USAID Azərbaycandan çıxarılır: "İttihamlar çox ciddidir və mütləq araşdırılmalıdır"

Analitika 14:05 06.02.2025

Azərbaycan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkədə fəaliyyətinin dayandırılması üçün ABŞ-yə bildiriş göndərib.

Bu barədə açıqlamasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə  deyib.

"USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib", - deyə A.Hacızadə bildirib.

Qeyd edək ki, USAID-in rəsmi səhifəsi hazırda fəaliyyət göstərmir. Tramp administrasiyası USAID-in müstəqil statusunun ləğv edilməsi və onun Dövlət Departamentinin strukturuna inteqrasiyasının mümkünlüyünü nəzərdən keçirir. Bu addım gerçəkləşsə, beynəlxalq yardımla bağlı proqramların idarəolunmasında agentliyin muxtariyyəti azalmış olacaq.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib ki, de-yure olaraq 1 iyun 2024-cü il tarixdən etibarən ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur:

"USAID-in Azərbaycanda təmsilçiliyinin də heç bir əsası yoxdur. Onların (USAID) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı çatıb".

Mövzu ilə bağlı  danışan Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, USAID-ə qarşı irəli sürülən ittihamlar çox ciddidir və mütləq araşdırılmalıdır:

"Qərbin xarici ölkələrdə həyata keçirdiyi rəngli inqilabların əsas maliyyə qaynağı olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) xoşagəlməz əməllərinin ifşa edilməsi, qurumun fəaliyyətindəki çox təhlükəli məqamların dünya ictimaiyyətinə çatdırılması gözlənilən idi. Çünki hələ illər öncə Azərbaycan rəhbərliyi USAID-in fəaliyyətindəki arzuolunmaz nüansları həm təşkilatın, həm də ABŞ rəhbərliyinin diqqətinə çatdırmışdı. Təəssüflər olsun ki, o zaman Bakının narahatlığına ciddi yanaşılmadı.

Azərbaycanın xəbərdarlıqlarına məhəl qoyulmadığı üçün ötən ilin fevralında hökumət USAID-lə müqavilənin müddətini uzatmadı. O zaman ölkəmizin bu qətiyyətli qərarı bir çox dairələr tərəfindən radikal addım kimi qiymətləndirildi. Üzərindən heç bir il keçmədi ki, Gürcüstan hökuməti eyni narahatlıqları ifadə etdi və ABŞ-də hakimiyyətə gələn yeni komanda USAID-in fəaliyyətini faktiki olaraq dayandırdı. Təşkilatın maliyyələşdirilməsi dayandırılıb, əvvəlki rəhbərlik oradan uzaqlaşdırılıb. İndi təşkilat yenidən qurulur. Biz ümid edirik ki, yenidən formalaşdırılacaq USAID əvvəlki səhvlərini təkrarlamayacaq, ölkələrin suverenliyinə, dəyərlərinə, milli maraqlarına hörmətlə yanaşacaq. Əgər belə olarsa, Azərbaycan dövləti USAID-lə əməkdaşlıq məsələlərinə yenidən baxa bilər".

Onun sözlərinə görə, ABŞ-nin dövlət israfçılığı və korrupsiya ilə mübarizə aparan DOGE qrupuna rəhbərlik edən İlon Mask USAID-i "məhvə məhkum qurum", "cinayətkar yuvası" adlandırıb:

"O, bir qədər də irəli gedərək, təşkilatı bioloji silahların hazırlanmasını, Əfqanıstanda narkotik məhsulların istehsalını maliyyələşdirməkdə ittiham edib. ABŞ Prezidenti Donald Tramp USAID-i korrupsiyalaşmış təşkilat adlandırıb. Qeyd edib ki, təşkilat görünməmiş saxtakarlıqla məşğul olub. Qəpik-quruşa layiq olmayan hər cür qrupa yüzmilyonlarla dollar xərclənib. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə iddia edir ki, USAID dünyanın 100-dən çox ölkəsində təmsil olunan və illik büdcəsi 50-60 milyard dollar olan kriminal şəbəkəyə çevrilib. Volodinə görə, USAID tərəfindən terrorçular və yaraqlılar, eləcə də ABŞ və Rusiyada qadağan olunmuş "Əl-Qaidə"yə yüzminlərlə dollar köçürüb. Bundan əlavə, agentlik xaşxaş yetişdirmək və heroin istehsal etmək üçün istifadə olunan avadanlıq və gübrələrə yüzmilyonlarla dollar xərcləyib".

Gürcüstanın Baş naziri İrakli Kobaxidze  isə bildirib ki, USAID-in maliyyəsi xeyriyyə məqsədləri üçün deyil, bu və ya digər ölkədə, o cümlədən Gürcüstanda da konkret olaraq inqilablar təşkil etmək, iğtişaşlar yaratmaq və ölkədə sabitliyi pozmaq üçün istifadə edilib. Göründüyü kimi, ortada çox ağır ittihamlar var. USAID prinsiplərindən uzaqlaşaraq, xüsusilə də MDB məkanında rəngli inqilabları maliyyələşdirməklə məşğul olub. Ukraynada "narıncı", Gürcüstanda "məxməri", Qırğızıstanda isə "zanbaq" inqilablarının ssenarilərinin USAID-in ofisində hazırlanmasına heç kəsdə şübhə yoxdur.

Onlar eyni ssenarini Azərbaycanda da həyata keçirməyə cəhd göstərdilər, amma Azərbaycan xalqı təxribatlara, yalançı vədlərə uymadı, dövlətin, hakimiyyətin yanında oldu, ona birmənalı dəstəyini ifadə etdi.

USAID fəaliyyət göstərdiyi bütün ölkələrdə radikal qüvvələri dəstəkləyib, milli dəyərlərə hörmət göstərməyib. USAID-in Azərbaycandakı fəaliyyəti ölkəmizin milli maraqlarına cavab vermədiyi üçün onunla əməkdaşlığa xitam verildi. Onlar öz prinsiplərini, şərtlərini bizə qəbul etdirmək istəyirdilər. İndi məlum olur ki, USAID-in ölkələrə qarşı prinsipləri heç ABŞ-nin də maraqlarına uyğun olmayıb. Deməli, onlar hansısa kənar qüvvələrin təhlükəli planlarını ölkələrdə həyata keçirməklə məşğul olublar. Burada, həmçinin ciddi korrupsiya faktları var. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıq şəkildə qeyd edib ki, USAID Gürcüstanda seçkilərə kobud müdaxilə etməklə, radikal müxalifəti hökumətin üzərinə qaldırmaqla ABŞ ilə münasibətlərə xələl yetirir.

"USAID Azərbaycanda 34 il fəaliyyət göstərib. Lakin biz heç vaxt görmədik ki, təşkilat torpaqlarımızın Ermənistan tərəfindən işğal olunmasına dair bəyanat yaysın, layihələr həyata keçirsin. USAID 1992-ci ildə Xocalıda baş vermiş soyqırımına səssiz qalıb, Ermənistanın Azərbaycana təcavüzünü pisləməyib, qaçqınların problemlərinin həllinə dəstək olmayıb, Qərbi azərbaycanlıların qayıdış hüquqlarına dair hər hansı tədbir keçirməyib. 2020-ci ilin sentyabrında Azərbaycan Ordusu ərazi bütövlüyünü təmin edəndə USAID sözdə müharibə əleyhinə, əslində isə ordumuza, dövlətimizə qarşı güclü kampaniyaya start verdi, ermənilərin müdafiəsinə qalxdı. Təşkilat maliyyələşdirdiyi "novarçıları", media qurumlarını, söyüş müxalifətini dövlətin üzərinə qaldırdı. Onlar "Azərbaycan ərazi bütövlüyünü təmin edir" demək əvəzinə, "etnik təmizləmə" ifadəsini gündəmə gətirdilər. Onlar COP29 sammiti ərəfəsində də "insan hüquqları"ndan bayraq kimi istifadə edərək dövlətimizin üzərinə hücuma keçdilər, mötəbər tədbiri gözdən salmağa çalışdılar", - deyə müsahibimiz vurğulayıb.

Deputat əlavə edib ki, USAID bu günə qədər Azərbaycanda 450 milyon dollardan çox vəsait xərcləyib:

"Bu vəsaitlər hansı layihələrə xərclənib, kimlərə ayrılıb - bunlar araşdırılmalıdılr. Baş verən proseslər bir daha göstərdi ki, Azərbaycan dövlətinin USAID ilə bağlı qərarı olduqca düzgün və ədalətli olub. Bizdən sonra digər ölkələrin də oxşar addımlar atması Azərbaycan dövlət rəhbərliyinin uzaqgörənliyindən, güclü siyasi iradəsindən xəbər verir".

Müəllif: Mərahim Nəsiboğlu

Mənbə: Oxu.az

 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Kevin De Bruyne "Mançester Siti"nin heyətində yeni uğura imza atdı
10:03 03.05.2025
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıdıb
09:58 03.05.2025
10 min abituriyent buraxılış imtahanlarından şikayət edib
09:43 03.05.2025
Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
09:25 03.05.2025
Qarpızın içərisində gizlədilən 63 kiloqramdan artıq narkotik aşkar edilib
08:31 03.05.2025
Şahzadə Harri məhkəməni uduzdu
07:40 03.05.2025
HƏMAS Qəzza zolağı ilə bağlı sövdələşməyə hazırdır
07:35 03.05.2025
Ərdoğan və Netanyahunun Azərbaycana səfəri Ermənistandan necə görünür?
06:48 03.05.2025
Tramp Roma Papası obrazında şəklini paylaşıb
05:29 03.05.2025
"Traktor Sazi" İran çempionu oldu
02:09 03.05.2025
Geoloqlar qlobal vulkan püskürmələri haqqında siqnal aşkarladılar
01:15 03.05.2025
"ABŞ Rusiya və Ukrayna arasında vasitəçilik etməyə davam edir"
00:33 03.05.2025
MKİ çinliləri əməkdaşlığa çağırır
20:18 02.05.2025
TikTok Məlumatları ötürür?
19:20 02.05.2025
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi
15:01 02.05.2025
Əməyin Mühafizəsi Mərkəzi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təminatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə tədbirlərinə start verib
14:32 02.05.2025
Şüuraltı bəndləri yıxan sənətin əbədi təlimatı Xanəmir Telmanoğlu yazır...
14:28 02.05.2025
Meymun kənddə qarışıqlıq yaratdı: İnsanlara hücum etdi
12:48 02.05.2025
Gözümüzün altı niyə qaralır? - Nə etməli?
12:46 02.05.2025
" Pakistan qardaş Azərbaycanın dəstəyini çox yüksək qiymətləndirir"
12:43 02.05.2025
Londonda Azərbaycan–Böyük Britaniya biznes əlaqələrinə həsr olunmuş tədbir keçirilib
12:35 02.05.2025
Ötən ay 58 aptekdə monitorinq aparılıb, 20-də nöqsan aşkarlanıb
12:31 02.05.2025
UNDP-nin Azərbaycandakı fəaliyyəti başa çatıb
12:23 02.05.2025
Azərbaycanın dəniz məhsullarının Aİ ölkələrinə ixracı ilə bağlı işlər aparılır
12:19 02.05.2025
"Prezident Kuboku-2025”: Azərbaycan təmsilçiləri daha altı medal qazanıblar
12:12 02.05.2025
Alimlər bizi qaşındıran şeyləri aşkar ediblər
12:07 02.05.2025
BMT qlobal arxitekturada genişmiqyaslı islahat hazırlayır
12:02 02.05.2025
Marko Rubio İranla nüvə sazişinin şərtlərindən daha birini açıqlayıb
12:00 02.05.2025
Pekindən siqnal: ABŞ tarif danışıqlarına hazırdır
11:58 02.05.2025
"D" vitaminini necə tənzimləyək ?
11:55 02.05.2025
"Türk ölkələrinin xoreoqrafiya mədəniyyətini yaxınlaşdırmaq vacib amildir"
11:49 02.05.2025
Eskişehirdə Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan konfrans keçirilib
11:45 02.05.2025
İsrail “Azadlıq donanması”nı vurdu
11:42 02.05.2025
AMEA-da Azərbaycan-Misir elmi əməkdaşlığı müzakirə edilib
11:36 02.05.2025
Şərqşünas alim beynəlxalq konfransda qədim dillərin süni intellekt vasitəsilə öyrənilməsindən danışıb
11:34 02.05.2025
İraq ərazisində anti-İran qüvvələrin fəaliyyəti qadağan edilib
11:27 02.05.2025
Azərbaycan və Nepal arasında Anlaşma Memorandumunun imzalanması üçün hazırlıq işləri görülür
11:25 02.05.2025
Boliviyada sərnişin təyyarəsi yoxa çıxdı
11:16 02.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana səfər edəcək
11:07 02.05.2025
FHN metronun “28 May” və “Nizami” stansiyalarında taktiki-xüsusi təlim təşkil edilib
11:01 02.05.2025
Hamısı