Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür - Cəlil Xəlilov

Cəmiyyət 20:30 03.05.2024

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2 may 2024-cü il tarixində 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam İkinci Dünya müharibəsində həm ön xətdə döyüşən, həm də arxa cəbhədə fədakar əməyi ilə diqqət çəkən şəxslərə maddi yardımın göstərilməsini nəzərdə tutur.

Bununla bağlı Ednews-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Prezidentin məlum Sərəncamını alqışlayıb, bunu bütün veteranlara göstərilən qayğı kimi xarakterizə edib:

“Prezidentin 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərlə bağlı sözügedən Sərəncamı sadəcə həmin müharibədə iştirak edən şəxslərə deyil, ümumilikdə bütün veteranlara göstərilən diqqət və qayğı kimi xarakterizə edilməlidir. Dövlət başçısı bu Sərəncamla bir daha göstərdi ki, o, hansı dönəmdə, hansı tarixi şəraitdə müharibədə iştirak etməsindən asılı olmayaraq, heç bir veteranı unutmur, dövlətimizin, xalqımızın təhlükəsizliyi uğrunda çalışan insanları daim yada salır, onlara dəstək olur.

Dövlət başçısı İkinci Dünya müharibəsində yalnız ön cəbhədə deyil, arxa cəbhədə çalışan, fədakar əməyinə görə orden və medallarla təltif olunan şəxsləri də diqqətdən kənarda qoymur, onların da əməyini, qəhrəmanlığını yüksək qiymətləndirir. Elə bu səbəbdən də məlum Sərəncamda arxa cəbhədə fədakar əməyi ilə diqqət çəkən şəxslərə də maddi yardımın göstərilməsi nəzərdə tutulub. Hansı ki, bu maddi dəstəyin veteranlarımız üçün mənəvi əhəmiyyəti də olduqca böyükdür. Dövlət başçısının bu qayğısı nəticəsində İkinci Dünya müharibəsi veteranları bu gün də unudulmadıqlarını, əksinə, dövlətimizin davamlı diqqət və qayğısı ilə əhatə olunduqlarını hiss edir. Bu isə onlara mənəvi güc, böyük ruh yüksəkliyi bəxş edir”.

Polkovnik Cəlil Xəlilov veteranlara göstərdiyi qayğıya görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, eləcə də bütün veteranlar adından ölkə başçısına təşəkkür edib, minnətdarlığını bildirib: “Mən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, eləcə də bütün veteranlar adından Prezident İlham Əliyevə təşəkkür edir, ona öz minnətdarlığımızı bildiririk. Bir daha bəyan edirik ki, veteranlarımız hər zaman olduğu kimi bunan sonra da dövlətçiliyimizə sədaqətlə xidmət edəcək, Müzəffər Ali Baş Komandanın hər bir çağırışını dəstəkləyəcək, bu tapşırıqların icrasında ön səfdə yer alacaqlar”.

Xocalıya qayıdacaq sakinlərə bu sürprizlər hazırlanır: Yeni kadrlar – VİDEO

Xəbər xətti

Rusiya hökuməti iyunun 30-dək benzin ixracına qoyulan qadağanı aradan qaldırıb
01:00 21.05.2024
Türkiyədə İran Prezidentinin faciəvi ölümü ilə əlaqədar birgünlük matəm elan edilib
00:01 21.05.2024
Masallıda 53 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
23:39 20.05.2024
Pentaqon Rəisiyə məxsus helikopterin qəzaya uğramasında ABŞ-ın əli olmadığını açıqlayıb
23:00 20.05.2024
Maaşlar qalxır? - İqtisadçı alim Elmir Səfərlidən RƏY
22:44 20.05.2024
Vladimir Putin müdafiə nazirinin müavinini dəyişib
22:23 20.05.2024
Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA
22:01 20.05.2024
İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb
21:22 20.05.2024
Seyid Əzim Şirvanini dindarlar öldürmüşdü? - Maraqlı faktlar
21:00 20.05.2024
QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb
20:44 20.05.2024
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
20:36 20.05.2024
BMT TŞ İranda helikopter qəzasında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib
20:19 20.05.2024
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində Kirantsa yeni yol çəkiləcək
20:05 20.05.2024
Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
19:55 20.05.2024
QMİ-nin sədri İranın Ali Rəhbərinə başsağlığı verib
19:51 20.05.2024
Naxçıvan MR Ali Məclisinin yaz sessiyasının vaxtı məlum olub
19:42 20.05.2024
Quterreş İran Prezidentinin ölümü ilə bağlı başsağlığı verib
19:34 20.05.2024
Paşinyan: Bir çoxları övladlarının hərbi xidmətdən yayınması üçün Ermənistandan gedib
19:20 20.05.2024
Dayqa Mierina: Gələcəkdə latviyalı şirkətlər Qarabağda bərpa və yenidənqurmada iştirak edə bilər
19:11 20.05.2024
Azərbaycan və Latviya parlamentlərinin sədrləri ikitərəfəli əlaqələrin inkişaf perspektivlərini müzakirə edib
19:05 20.05.2024
Ərdoğan: Türkiyə FETÖ-nü son nümayəndəsi tutulana qədər təqib edəcək
18:44 20.05.2024
"Haber Global": Helikopterin qalıqları onun qəzaya uğradığını sübut edir
18:35 20.05.2024
Azərbaycanda elektrik şəbəkələrinin mühafizə zonaları ilə bağlı tələblər təsdiqlənib
18:26 20.05.2024
Mincivan qəsəbəsinə birinci mərhələdə 3 min 146 nəfər köçürüləcək
18:18 20.05.2024
İtaliyanın Azərbaycana yeni səfiri TƏYİN EDİLDİ
18:00 20.05.2024
Azərbaycanda yeni qəpik tədavülə buraxıldı - FOTO
17:55 20.05.2024
Qeyri-sabit hava BU TARİXƏDƏK davam edəcək
17:50 20.05.2024
Deputat: “Xala, dayı, bibi uşaqları arasında evliliyi qadağan edə bilərikmi?”
17:40 20.05.2024
Rəisinin helikopteri istifadə üçün yarasız idi - Alman mediası
Rəisinin helikopteri istifadə üçün yarasız idi - Alman mediası
17:30 20.05.2024
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
17:15 20.05.2024
“Qarabağın Rəngləri” layihəsinin təqdimat mərasimi keçirilir - FOTOLAR
17:07 20.05.2024
Qarabağ Universitetinin rektoru təyin olunan Şahin Bayramov KİMDİR? – DOSYE
17:05 20.05.2024
Rəhman Hacıyev: “Layihə cəmiyyətimizdə Qarabağ mövzusunun aktuallaşdırılması üçün gözəl bir imkandır”
17:03 20.05.2024
Türkmənistanla transxəzər qaz layihəsi Azərbaycana nə qazandıracaq? - İqtisadçı ekspertin ŞƏRHİNDƏ
17:00 20.05.2024
Qarabağ Universitetinə rektor təyin edilib
16:56 20.05.2024
Bu şirkət çip istehsalı üçün nüvə enerjisindən istifadə edəcək
Bu şirkət çip istehsalı üçün nüvə enerjisindən istifadə edəcək
16:52 20.05.2024
Ermənistanla Azərbaycan arasında sonuncu sərhəd dirəkləri QURAŞDIRILDI
16:50 20.05.2024
Putindən Tehrana təminat zəngi
Putindən Tehrana təminat zəngi
16:38 20.05.2024
Çin süni qiymət artımına görə Qərbə xəbərdarlıq edib
Çin süni qiymət artımına görə Qərbə xəbərdarlıq edib
16:30 20.05.2024
Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ! - "Bu gecə saat 02:00-dan..."
16:15 20.05.2024
Hamısı