BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son altı ayda Qəzza zolağında öldürülən uşaqların sayı 13 minə çatıb.
Ednews xəbər verir ki, bu barədə TASS agentliyi yazıb.
O, qeyd edib ki, müharibə şəraitində dəqiq məlumat əldə etmək çox çətindir.
“Ancaq dərc olunan rəqəmlər dəhşətlidir. Altı ayda 34 mindən çox insanın öldüyü görünməmiş bir hadisədir və ölənlər arasında 13 min uşaq var”, - Lazzarini deyib.