Hizbullah qruplaşması Təl-Əviv yaxınlığında yerləşən İsrail Silahlı Qüvvələrinin kəşfiyyat bazasına raket zərbələri endirib.
EDnews xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.
Məlumatda bildirilir ki, Hizbullah Təl-Əviv ətrafında yerləşən 8200 nömrəli hərbi kəşfiyyat bölməsinin Qlilot bazasına raket zərbələri endirib. İsrail tərəfi itkilər barədə məlumat verməyib.