İran yeni neft-qaz yataqları kəşf edib.
Ednews "İRNA" agentliyinə istinadən xəbər verir ki, bu haqda İranınn Milli Neft Şirkətinin icraçı direktoru Mohsen Xocəstemehr məlumat verib:
“2,5 milyard barrel xam neft ekvivalenti hazırkı hökumət dövründə aşkar edilmiş ümumi yeni ehtiyatlar olub.
Təxminən 8 neft-qaz yatağı bizim yeni kəşflərimizdir. Bu yaxınlarda çox mühüm bir kəşfimiz oldu, bunu neft naziri açıqlayacaq. Keçən il neft ixracından 35 milyard dollar gəlir əldə etmişik”.
Əkbər Novruz