Cənubi Qafqazda oyunçu dəyişikliyi: Fransanı Almaniya əvəz edir? - ANALİTİKA

Analitika 16:00 15.01.2024

Yeni İlə keçəli artıq bir neçə gün olub və görünür bu il Cənubi Qafqazda yeni oyunçu dəyişikliyi baş verəcək.

Belə ki, Almaniyanın Rusiyaya qarşı bir sıra addımlar atacağı, o cümlədən rus sərhədçilərini ölkədən çıxarmağa məcbur edəcəyi və rəhbərliyini ruspərəstlərdən təmizləyəcəyi təqdirdə Ermənistana maliyyə dəstəyi verməyə hazır olduğunu bildirib. Mənbələrdə bildirilib ki, Almaniya bu və digər anti-Rusiya addımları üçün İrəvana maliyyə dəstəyi təklif edərək, Rusiya sərhədçilərinin Ermənistandan tezliklə çıxarılmasında maraqlıdır.

Görünən odur ki, Almaniya anti-Rusiya siyasətini ciddi şəkildə gücləndirib. Əgər əvvəllər o, Cənubi Qafqaz regionunda və Xəzər dənizində nəzərəçarpan oyunçu deyildisə, bu gün biz görürük ki, onun artıq Aİ-nin müşahidəsi altında müəyyən mövqeləri var. Ermənistandakı missiyanı Almaniyanın nümayəndələri tutur, Almaniyanın xarici siyasət kəşfiyyatı isə Ermənistanda fəal iştirak edir və ölkədə gedən prosesləri tənzimləyir. Postsovet məkanında Rusiyanı sıxışdırmaq üçün ümumi siyasətin qurulması çərçivəsində Almaniya və Fransanın öz səylərini Ermənistan istiqamətində koordinasiya etdikləri göz qabağındadır. Lakin ələxsus Fransada baş vermiş baş nazir dəyişikliyi və Azərbaycan – Fransa arasında baş vermiş son gərginliklər, əsasən də Fransanın nisbətən regiondakı aktiv fəaliyyətinə nisbətən fasilə verəcəyi gözləmək olar.

Bəs Almaniya necə? Regionda bu oyunçu (Fransa) dəyişikliyinin baş verməsi məkana necə təsir edəcək və nələr gözlənilməlidir?

Bu aktivliyin işartılarını geridə buraxdığımız ilin noyabr ayının əvvəllərində Almaniya XİN-i Annalena Baerbokun səfərləri zamanı görmək olurdu. Xanım Baerbok səfəri zamanı regionda sülhün maraqlarını qorumaq üçün burdayıq deməyə gəlmişdirsə də Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında diplomatik səhvlər buraxaraq, Xankəndi və Şuşanın qondarma rejimin adları ilə səsləndirmişdir. Bundan əvvəlki yazımda qeyd etdiyim ki, o zamankı səfərinə əsl məqsəd kimi Azərbaycanın Almaniyanı enerji ilə təmin etmək istəyini və qabiliyyətini yoxlamaq olaraq göstərmək olardı. Lakin görünür Azərbaycanın balanslı siyasəti onun işinə gəlmədi.

batram.jpg

Hazırda isə hədəfi Ermənistandır. Burada hədəf olduqca aydındır. Fransa, ABŞ – ın əsas hədəfi nə idisə, Almaniyanın da hədəfi eyni məqsədi daşıyır: Ermənistanı “kukla” kimi istifadə etmək. Avropa İttifaqı (Aİ) tərəfindən Ukrayna, Moldova və Gürcüstana edilən təklifləri görən Ermənistanın gözləri görünür ışıldayır. Lakin İrəvan höküməti bilməlidir ki, Brüsselin pulu artıq tükənir. Bu yaxınlaşma isə sülhə gedəcək yolda sadəcə Ermənistana ziyan vuracaq.

Prezident İlham Əliyevin televiziya kanallarına keçirmiş olduğu müsahibəsində bu məsələyə də olduqca peşəkar şəkildə toxunulur və lazımı ismarıclar göndərilib. Onların arasında Ermənistan cəmiyyətinə, ona rəhbərlik edənlərə və havadarlarına ünvanlanan mesajlar da var idi. Ermənistan hakimiyyətinin sülh prosesinə deyil, kənar qüvvələrə, havadarlarına fokuslandığını işarə edib: 

e3b4c753-2307-3a5c-88df-d3eded1252f5_850.jpg

“Onu da bildirməliyəm ki, biz onlardan fərqli olaraq öz şərhlərimizi 70 gündən sonra yox, 30 gündən sonra göndərdik və ondan iki həftə sonra onlar, bax bu ayın 4-də yeni şərhlər göndərdilər. Yəni, yenə də sual yaranır: Əgər bu şərhləri iki həftə ərzində vermək olarsa, sən keçən dəfə 70 gün nəyi gözləmisən? Yəni, mənim fərziyyəm tam sübuta yetirilir” – deyə İlham Əliyev vurğulayıb.

Dövlət başçısı bu ismarıcı ilə İrəvanın sülh prosesində qeyri-ciddiliyini ortaya qoyub. 

Hərçənd oxşar siyasi relyef cəhətdən oxşarlıq olmasa da Ukraynada və vaxtilə Gürcüstanda baş verənlər Ermənistana dərs olmalı, o, sülh sazişində sahib olduğu öhdəlikləri yerinə yetirməlidir.

Əkbər Novruz

 

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Hamısı