Paşinyanın çarəsizliyi, Baerbokun bacarıqsızlığı, mediator potensialı daşıyan Gürcüstan – ANALİTİKA

Analitika 15:30 06.11.2023

Ötən həftədən etibarən Cənubi Qafqaz regionunda bir neçə mühüm siyasi proseslər baş verib. İlk öncə baş verən ən mühüm proseslərin qısa icmalına və region ölkələrinin sülhə gedən yolda hansı addımları atdığına baxaq.

Ermənistanın çarəsizliyi...

Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan baş nazirlərini görüşü keçirilib və görüş çərçivəsində sülh sazişi və regionun əmin – amanlığına dair bir sıra mühüm çıxışlar olub. 
Ermənistan baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlər böyük marağa səbəb olub. Belə ki, erməni baş nazirinin “sülh kəsişməsi” adlı təqdim etdiyi layihə mediada böyük müzakirələrə yol açıb. O, bu layihənin əsas məqsədinin Ermənistan, Türkiyə, Azərbaycan və İran İslam Respublikası arasında avtomobil yollarının, dəmir yollarının, boru kəmərlərinin, kabellərin, elektrik xətlərinin təmiri, tikintisi və istismarı vasitəsilə kommunikasiyaların inkişafı olduğunu qeyd edib.

bf32dece3c-Pasinyanin-utopik-layihesi.jpg

Qeyd etmək yerinə düşər ki, bu N.Paşinyanın zaman – zaman səsləndirdiyi “armyanskiy perekrestok” – Ermənistan yol qovşağı ideyasının davamıdır. Bu da bariz olaraq onun göstəricisidir ki, baş nazir özünün və ölkəsinin siyasi çəkisini artırmağa cəhd göstərir. Bu cür addımlar nüfuz qazanmağa çalışan siyasətçilər tərəfindən dəfələrlə edilb. Vaxtilə yenicə vəzifəsini sonlandırmış Türkiyənin CHP rəhbəri K.Kılıçdaroğlu da bu cür yeni dəhliz formatı ilə çıxış etmişdi, hansı ki, burada da Azərbaycan yer almamaşdı və bu qalmaqal yaratmışdı. Ələxsus bu da bir alternativ yol kimi nüfuz qazanmaq məqsədi daşıyırdı. Paşinyanın da buna oxşar addımı konkret olaraq onun çarəsizliyini göstərir. Ona görə ki, Azərbaycanın illərdir təklif etdiyi və sülhə gedən yolda mühüm rol oynayan Zəngəzur dəhlizinin artıq Bakı hökümətinə cəlbedici gəlməməsini bəyan etməsi vəziyyəti dəyişdi. Bu da azmış kimi Ermənistanın regionda ən yaxın müttəfiqi olan İranın Azərbaycanın irəli sürdüyü nəqliyyat dəhlizinə maraq salması və əməkdaşlığa getməsi, Ermənistanı özünün təcrid edilməsinə yol açacacığını anladı. Lakin anlaya bilmədiyi məsələ ondan ibarətdir ki, Ermənistan bu cür təkliflərdən savayı olaraq sülhə, təhlükəsizliylə bağlı üzərinə olan öhdəlikləri ilk öncə yerinə yetirməlidir. Pozitiv irəliləyişlər görə bilərik, lakin atılan addımın region ölkələrinin yüksəliş çərçivəsində geri qalmamaq üçün atıldığını görmək olur. Paşinyan Avropaya  ikinci saxta “Saakaşvili” olmağa çalışır.

Vasitəçiliyə ən uyğun namizəd: Gürcüstan

Tbilisidə baş nazirlər arasında keçirilən görüş düşünürəm ki, yetərincə danışılmadı. Bu da əslində N.Paşinyan kimi Gürcüstanın özünə siyasi çəki qatmağa çalışmaq cəhdi idi, lakin daha uğurlu bir formatda. Regionda edilən təkliflər öz çeşidliliyindən heç də geri qalmır. Bütün irəli sürülən fikirlər ələxsus sülh sazişinin imzalanmasında mühüm ola biləcək təkliflərdi. Lakin 3+3 formatından savayı güclü bazaya sahib təklif olmayıb. Düzü o görüşdə də Gürcüstan iştirak etməkdən yayındı. Gürcüstan əslində Aİ – yə gedən yolda özünə siyasi bir çəki qazandırmaq üçün ilk öncə baş nazirlərlə görüş keçirdi. Bilir ki, Tbilisi də sülh sazişinin imzalanması üçün şərait yaradılsa və bunun həyata keçirilməsini bacara bilsə özünə güclü legitimlik qazandıracaq.

aQOafvwAqbA0JWt2wa2F.jpg
Maraqlı səslənə bilər, lakin regionda Gürcüstandan savayı mediator ola biləcək qüvvə yoxdur. Ona görə ki, İran, Türkiyə və Rusiya ölkələrinin hər birinin özünə qarşı müəyyən marağı var. Məsələn, Rusiyanın təqdim etdiyi təkliflər 2020 – ci ildən etibarən fundamental daəyişikliklərə getməyib. Gürcüstan isə regionda ola biləcək ən neytral qüvvədir. Həm Cənubi Qafqaz ölkələrinin ancaq özlərinin heç bir kənar qüvvə olmadan öz əmin – amanlıqlarını təmin etməsinə, həm də “Cənubi Qafqaz Evi” ideyasının gerçəkləşməsilə, dünyaya örnək ola bilmək fürsəti daşıyacaqlar. Ələxsus bura münaqişə zonasıdır və mediator qüvvə seçilərkən, regionda maraqları olub – olmadığına da nəzər yetirmək lazımdır. Bütün bu anlayışın əsas məğzi də bunun üzərinə qurulub. Hərçənd qeyd olunanlar “3+3” Formatı balanslı və güclü şəkildə baş tutarsa sıradan çıxarılmış olacaq.

ABŞ və Aİ – nin regionda müştəri təmsilçisi Almaniya...

Bildiyimiz kimi Almaniya XİN Anna Baerbok – un Azərbaycan və İrəvana 3 – 4 noyabr tarixlərində səfəri baş tutdu. Ukrayna müharibəsi başladığı gündən etibarən başda Almaniya olmaqla bütün Avropa öz nüfuzunu zədələyiblər. Avropanın böyük bir qismi “sənayesizləşmə”yə doğru gedirlər. Almaniya, ictimaiyyəti arasında narazılığa səbəb olan yaşıl siyasətlərin kor-koranə ideoloji təqibləri səbəbindən böyük enerji böhranı yaşayırlar. İndi də müvəqqəti olaraq regiondan Fransa gedib, yerinə Almaniya gəlib. Çox güman ki, əsl səbəb Azərbaycanın Almaniyanı enerji ilə təmin etmək istəyini və qabiliyyətini yoxlamaqdır.

c6f098c20137cf7245b25d883fa50449.jpg (mənbə: Yeni Musavat)

Ötən gün İrəvanda mətbuata çıxışı zamanı, Azərbaycana sanksiyalar tətbiqi ilə bağlı verilən suallara, biz buraya sülhü müzakirə etməyə gəlmişik deməsi də buna nümunədir. Lakin regionda mediator ola biləcək qüvvəni daşımırlar. Nəticə etibarı ilə Almaniyanın bütün siyasi fəaliyyətinə elə Aİ – də baxır. Buna ən bariz nümunə isə xanıım Baerbok – un ötən gün Ceyhun Bayramovla mətbuata çıxışı zamanı Azərbaycan şəhərləri Xankəndi və Şuşanın qondarma rejimin adları ilə səsləndirməsi idi. Ona görə də mediatorluq planları ilə gəldikdə çalışıb gəlmək lazımdır. Ələxsus Ukraynanın “Naftoqaz” şirkəti, “Qazprom”la Aİ-yə qaz tranziti üzrə müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatdıqdan sonra şirkətlə müqaviləni uzatmayacağını bildirməsi görünür Avropanı çətin vəziyyətə salıb. Bu da, Baerbok – un sülh sazişinə “vasitəçi” kimi zühur etməsinə səbəb yaradıb. Onlar qaz əməkdaşlığına gəldiklərini bəyan etməkdən çəkiniblər.

Əkbər Novruz

1c3d6b1a-f4f4-436d-b486-31925218b922.jpg

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı