
12:19 02.05.2025
"Prezident Kuboku-2025”: Azərbaycan təmsilçiləri daha altı medal qazanıblar
12:12 02.05.2025
Alimlər bizi qaşındıran şeyləri aşkar ediblər
12:07 02.05.2025
BMT qlobal arxitekturada genişmiqyaslı islahat hazırlayır
12:02 02.05.2025
Marko Rubio İranla nüvə sazişinin şərtlərindən daha birini açıqlayıb
12:00 02.05.2025
Pekindən siqnal: ABŞ tarif danışıqlarına hazırdır
11:58 02.05.2025
"D" vitaminini necə tənzimləyək ?
11:55 02.05.2025
"Türk ölkələrinin xoreoqrafiya mədəniyyətini yaxınlaşdırmaq vacib amildir"
11:49 02.05.2025
Eskişehirdə Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan konfrans keçirilib
11:45 02.05.2025
İsrail “Azadlıq donanması”nı vurdu
11:42 02.05.2025
AMEA-da Azərbaycan-Misir elmi əməkdaşlığı müzakirə edilib
11:36 02.05.2025
Şərqşünas alim beynəlxalq konfransda qədim dillərin süni intellekt vasitəsilə öyrənilməsindən danışıb
11:34 02.05.2025
İraq ərazisində anti-İran qüvvələrin fəaliyyəti qadağan edilib
11:27 02.05.2025
Azərbaycan və Nepal arasında Anlaşma Memorandumunun imzalanması üçün hazırlıq işləri görülür
11:25 02.05.2025
Boliviyada sərnişin təyyarəsi yoxa çıxdı
11:16 02.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana səfər edəcək
11:07 02.05.2025
FHN metronun “28 May” və “Nizami” stansiyalarında taktiki-xüsusi təlim təşkil edilib
11:01 02.05.2025
Hamısı