İsrailin Qəzzaya hücumları səbəbiylə etirazlar və boykot kampaniyaları ilə üzləşən şirkətlərdən olan Starbucks-ın gəlirləri yanvar-mart dövründə azalıb.
Ednews m.bloomberght.com-a istinadən xəbər verirki, 31 Mart 2024-cü ildə başa çatan üç aylıq dövrü maliyyə təqvimində ikinci rüb hesab edən ABŞ qəhvə şəbəkəsi Starbucks, balans hesabatını açıqladı.
Buna görə şirkətin gəlirləri yanvar-mart dövründə illik bazda yüzdə 2 azalaraq təxminən 8,6 milyard dollara gerilədi. Bazar gözləntiləri şirkətin bu dövrdə 9,1 milyard dollar gəlir əldə edəcəyi idi.
Starbucks-ın bu dövrdə artması gözlənilən eyni mağaza satışları da 4 faiz azalaraq 2020-ci ilin sonundan bəri ilk enişini qeyd etdi. Starbucks mağazalarında da trafik 6 faiz azalıb.
Şirkətin keçən ilin yanvar-mart dövründə 79 sent olan səhm başına qazancı bu ilin eyni dövründə 68 sentə enib. Şirkətin səhm başına 79 sent mənfəət gətirəcəyi gözlənilirdi.
Bəzi əhəmiyyətli bazarlarda daha ehtiyatlı istehlakçının təsirini hiss etməyə davam etdiklərini ifadə edən Narasimhan, pisləşən iqtisadi görünüşün müştəri trafikinə təzyiq edərək satışlara da təsir etdiyini söylədi.
Xəyal Ramiz