Aİ – nin yürütdüyü “ikiüzlü” siyasəti: Qəzza böhranına reaksiya – ANALİTİKA

Analitika 16:30 23.10.2023

Oktyabr ayının 7 – də İsrail – Həmas qarşıdurmasının başlamasından etibarən Avropa İttifaqının böhrana münasibəti olduqca pis başladı və gün keçdikcə daha da bərbad vəziyyət aldı. 

Belə ki, məsələyə Avropadan gələn ilk nota Aİ-nin Fələstinlilərə bütün yardımını dayandıracağının elanı oldu. İttifaq daxilindəki ölkələrin döyüşlərdə tutulan qəzzalı girovların həyat şəraiti ilə bağlı artan narahatlıqları fonunda siyasət elə həmin gün dəyişdirildi. 

Həftənin sonunda, oktyabrın 13-də komissiyanın rəhbəri Ursula Fon der Leyen İsrailə səfər etdi. Orada çatdırdığı mesaj rəğbətlə qarşılandı. Komissiya rəhbəri bildirdi ki, İsrailin Beynəlxalq Hüquq çərçivəsində öz ərazisini qorumaq haqqı vardır. Lakin yenidən Alyans daxilində bu çıxış mənfi qarşılanaraq, Ursula xanımın sadəcə öz fikirlərini ifadə etdiyini, ittifaqın mövqeyini bildirilmədiyi vurğulandı. Bu fikirlər də əsasən Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borell tərəfindən səsləndirilib. Etirazlar artdıqca xanım fon der Leyenin komandası cəld elan etdi ki, Aİ-nin Qəzzaya humanitar yardımı üç dəfə artırılacaq.

Screenshot_2.jpg

Bu qeyri-balanslı siyasət əslində ilk öncə xanım fon der Leyenin “ulduz xəstəliyi”nə tutulduğunun göstərgəsidir. Komissiya prezidenti Aİ – nin ən çətin dövrlərində: Pandemiya və Ukrayna müharibəsi fonunda Alyansı olduqca güclü saxlamağı bacara bilib. Lakin onun uğurları elə bununla da məhdudlaşır. Avropa İttifaqı Ukrayna müharibəsi istisna olmaqla digər böhranlar fonunda Aİ-nin bu mühitə təsir imkanlarının çox məhdud olduğunu göstərir. 

Artıq spesifik böhranlarda tərəflər, aktorlar müəyyən edilib. Avropa çətin ki, Qəzza böhranına ciddi müdaxilə edə bilsin. Ukrayna müharibəsi istisna olmaqla, Azərbaycan – Ermənistan arasındakı böhranda, Suriya və Livan ərazilərində baş verən proseslərdə və ən son Tunisdən gələn miqrantların qarşısını almaqla bağlı göstərdiyi səriştəsizlikləri buna aşkar nümunədir.

Özünü həmişə ABŞ – dan azad bir aktor kimi göstərməyə çalışsa da, heç bir zaman onun kölgəsindən çıxa bilməyib.

297296.jpg

Buna oxşar hadisə Cosep Borell – in Pekinə səfəri zamanı da baş vermişdi. Borrel Pekini inandırmağa çalışıb ki, Brüsselin Pekinə yönəlik siyasəti ABŞ-ın təzyiqi altına deyil. Maraqlıdır ki, Borrel Pekini həm tərəfdaş, həm də rəqib adlandırıb. Avropa İttifaqı rəsmisi onu da vurğulayıb ki, rəqiblərin düşmən olması vacib deyil. Göründüyü kimi, Borrel hər vəchlə Pekini inandırmağa çalışıb ki, Brüsselin Pekinə münasibəti Vaşinqtonun Pekinə münasibətindən daha yaxşı və mülayimdir. Bu tip özünü azad göstərməyə çalışan Alyansın tarixi boyunca dəfələrlə baş verib. Diplomatiyanın və hüququn vətəni olmasına rəğmən, reallıq odur ki, sülhün regionda bərqərar olmasında həmişə ABŞ baş aktor olub.

Qısacası ətrafı böhranlarla əhatə olunan Aİ öz daxilində ciddi islahatlara getmədiyi müddətcə bu tip böhranlarda aciz qalmağa davam edəcək. Hazırki strukturu isə bunun baş verməsini qarşısını alır. Avropa mütləq Aİ daxilində islahatlara getməli proseslərdə daha tutarlı duruş sərgiləməlidir. İndi isə hələ Ukrayna müharibəsinə fokuslansa daha yaxşı olar. ABŞ isə mütləq şəkildə Aİ kimi, qlobal məsələlərdə səriştəsiz iş görən ittifaqını ya yaxşı yönləndirməli, ya da ki, özü müdaxilə etməlidir.

Əkbər Novruz

WhatsApp-Image-2023-08-02-at-14.59.44.jpeg

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra EDİLƏCƏK
17:35 16.05.2024
Hamısı