Ermənistanda "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyana qarşı cinayət işi başlanılıb.
EDnews Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.
Qurumun məlumatına görə, Tsarukyan xüsusilə külli miqdarda vergidən yayınmaqda ittiham olunur.
Onun ölkədən çıxışına qadağa qoyulub.
Həmçinin bildirilib ki, Tsarukyan bu gün Ermənistanı tərk etməyə cəhd edib, lakin hava limanında onun təyyarəyə minməsinə icazə verilməyib.




.png)


.jpg)