Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Azərbaycanın haqq səsini Cıdır Düzündən dünyaya duyurmağa çağırdı:
Ednews xəbər verir ki, BAMF prezidenti həmkarları ilə söhbəti haqqında bu fikirləri söyləyib:
“Cıdır Düzünün ətəyində addımlayırıq. Mən Əl-Cəzirənin əməkdaşları ilə danışıram. Onlar deyir ki, bəlkə biz gedək Şuşada oturaq. Burada yüzlərlə və minlərlə sənədli filmlərə çevrilə biləcək hekayələr var. Yəni bu dünya cəmiyyətini maraqlandıra bilər. Televiziyanın imkanlarından yararlanaraq xeyli görülə biləcək işlər var.
Bu cığırlar, bu daşlar, bizim 44 Günlük Vətən müharibəsində bu günü bizə bəxş edən əsgərlərimiz məhz bu yerlərdən, bu qayalıqlardan Şuşaya ayaq açıblar və Şuşanı mənfur düşmənlərdən azad ediblər”.
Fərid